Məhkəmə qərarları › İş №e-2-2(115)-351/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-351/2022

31.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-351/2022 31.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək qaz sayğacının dəyişdirilməsi zamanı hesablanmış qaz sərfiyyatının əsassız hesab edilməsi və hesablanmış 1440 m3 cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qaz sayğacının dəyişdirilməsi zamanı hesablanmış 360 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux şəhərində fiziki şəxs olaraq sahibkarlıqla məşğul olur, kiçik restoran işlədir. Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə ilə 12.11.2015-ci ildən etibarən Azəriqaz abonenti olaraq hər ay sərf etdiyi qazın dəyərini ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”na uyğun olaraq X2 ilə müqavilə əsasında qazdan istifadə edir. 17.06.2021-ci il tarixində Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.06.2021-ci il tarixli ******* nömrəli Akt tərtib olundu, köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edildi. Sayğac çıxarılan zaman tərtib edilən aktda sayğacın xarab olması, qaz sərfiyyatını göstərməməsi, düzgün işləməməsi barədə heç bir qeyd yazılmamışdır. Həqiqətən də sayğacda heç bir problem olmayıb, hər ay Azəriqaz nümayəndəsi gəlib sərfiyatı yazaraq bildiriş təqdim edib, o da hər zaman vaxtında ödənişini etmişdir. Həmin aktda çıxarılan sayğacın nömrəsi 7952635, qırılan plombun nömrəsi 10000984, sayğacın üstündəki xüsusi plombun nömrəsi isə 02618189 olaraq qeyd edilmişdir. Həmin aktda quraşdırılan yeni sayğacın nömrəsi 4883687, plombun nömrəsi 10005693, sayğacın üzərindəki xüsusi plombun nömrəsi isə 10023921 olaraq göstərilmişdir. Bundan sonra yeni quraşdırılan sayğacdan istifadə edərək hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Bir illik ödəniş cədvəlini ərizəsinə əlavə etmiş və həmin cədvəlin yazdıqlarına sübut olduğunu qeyd etmişdir. 14.10.2021-ci il tarixində X3 İstismar İdarəsinin Samux Xidmət Sahəsi tərəfindən ona qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640-01463-03 nömrəli, 15.09.2021- ci il tarixli Akt, Samux Xidmət sahəsinin tərtib etdiyi Təbii X1 pozulması haqqında ******* nömrəli 20.09.2021-ci il tarixli Akt, dəymiş ziyanın bərpasına dair 22 sentyabr 2021-ci il tarixili tələbnamə, 14.10.2021-ci il tarixli Abonentin saldosu və 11.10.2021-ci il tarixli hesab faktura vərəqəsi ona təqdim edildi və 1440 m qaz həcmində ziyanın ödənilməsinin onun üzərinə qoyulduğundan xəbərdar olmuşdur. Ona yazılan 1440 m qaz sərfiyyatı tamamilə əsasız, heç bir əsası olmuyan qanunsuz bir tədbirdir. Savadsızlıq və ya qərəzli hərəkətlər səbəbindən Azəriqaz əməkdaşları onun barəsində həmin tədbirə əl atıblar. Əvvəla 17.06.2021-ci il tarixində Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.06.2021-ci il tarixli ******* nömrəli Akt tərtib olunub, köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilib, Sayğac çıxarılan zaman tərtib edilən aktda sayğacın xarab olması, qaz sərfiyyatını göstərməməsi, düzgün işləməməsi barədə heç bir qeyd yazılmamışdır. Əgər həqiqətən sayğacda problem olsaydı Samux Xidmət Sahəsinin əməkdaşları bu barədə məlumat verərədilər, yerində akt tərtib edilərdi və digər hərəkətlər icra olunardı. Göründüyü kimi bu hərəkətlər baş verməyib,17.06.2021-ci il tarixli ******* nömrəli Aktda sayğacda problem olması, düzgün sərfiyyat aparmaması barədə, möhürün və ya plombun pozulması, həmçinin sayğaca kənar müdaxilə edilməsi barədə heç bir qeyd yoxdur.17.06.2021-ci il tarixli ******* nömrəli Aktda sayğacda problem olması, düzgün sərfiyyat aparmaması barədə heç bir qeyd olmadığı halda bundan sonra X2 tərəfindən tərtib edilən Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640-01463-03 nömrəli, 15.09.2021-ci il tarixli Aktda yoxlamanın nəticəsi hissəsində qeyd edilibki, sayğac mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir. Daha sonra qeyd edilib ki, sayğaca ümumi baxış keçirildi, sayğaca kənar təsir aşkar edilmədi. Azəriqaz nümayəndəsi özü qeyd edibki sayğaca kənar müdaxilə aşkar edilməyib. Bunlar həmin aktın qanunsuz olmasını, qanunvericiliyə uyğun olaraq tərtib edilmədiyinə sübutdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdanistifadə qaydaları”nın aşağıdakı bəndlərində qeyd edilmişdir ki, Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi tərtib edilən aktlar Nazirlər Kabinetinin qərarına ziddir və qanunsuzdur. Çünki həmin aktda sayğaca müdaxilə edilməsi, plombun və ya dövlət möhürünun qırılmasına dair heç bir qeyd yoxdur. Həmin aktda sayğacın zavod nömrəsinin ******* olduğu qeyd edilmişdir. Bundan sonra Samux Xidmət sahəsinin tərtib etdiyi Təbii X1 pozulması haqqında ******* nömrəli 20.09.2021-ci il tarixli Akta əsasən X2 tərəfindən dəymiş ziyanın bərpasına dair 22 sentyabr 2021-ci il tarixili tələbnamə tərtib edilərək dəymiş zərərin həcminin 1440 m dəymiş zərər müəyyən edilərək ödənilməsi onun öhdəsinə qoyulmuşdur. Həmin aktı qanunsuz hesab edir. Çünki həmin aktın yazılmasında əsas olaraq götürülmüş Samux Xidmət sahəsinin tərtib etdiyi Təbii X1 pozulması haqqında ******* nömrəli 20.09.2021-ci il tarixli Aktın özü qanunsuz və heç bir normaya əsaslanmadan tərtib edilmişdir. Çünki həmin akta əsasən 20.09.2021-ci il tarixində onun obyektində yoxlama aparıldığı, ona məxsus sayğacda qüsurlar aşkar edildiyi, onun akta imza atmaqdan imtina etdiyi qeyd edilmişdir. Əslində isə elə bir akt tərtib edilməyib, 20.09.2021-ci il tarixində ona məxsus obyektdə quraşdırılan sayğaca ümumiyyətlə baxış keçirilməmişdir. Həmin aktda yoxlama aparılan sayğacın zavod nömrəsinin 7952635, xüsusi plombun nömrəsinin isə 10000984 olduğu qeyd edilmişdir. 17.06.2021-ci il tarixili 627266 nömrəli Aktda çıxarılan sayğacın nömrəsi 7952635, qırılan plombun nömrəsi 10000984, sayğacın üstündəki xüsusi plombun nömrəsi isə 02618189 olaraq qeyd edilmişdir. Həmin aktda quraşdırılan yeni sayğacın nömrəsi 4883687, plombun nömrəsi 100005693, sayğacın üzərindəki xüsusi plombun nömrəsi isə 10023921 olaraq göstərilmişdir.İndi sual olunurki əgər 17 iyun 2021-ci il tarixində çıxarılan sayğacın nömrəsi 7952635, qırılan plombun nömrəsi 10000984, sayğacın üstündəki xüsusi plombun nömrəsi isə 02618189 olaraq qeyd edilmişdirsə, quraşdırılan yeni sayğacın nömrəsi 4883687, plombun nömrəsi 100005693, sayğacın üzərindəki xüsusi plombun nömrəsi isə 10023921 olaraq qeyd edilibsə necə olurki 20 sentyabr 2021-ci ildə Samux Xidmət sahəsinin tərtib etdiyi Təbii X1 pozulması haqqında ******* nömrəli 20.09.2021-ci il tarixli aktda yoxlama aparılan sayğacın zavod nömrəsinin ******* , xüsusi plombun nömrəsinin isə 10000984 olduğu qeyd edilmişdir. Axı zavod nömrəsinin 7952635, xüsusi plombun nömrəsinin isə 10000984 olduğu qeyd edildiyi sayğac 17 iyun 2021-ci il tarixli ******* nömrəli akta əsasən sökülmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Fiziki şəxs İddiaçı abonent saldosundan görünür ki, abonentin 2021-ci il sentyabr ayı üzrə 360 manat borcu qeyd edilmişdir. Xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı 421.1 manat borcun ödənilməsi Gəncə RQİİ tərəfindən tələb edilmişdir. 17 iyun 2021-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, köhnə sayğac çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş X1 pozulması haqqında 20 sentyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğac keçən qaz həcmini qeyd etmir. İş materiallarına əlavə olunmuş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 15.09.2021-ci il tarixli, MS-29/1640-01463-03 nömrəli aktın surətindən görünür ki, yoxlamanın nəticə hissəsində qeyd edilib ki, sayğacın hesablayıcı mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir. Sayğaca ümumi baxış keçirilmiş və kənar təsir aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 22.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Samux rayonu, Nəbiağalı qəsəbəsi 0017 ünvanında yerləşən fiziki şəxs İddiaçı (abonent kodu **********00017) məxsus kafeyə aid G-4 markalı sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1440 m3 ziyan hesablanmışdır. Abonentin saldosundan göründüyü kimi 2021-ci ilin sentyabr ayında qalıq və aktlara görə 360 manat əlavə borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Hesablanmış borcun əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğacın keçən qaz həcmini qeyd etməməsi göstərilmiş olsa da, bunun abonentin təqsiri nəticəsində baş verməsi sübutlarla təsdiqni tapmamışdır. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus kafedə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafeyə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 360 manat borcun borc əsaslı və qanuni hesablanması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 360 (üç yüz altmış) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar