Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-36/2023 11.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 66634,63 manat krеdit bоrcu, 7873,07 manat faiz bоrcu və 26387,3 manat cərimə borcu olmaqla, cəmi 100895 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılması və bоrcun satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 və Cavabdeh5 və Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018ci il tarixli 006L**********56 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 33365,37 manat ödəmiş, onun 66634,63 manat məbləğində əsas kredit borcu, xx.xx.2022-ci il tarixə 396 gün üçün hesablanmış 7873,07 manat faiz borcu, 26387,3 manat cərimə borcu qalmışdır. Öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 016M**********01 saylı və xx.xx.2018-ci il tarixli 006M**********02 saylı ipoteka müqavilələri əsasında ona məxsus Göygöl şəhəri, X7 küçəsində yerləşən 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil və Göygöl şəhəri, Bülbül küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş üzrə İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oglundan, Cavabdeh3 oglundan, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 006R********** saylı kredit razılaşması üzrə 66634,63 manat məbləğində kredit borcu, 7873,07 manat faiz borcu və 26387,3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 100895 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində miilkiyyatda olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılması və ümumilikdə 100895 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının, ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 oglundan, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutulması, Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iş üzrə keçirilən ekspert rəyləri ilə razı deyillər. Belə ki, ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri rəylərdə göstərilən məbləğlərdən çoxdur. Həmin halların, həmiçinin atasının xəstəliyinin, atasının səhhətində problem yaranmamışdan qabaq kredit borcunu həmişə vaxtlı-vaxtında ödədiyinin nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil izahat verərək bildirdi ki, bank ipoteka müqaviləsində əmlakları həddindən az məbləğdə dəyərləndirilmişdir. O cümlədən ekspert rəyləri ilə tam razı deyillər, ipoteka ilə yüklü edilmiş əmlakların real dəyəri rəylərdə göstərilən məbləğlərdən çoxdur. Nisbətən "xxxx" MMC tərəfindən verilən rəylərdə əmlakların dəyəri real dəyərinə yaxın olmuşdur. Ekspertlər evin real qiymətinə görə yox kvadratına uyğun qiymət müəyyən etmişlər. Odur ki, "xxxx" MMC tərəfindən verilən ekspert rəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli 006L**********56 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, 24 ay müddətinə 100000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 11 sentyabr 2018-ci il tarixli 006S**********01 saylı, 006S**********01 saylı və 02 oktyabr 2020-ci il tarixli 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 006R**********S saylı sazişdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 18 sentyabr 2018-ci il tarixli 006M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 14000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 23 avqust 2019-cu il tarixli 016M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 55800 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 26 noyabr 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 66634,63 manat əsas, 7873,07 manat faiz, 26387,30 manat cərimə borcu olmaqla, ümumilikdə 100895 manat bоrcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 9/6573 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 13415,56 manat olmaqla, cəmi 79954,18 manat, xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 14169,67 manat olmaqla, cəmi 80708,29 manat, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 18505,77 manat olmaqla, cəmi 85044,39 manat məbləğində borc hesablanmışdır. Həmiçinin İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Hazırki tədqiqatla da cərimə müəyyən edilməmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2022-ci il tarixli 254/AB/22 saylı və 253/AB/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 178000 manat, likvid dəyəri 155000 manat, Göygöl şəhəri, X7 küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzilin isə bazar dəyəri 45000 manat, likvid dəyəri 35000 manat təşkil edir. Tədqiqatın dəyəri 600 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 03 mart 2023-cü il tarixli 02-07/23 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.metr ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin 03 mart 2023-cü il tarixinə bazar dəyəri 82000 manat, likvid dəyəri 70000 manat, Göygöl şəhəri, X7 küçəsi, 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin isə bazar dəyəri 24000 manat, likvid dəyəri 20500 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli 10/3931-9/4143 nömrəli rəyindən görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 45 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 118000 manat məbləğində, likvid dəyəri isə təqribən 110000 manat məbləğində müəyyən edilmişdir. Həmiçinin Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin qapısı bağlı olduğundan həmin mənzilin mövcud olan orta bazar və likvid qiyməti müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 1 nömrəli mənzil və Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 26 noyabr 2019cu il tarixli 006R********** saylı kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, 24 ay müddətinə 100000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. X5 Əşrəf Oruc oğlu, Cavabdeh1 və Cavabdeh4 arasında 11 sentyabr 2018-ci il tarixli və 02 oktyabr 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 66634,63 manat əsas borc və 7873,07 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə 26 noyabr 2019-cu il tarixli kredit razılaşması üzrə banka xx.xx.2022-ci il tarixə 66538,62 manat əsas borc, 18505,77 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə faiz borc və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 26387 manat 30 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 1200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması üzrə yaranmış 66538 manat 62 qəpik əsas borc, 7873 manat 07 qəpik faiz borcu və 1200 manat cərimə borcu olmaqla, cəmi 75611 manat 69 qəpik məbləğində borc müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməli, həmin mənzil və fərdi yaşayış evi açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, mənzilin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, əmlakların qiymətləndirilməsi üçün bir neçə dəfə ekspertiza təyin edilmişdir. İpoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəfindən 155000 manat, "xxxx" MMC tərəfindən 70000 manat, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 110000 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evinin ilkin satış qiymətinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş məbləğdə götürülməsi daha məqsədə müvafiqdir. Bundan başqa ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göygöl şəhəri, X7 küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzilin likvid dəyəri "xxxx" MMC tərəfindən 35000 manat, "xxxx" MMC tərəfindən 20500 manat qiymətləndirilmiş, Məhkəmə Ekspertizası Mərkəzi isə mənzilin qapısı bağlı olduğundan həmin mənzilin mövcud olan orta bazar və likvid qiymətinin müəyyən olunmasına dair tədqiqat aparmamışdır. Məhkəmə hesab edir ki, iki qiymətləndirici tərəfindən verilən rəylər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən müəyyən edilən likvid dəyərinin götürülməsi daha ağlabatandır. Odur ki, Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ilkin satış qiyməti 35000 manat, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 110000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 25 manat dövlət rüsumu və 60 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci, 25 manat dövlət rüsumu və 60 manat xidmət haqqı da müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 316 manat 84 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Digər qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə-tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2019cu il tarixli 006R********** saylı kredit razılaşma üzrə 66538 manat 62 qəpik əsas borcu, 7873 manat 07 faiz borcu və 1200 manat cərimə borcu olmaqla, cəmi 75611 (yetmiş beş min altı yüz on bir) manat 69 (altmış doqquz) qəpik kredit borcu, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil və fərdi yaşayış evi açıq hərracdan satılsın. Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ilkin satış qiyməti 35000 (otuz beş min) manat, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 110000 (bir yüz on min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mənzilin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 Göygöl şəhəri, X7 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 (altı yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ**********0000002944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 316 (üç yüz on altı) manat 84 (səksən dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-36/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-36/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver