Məhkəmə qərarları › İş №e-2-2(115)-37/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-37/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-37/2023 23.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199975,80 manat əsas borc və 10995,40 manat faiz borcu olmaqla cəmi 210971,20 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla cəmi 320,41 manat xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumun və əlavə olaraq məhkəməyə ödənilmiş 101,38 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Gəncə filialı ilə Cavabdeh4 arasında 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçıASC tərəfindən Cavabdeh4 illik 10% dərəcəsi ilə 24 ay güzəşt dövrü olmaqla (ancaq faiz ödənişi) 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli 800900-477904/3 nömrəli, xx.xx.2019-cu il tarixli 800900-477904/3/2 nömrəli xx.xx.2019-cu il tarixli 800900-477904/3/3 nömrəli ipoteka müqavilələrinə əsasən Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası, Cavabdeh4 tam mülkiyyətində оlаn ünvan 1 fərdi yaşayış evi, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı əmlakların yüklü edilməsi barədə çıxarışlar alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamış, yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək Cavabdeh4 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199975,80 manat əsas borc və 12550,77 manat faiz borcu olmaqla, cəmi 212526,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla, cəmi 320,41 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumun və əlavə olaraq məhkəməyə ödənilmiş 103,33 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək Cavabdeh4 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199975,80 manat əsas borc və 21327,70 manat faiz borcu olmaqla, cəmi 221303,50 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla, cəmi 320,41 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumun və əlavə olaraq məhkəməyə ödənilmiş 112,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, Cavabdeh4 verilmiş kredit dünya bankının vəsaiti olmuş, həmin vəsaitin ödənilməsi gecikdirildiyi təqdirdə bank tərəfindən vəsaitin məbləği tam olaraq dünya bankına ödənilmişdir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza xərci olan 200 manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün xidmət haqqı olaraq 1100 manat pul vəsaiti tərəflərindən müvafiq hesablara ödənilmişdir. Həmin məbləğlərin də cavabdehdən tutularaq bankın xeyrinə ödənilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanan 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsinə əsasən ona 24 ay güzəşt dövrü olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 10% olmaqla 200000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 0,1047 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli 800900-477904/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasını banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 120000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli 800900-477904/3/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 55000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001/007/1274/2022 saylı bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 199975,80 manat əsas, 10995,40 manat faiz bоrcu olmaqla, ümumilikdə 210971,20 manat bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 800900-477904/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 199975,80 manat əsas, 21327,70 manat faiz bоrcu olmaqla, ümumilikdə 221303,50 manat bоrcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 9/6582 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 banka xx.xx.2022-ci il tarixə əsas borcu 200000 manat, faiz borcu 12527,95 manat təşkil edir. İş materiallarında “AB Consulting” xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında mülkiyyətdə olan 0,1047 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 225000 manat, likvid dəyəri 200000 manat təşkil edir. İş materiallarında “AB Consulting” xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 100000 manat, likvid dəyəri 90000 manat təşkil edir. İş materiallarında “AB Consulting” xx.xx.2022-ci il tarixli 294/EB/22 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 385000 manat, likvid dəyəri 355000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında 16 dekabr 2019-cu il tarixdə bağlanan kredit müqaviləsinə əsasən ona 24 ay güzəşt dövrü olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 10% olmaqla 200000 manat məbləğində krеdit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evi, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini borcluya vermiş, borclu isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 iddiaçıya 199975 manat 80 qəpik əsas borc və 21327 manat 70 qəpik faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faziləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin əsas borc məbləği və faiz borc məbləği müəyyən edilərkən məhkəmə nəzərə alır ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc məbləği 200000 manat qeyd edilsə də iddiaçı 199975 manat 80 qəpik əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmiş, əsas borc məbləğinin həcmi artırılmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza rəyi ilə xx.xx.2022-ci il tarixə faiz borcun 12527 manat 95 qəpik təşkil etdiyi müəyyən edilsə də tərəflər arasında bağlanılmış kredit müqaviləsi qüvvədədir və iddiaçı tərəfindən faiz borcunun həcminin artırılmasına dair ərizə verilmiş, 21327 manat 70 qəpik faiz borcunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və qeyri-yaşayış binalarına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyriyaşayış binasına yönəldilməli, həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları açıq hərracdan satılmalı, Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 manat həddində, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 90000 manat həddində, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 355000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədikləri, iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 47 manat 07 qəpik dövlət rüsumu və 273 manat 37 qəpik xidmət haqqı, məhkəmədə iddia qaldırılması üçün 112 manat 51 qəpik dövlət rüsumu, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərcini, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1100 manat xidmət haqqını ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 47 manat 07 qəpik dövlət rüsumu və 273 manat 37 qəpik xidmət haqqı, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 112 manat 51 qəpik dövlət rüsumu, iş üzrə məhkəməmühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 manat pul vəsaiti də Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu tam olaraq ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməyən 398 manat 79 qəpik dövlət rüsumu Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh4 arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli 800900-477904/3 nömrəli kredit müqaviləsi üzrə 199975 manat 80 qəpik əsas borc və 21327 manat 70 qəpik faiz borcu olmaqla, cəmi 221303 (iki yüz iyirmi bir min üç yüz üç) manat 50 (əlli) qəpik kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 47 (qırx yeddi) manat 07 (yeddi) qəpik dövlət rüsumu, 273 (iki yüz yetmiş üç) manat 37 (otuz yeddi) qəpik xidmət haqqı, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 112 (yüz on iki) manat 51 (əlli bir) qəpik dövlət rüsumu, iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1100 (bir min yüz) manat pul vəsaiti Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına yönəldilsin. Həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları açıq hərracdan satılsın. Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat həddində müəyyən edilsin. Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 90000 (doxsan min) manat həddində müəyyən edilsin. Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 355000 (üç yüz əlli beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası boşaldılsın. Cavabdeh4 398 manat 79 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar