Məhkəmə qərarları › İş №e-2-2(115)-371/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-371/2023

31.05.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-371/2023 31.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8, Cavabdeh X2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X4 qarşı torpaq sahəsinin texniki paportda göstərilən vəziyyətə qaytarılması tələbinə dair işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X4 qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, X7 tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 4199.9 kv.m torpaq sahəsinin xx.xx.2010-cu il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək idida tələbini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(104)-75/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh “Gəncə-Univermaq” əmlak kompeksinin mülkiyyətçisi X4 qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavadbehin hesabına sökülməsi və torpağn əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2- 2(115)-1/2020 saylı qətnaməsindən iddiaçı X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apelyyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2-2(115)-1/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Göründüyü kimi əvvəlki iddia tələbi hazırkı iddiaçı - Əmlak Məsələləri Dövlət Xidməti strukturuna aid olan agentlik tərəfindən qaldırılmış və tələbə mahiyyəti üzrə baxılmışdır. Həmin agentlik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv olunaraq onun istifadəsində olan dövlət əmlakı və funksiyaları məhz Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Qətnamənin məzmunundan göründüyü kimi, əvvəlki tələbdə 4199.9 kv.m torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavadbehin hesabına sökülməsi və torpağn əvvəlki vəziyyətinə qaytarılması göstərilmişdir. Hazırkı tələb üzrə də 4199.9 kv.m torpaq sahəsinin xx.xx.2010-cu il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması irəli sürülür. Göründüyü kimi eyni nazirliyin strukturuna daxil olan, eyni funksiyalar daşıyan qurumlar tərəfindən eyni cavabdehə qarşı eyni tələblər irəli sürülmüşdür. Hər iki iddia tələbi 4199.9 kv.m torpaq sahəsi ilə bağlı olmuşdur ki, bu da eynilik təşkil edir. “xx.xx.2010-cu il tarixli texniki pasportda qeyd edilən” sözləri tələblərin ayrı olmasını müəyyən etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsində göstərilir ki, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddənin məzmunundan göründüyü kimi torpaqların əvvəlki vəziyyətinə gətirilməsi anlayışına orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X4 qarşı 4199.9 kv.m torpaq sahəsinin xx.xx.2010-cu il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dаir iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar