Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-373/2024 29.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdeh nümayəndələri X8 və X9 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral 2020-ci il tarixli ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsi üzrə 13 noyabr 2023-cü il tarixə banka ödənilməmiş 9745,10 ABŞ dolları əsas borc, 1343,96 ABŞ dolları faiz borcu, 1328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh MMC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 13 noyabr 2023-cü il tarixli **********567 nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin Sumqayıt filialının təqsiri ucbatından Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. Əmanətlərin Sığortalanması Fondu onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda verdiyi 29500 ABŞ dolları məbləğindən onlardan cəmi 12417,46 ABŞ dolları tələb etdiyini bildirmiş, qalan 17082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin Əmanətlərin Sığortalanması Fondu borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Cavabdeh MMC İddiaçı ASC-nin Sumqayıt filialında xx.xx.2017-ci il tarixində bank hesabı açmışdır. Cavabdeh MMC-nin İddiaçı ASC ilə xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29500 ABŞ dolları məbləğində kreditin 19754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-nin İddiaçı ASC-də manat hesabında 226355,56 manat, dollar hesabında 57109,18 ABŞ dolları vəsait, biznes kartında 1352,94 manat pul olmuşdur. Ən başlıcası isə İddiaçı ASC-nin Sumqayıt filialı ilə 07 fevral 2020-ci il tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri X2 və X10 hər birinin filialda 17600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağlanmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, İddiaçı ASC xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19754,10 ABŞ dollarını sildiyi halda, sonrakı dövrlərdə, yəni gələn bir ay müddətində qalan 17082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödəmək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı bir əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırki iddia ərizəsini alandan sonra xx.xx.2023-cü il tarixində Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9745,10 ABŞ dolları kredit borcu, Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226355,56 manat, 1352,94 manat, 57107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank fialının hesablarının, hesabdakı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, Cavabdeh MMC-nin kredit borcunu, cəmiyyətin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. Həmçinin qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində köçürmə ərizəsi ilə İddiaçı ASC-nin Sumqayıt filialına müraciət edərək Cavabdeh MMC-nin bağlamış olduğu müqavilə əsasında 57021,10 ABŞ dollarını OOO “VTK”-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) İddiaçı ASC-nin Sumqayıt filialındakı AZ29AMRA******************** hesabından köçürülməsini filiala həvalə etmişdir. İddiaçı ASC-nin Sumqayıt filialının xx.xx.2020-ci il tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO “VTK”-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar İddiaçı ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57021,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank xx.xx.2020-ci il tarixində bağlanmışdır. Halbuki onlar 57021,10 ABŞ dollarını xx.xx.2020-ci il tarixində göndərmişlər və bank onlara pulların xx.xx.2020-ci il tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə cəmiyyətə məxsus 57021,10 ABŞ dolları İddiaçı ASC-nin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226355,56 manat pulla bərabər İddiaçı ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57109,18 ABŞ dolları hazırki iş üzrə İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan məhkəmə qaydasında tələb olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin təqsiri ucbatından xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASCdən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X12 ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh MMC-yə tərəflər arasında bağlanmış 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 29500 ABŞ dollar kredit verilmişdir. Hazırda kredit məbləğindən əsas məbləğ üzrə cavabdehin 9745,10 ABŞ dolları borc qalmışdır. Ona görə də ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X13 izahat verərək bildirdi ki, onlarla bank arasında kredit müqaviləsi bağlanmış və İddiaçı ASC 24 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-yə 29500 ABŞ dollar kredit vermişdir. Onlar müraciət edərək kredit məbləğinin hamısının onların banda olan hesabından silinməsini xahiş etmişlər. Kredit məbləğindən 19754,10 ABŞ dolları müqavilə bağlanandan 1 ay 5 gün sonra onların bankda olan hesabından silinmişdir. Lakin qalan məbləğ silinməmişdir. Onların banka 9745,10 ABŞ dolları borclarının olmasını qəbul edirlər, lakin faizlərlə razı deyillər. Belə ki, kreditin məbləğinin bir hissəsi silinərkən onların bankda hesablarda həm manatla, həm də dollarla vəsaiti olmuş, biznes kartında vəsait olmuşdur. Bank ləğv edilməmişdən əvvəl kreditin məbləğini tam olaraq hesablarında olan vəsaitdən silə bilərdilər. Bundan başqa bankla güvən əmanət müqavilələri bağlamış X2 və X10 hər birinin bankda 17600 ABŞ dolları vəsaitləri olmuşdur. Hər iki əmanətçi ilə bank arasında müqavilə bağlanılmış, əmanətçilər kreditin təminatı olaraq bank hesabında olan vəsaitləri ilə məsuliyyət daşımışlar. Lakin bank nə onların bankda olan hesablarından, nə də ki, əmanətçilərin bankda olan hesablarından kreditin qalan məbləğini silməmişdir. Bank bağlandıqdan sonra isə dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişlər ki, kreditin qalan məbləği onların bankda hesabında olan vəsaitləri ilə əvəzləşdirilsin. Buna baxmayaraq borc hesabda olan vəsaitlərlə əvəzləşdirilməmişdir. Ona görə də hesab edirlər ki, onlara faiz məbləği hesablana bilməz. Bundan başqa onlar 57021,10 ABŞ dollarının köçürülməsi ilə bağlı banka tapşırıq vermiş, bank həmin vəsaitin köçürüldüyünü onlar bildirmiş, lakin həmin vəsait ünvanına çatmamışdır. Ona görə də ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi nümayəndəsi X14 ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli ***-*******DKX240220-01 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 7.5% olmaqla, 11 ay müddətinə 29500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli 16-D-000008-0220 saylı güvən əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçi X1 17600 ABŞ dolları məbləğində pul vəsaitini AZ33AMRA**********00044U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2.5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 08 fevral 2021-ci il tarixinədək bağlanır. İş materiallarında olan İddiaçı ASC ilə X15 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli 16-D-000009-0220 saylı güvən əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçi X6 17600 ABŞ dolları məbləğində pul vəsaitini AZ94AMRA**********00002U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2.5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 08 fevral 2021-ci il tarixinədək bağlanır. İş materiallarında olan İddiaçı ASC, Cavabdeh MMC və X15 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******DKX240220-01/G saylı əmanət girovu müqaviləsindən görünür ki, girovqoyan X15 xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC-nin Sumqayıt filialında 16-D-000009-0220 depozit müqaviləsi AZ94AMRA**********0002U41120 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir. İş materiallarında olan İddiaçı ASC, Cavabdeh MMC və X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******DKX240220-01/G saylı əmanət girovu müqaviləsindən görünür ki, girovqoyan X4 xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC-nin Sumqayıt filialında 16-D-000008-0220 depozit müqaviləsi AZ33AMRA**********0004U41120 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş 24 aprel 2020-ci il tarixli köçürmə tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASCnin Sumqayıt filialına hesabdan 57021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakay Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli Cavabdeh MMC-nin xx.xx.2020xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 295000 ABŞ dolları mədaxil edilmiş, xx.xx.2020-ci il tarixində 19754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33949 manat) "Ter-Met” MMC-nin hesabından götürülmüşdür. İş materiallarında olan "Ter-Met” MMC-nin xx.xx.2020-xx.xx.2020 tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə sifarişə əsasən 33949 manat (kurs=1.7025) konvertasiya edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixə qalıq olaraq 226355,56 manat göstərilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli X10 xx.xx.2020-xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışından görünür ki, X11 17628,09 ABŞ dolları (30086,60 manat) xx.xx.2020-ci il tarixdə kompensasiya edilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli X2 xx.xx.2020-xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışından görünür ki, X3 17628,09 ABŞ dolları (30086,60 manat) xx.xx.2020-ci il tarixdə kompensasiya edilmişdir. İş materiallarında olan 26 avqust 2020-ci il tarixli "Ter-Met” MMC-nin xx.xx.2020xx.xx.2020-ci il tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, 57021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57109,18 ABŞ dolları (97081,27 manat) məbləğində vəsait xx.xx.2020-ci il tarixdə "Ter-Met” MMC-nin hesabına qaytarılmışdır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin kredit müqaviləsi üzrə 02 noyabr 2023-cü il tarixə banka 9745 ABŞ dolları əsas, 1343,96 ABŞ dolları faiz və 1328,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12417,46 ABŞ dolları məbləğində bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "Ter-Met” MMC-nin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASCyə daxil olmuş ərizəsindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesabında xx.xx.2020-ci il tarixinə 226355,56 manat, 57107 ABŞ dolları və kart hesabında 1352,94 manat vəsait olması və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 29500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə ünvanladığı məktubundan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmış, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2020-ci ildə İddiaçı ASC bağlanan zaman Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesabında 226355,56 manat, kart hesabında 1352,94 manat və 57107 ABŞ dolları vəsait olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun Cavabdeh MMC-nin İddiaçı ASC-də olan vəsaitindən silinməsini xahiş etmişlər. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli müraciətinə cavab məktubundan görünür ki, bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, Cavabdeh MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2- 3(103)-130/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə X4 və X15 arasında ayrı-ayrılıqda 07 fevral 2020-ci il tarixdə güvən əmanət müqaviləsi bağlanılmış, bank hər birinin hesabına 17600 ABŞ dolları məbləğində vəsaiti qəbul etmişdir. Cavabdeh MMC ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bank, kredit alan və əmanətçilər arasında xx.xx.2020-ci il tarixdə əmanət girovu müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilmiş kreditin 19754,90 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixində konvertasiya edilmiş, müqavilə üzrə Cavabdeh MMC-nin 9745,10 ABŞ dolları əsas borcu qalmışdır. İddiaçı ASC məhkəmə qərarı ilə 30 aprel 2020-ci il tarixdə müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin edilmişdir. Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə 9745,10 ABŞ dolları əsas kredit borcunun olması iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq edilir. Ona görə də ilkin iddia üzrə iddiaçının əsas borcun ilkin iddia üzrə cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İlkin iddia tələbində həmçinin müqavilə müddətinə hesablanmış 1343,96 ABŞ dolları faiz borcu, həmçinin müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1328,40 ABŞ dolları faiz borcunun ilkin iddia üzrə cavabdehdən tutulması xahiş edilmişdir. Məhkəmə müqavilə üzrə hesablanmış faiz borcunun da ilkin iddia üzrə cavabdehdən tutulması hissəsini əsaslı hesab edir və təmin olunmalı olması qənaətinə gəlir. Belə ki, Cavabdeh MMC-nin nümayəndələri əsas borcun böyük qisminin onların bankda olan hesabından kredit müqaviləsi bağlandıqdan qısa bir müddət sonra silinməsini, həmin silinmə aparılarkən bankın borcun tam hissəsini silmək səlahiyyətində olduğunu, habelə əmanətçilərin hesabda olan vəsaitlərindən silmək səlahiyyətində olduğunu, lakin silmədiyini, sonradan isə ləğvediciyə borcun onların bank hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün müraciət etdiyini, lakin əvəzləşdirilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirir ki, kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə bağlanılmış, həmin müddətdə tərəflər verilmiş kredit məbləğinin və ona hesablanacaq faizlərin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit məbləğinin tam və ya hər hansı hissəsinin borcalanın bankda olan hesabından silmək bankın hüququ olmuşdur ki, bank 19754,90 ABŞ dolları hissəsini silmiş, 9745,10 ABŞ dolları hissəsi isə qalmışdır. Borcun qalması Cavabdeh MMC-yə məlum idi, ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə əsasən faiz məbləğinin hesablanacağını bilirdi. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsi bank ləğv olunmamışdan qabaq yəni, kredit məbləğinin bir hissəsinin silinməsi vaxtı, xx.xx.2020-ci il tarixində məbləğin məhz borcalanın bankda hesabında olan vəsait hesabına ödənilməsi ilə bağlı banka özü müraciət etdiyini qeyd etmişdir. Lakin borc məbləğinin tam olaraq və ya qismən əvəzləşdirilməsi üçün müraciət etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, müqavilə müddətinə hesablanmış 1343,96 ABŞ dolları faiz borcu da ilkin iddia üzrə cavabdehdən tutulmalıdır və bu hissədə də ilkin iddiaçının tələbi əsaslıdır. İlkin iddianın müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1328,40 ABŞ dolları faiz borcunun tutulması ilə bağlı məhkəmə bildirir ki, borc alan Cavabdeh MMC həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yuxarıda da qeyd edildiyi kimi, bank verdiyi kredit məbləğinin böyük bir qismini krediti verdiyi vaxtdan qısa bir müddət sonra, yəni xx.xx.2020-ci il tarixində borc alanın bankda olan hesabından silmiş, borcun qalan hissəsinin də eyni qaydada silmək ixtiyarı olmuş, lakin silməmişdir. Belə ki, iş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixindən bankın ləğv edildiyi xx.xx.2020-ci il tarixədək bank hesabında qalan borc məbləği həddində vəsait olmuşdur. Bundan başqa kreditin təminatı olaraq əmanətçilərin bank hesabında girov qoyulmuş vəsaiti olmuşdur. Girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinmək hüququ olmuşdur. Əmanətçilərin bank hesabında olan və girov qoyulmuş vəsaitləri isə xx.xx.2020-ci il tarixdə əmanətçilərin özlərinə ödənilmişdir. Girov qoyulmuş məbləğləri girov qoyanlara qaytararkən girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, həmin məbləğdən borcu silmək hüququ olsa da, bunu etməmişdir. Bundan başqa borcalan qalan borc məbləğinin bankda dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı təqsiri olmamışdır. Həmin hissədə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Ter-Met” MMC tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına 24 aprel 2020-ci il tarixdə 57021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakay Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. xx.xx.2020-ci il tarixdə köçürülməsi nəzərdə tutulan 57021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57109,18 ABŞ dolları (97081,27 manat) məbləğində vəsait "Ter-Met” MMC-nin hesabına qaytarılmışdır. Hazırkı mübahisə məhz 24 aprel 2020-ci il tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni Ter-Met” MMC İddiaçı ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57021,10 ABŞ dollarının 24 aprel 2020-ci il tarixdə OOO VTK-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir. İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (24 aprel 2020-ci il tarixdə) İddiaçı ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ürzə iddiaçı "Ter-Met” MMC 57109,18 ABŞ dolları vəsaiti ləğv prosesində olan İddiaçı ASC-dən tələb etməkdə haqlıdır və qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 9745,10 ABŞ dolları kredit borcu, 1343,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 11089,06 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə ilkin iddia üzrə cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, 57109,18 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 2 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 153,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci və ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 123,27 manat dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 383 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 381,26 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASCdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci il tarixli ***-*******DKX240220-01 saylı kredit müqaviləsi üzrə yaranmış 9745 ABŞ dolları 10 sent kredit borcu, 1343 ABŞ dolları 96 sent faiz borcu olmaqla cəmi 11089 (on bir min səksən doqquz) ABŞ dolları 06 (altı) sent borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci və 123 (bir yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 57109 (əlli yeddi min yüz doqquz) ABŞ dolları 18 (on səkkiz) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381 (üç yüz səksən bir) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-373/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-373/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver