Məhkəmə qərarları › İş №e-2-2(115)-375/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-375/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-375/2025 17.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31588 manat əsas borc, 187 manat dövlət rüsumu olmaqla cəmi 31775 manat pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Avtozovod yolunun üstündə plastik ayna-qapı aksesuarlarının satışını həyata keçirdir. Cavabdeh ilə onun arasında nisyə mal alqısatqısı olmuşdur. O, cavabdehə hər zaman plastik ayna-qapı aksesurlarını satmış, o da pulunu ödəmişdir. Beləliklə cavabdeh onun etibarını qazanmışdır. Ona olan borcunu dəfələrlə ödəyəcəyini demişdir. O da illərdir Cavabdeh ilə işlədiyi üçün heç nə deməmişdir. Cavabdeh ona yalan vəd verməkdə məqsədi ondan daha çox mal alıb daha çox pulunu ələ keçirtmək olmuşdur. Son haqq hesablarına əsasən cavabdehin ona 31588 manat borcu var. Həmin borcun ödənilməsini dəfələrlə şifahi qaydada tələb etsə də əməl etməmişdir. Bundan sonra o elektron məhkəmə sistemi vasitəsi ilə ona xx.xx.2024-cü il tarixdə yazılı pritenziya göndərmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə əvvəllər, yəni 2018-ci ilə qədər, 7 il bundan öncə məşğul olmuşdur. Həmin vaxtlar müxtəlif adamlar ilə ticarəti olmuşdur. Onun iş ticarəti olmuş, amma heç kimə borcu qalmamışdır. Çünki həmin sex bağlananda bütün maliyyə məsələlərini həll etmişdir. Lakin 2018-ci ildən heç bir fəaliyyətlə məşğul olmamışdır. Bundan başqa borcun olmasını təsdiq edən rəsmi sənədlər olmalıdır. Elektron qaimə, üzləşmə aktı, təhvil-təslim aktı və ya həmin malların çatdırılmasını təşkil edən nəqliyyatın yol vərəqəsi və s. Belə bir sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona qarşı olan iddia tam əsassızdır. Burda iddia müddəti tətbiq edilməlidir, çünki onun heç bir borcu yoxdur və sonuncu dəfə 7 il əvvəl sahibkarlıqla məşğul olmuşdur. 7 ildən artıq vaxt ərzində heç kimin ona qarşı tələbi olmamışdır. Odur ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehə pəncərə-qapı materialları satmışdır. Aralarında rəsmi müqavilə olmamış, şifahi qaydada razılaşma olmuş, cavabdeh malları ancaq qaimələrə imza çəkərək təhvil almışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı tərəfindən təqdim edilən qaimə-fakturalardakı imza ona məxsus deyildir. İddiaçı ilə, 2010, 2012, 2013-cü illərdə alqı-satqı aparmış, ondan sonra iddiaçı ilə alqı-satqı etməmişdir. 2015-ci il tarixli müqavilə üzrə qalmış borcunu ödəmiş, həmin tarixdən bəri də ona borcun ödənilməsi üçün heç bir müraciət edilməmiş, keçən 10 il müddətində ondan həmin pul tələb edilməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində gösrətdi ki, müvafiq materilları, məsələn ayna-qapı profillərini İddiaçı götürüb onun tapşırığı əsasında aparıb Cavabdeh təhvil vermişdir. Malları Cavabdeh 2014-cü ildən 2023-cü illər arasında vermişdir. Materilları apardığı ünvan Nərimanov prospektində, “Yequstur” deyilən əraziyə çatmamış “Al Market”-in yanında idi. Həmin obyektin Cavabdeh məxsus olduğunu bilmişdir. Malları təhvil verəndə Cavabdeh qaiməyə imza çəkmişdir. Onun xidmət haqqısını İddiaçı ödəmişdir. Etdiyi daşımaların sayı-hesabı olmamış, Cavabdeh tərəfindən ödəniş olunanada ona verilmiş, o da aparıb İddiaçı vermişdir. Borc və ödənişlər barədə məlumatı olmuşdur. Axırıncı dəfə nə qədər mal apardığını xatırlamasada 2023-cü ildə materilları aparmışdır. Həmin vaxt borc məbləğinin 30000 manat ətrafında olduğunu bilmişdir. Qaimələr üzrə borc o qədər olmuşdur. O apardığı malların qaiməsinə Cavabdeh başqa adam imza çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 7 il, 2013-2020-ci illərdə Cavabdeh yanında işləmişdir. Cavabdeh obyekti N.Nərimanov prospektində, 10 nömrəli məktəbdən 100 metr yuxarıda yolun sağında idi. İddiaçı Cavabdeh mal almışdır. Cavabdeh mal gətirməyə ya onları göndərmiş, ya da İddiaçı özü malı göndərmişdir. Mal təhvil alanda o qaiməyə imza çəkməmişdir. Malları qaiməyə imza çəkərək müdiriyyət təhvil almışdır. Onlar malı gətirməyə getməyəndə İddiaçı öz sürücüsü ilə mal göndərmiş, gələn mal qaimə ilə gəlmiş və Cavabdeh özü imza çəkərək təhvil almışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli alqı-satqı razılaşmasından görünür ki, şifahi razılaşma yolu ilə Cavabdeh İddiaçı plastik qapı və pəncərə materialları almış, aldığı materialların dəyərini ödədiyi hissəsindən sonra xx.xx.2015-ci il tarixə öhdəlində qalan borc 18787,078 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31668,47 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31664,17 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31654,77 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31647,52 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31647,37 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31646,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31646,20 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31642,16 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31635,41 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31634,26 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31637,71 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31633,63 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31626,63 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31626,41 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31624,97 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31624,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31621,76 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31620,38 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31618,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31615,03 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31602,36 manat, xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31594,01 manat, xx.xx.2024-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31592,66 manat, xx.xx.2024-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31588,64 manat, xx.xx.2024-cü il tarixli ******* saylı qaimə fakturaya əsasən qalıq borc 31589,44 manat qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı 31666 manat məbləğində malı qəbul etmiş, dəyərini hal-hazıradək ödəməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2025-ci il tarixli 4/716 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 87-ci vərəqəsində olan xx.xx.2023cü il tarixli 0239306, i/v 88-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 89-da olan xx.xx.2023- cü il tarixli ******* saylı, i/v 92-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 94-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 96-da olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 101-də xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 102-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 104-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 107-də olan xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturalarda “Təhvil aldı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin i/v 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 90-da olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 91-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 95-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 97də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 98-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 99-da olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 100-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 103-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 105-də olan xx.xx.2023-cü il tarixli ******* saylı, i/v 106-da olan xx.xx.2023-cü il tarixli ******* imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Tədqiqi hissənin 3-cü bəndində göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyələri veririk: - sənədlərdə imzaların sadələşdirilmiş formada icra olunmasına yol verməmək; - imza qrafalarında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). Xidmət haqqı 126 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2025-ci il tarixli 4/1229 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 163-cü vərəqəsində olan 22 dekabr 2015-ci il tarixli “Alqı-satqı razılaşması”nın aşağı hissəsində “Alıcı:” qrafasında olan imza- Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, işin 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 87-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 88- ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 89-cu vərəqində olan xx.xx.2023- cü il tarixli ******* saylı, işin 90-cı vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 92-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 94-cü vərəqində olan xx.xx.2023- cü il tarixli ******* saylı, işin 95-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 96-cı vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 97-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 98-ci vərəqində olan xx.xx.2023- cü il tarixli ******* saylı, işin 99-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 100-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 101 -ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 102-ci vərəqində olan xx.xx.2023- cü il tarixli ******* saylı, 103-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 104-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 105-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı, işin 106-cı vərəqində olan xx.xx.2023- cü il tarixli ******* saylı, işin 107-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ******* saylı “Qaimə fakturalar”da “Təhvil aldı” qrafalarındakı imzalar; işin 164-cü vərəqində olan 23 fevral 2023-cü il tarixli “Üzləşmə aktı”da “Cavabdeh” yazılarının qarşısında olan imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Xidmət haqqı 126 manat müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı münasibətləri olmuşdur. İddiaçı 2024-cü il iyun ayınadək bu münasibətlərin davam etdiyini, cavabdehə mal verdiyini, mal verərkən qaimə fakturaya imzalatdığını, cavabdehin malın pulunu tam ödəmədiyini və ona borcu qaldığını qeyd etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında olan alqı-satqı münasibətlərinin 2015-ci ilədək davam etdiyini, 2018-ci il tarixdən sonra fəaliyyətini dayandırdığını, heç bir mal almadığını, 2015-ci il tarixdən isə iddiaçıya borcu qalmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qaimə fakturalarda təhvil alan qrafasında olan imzaların cavabdehə məxsus olmadığına dair rəy verilmişdir. Həmçinin borcun mövcudluğu barədə xx.xx.2023-cü il tarixli üzləşmə aktında da imzanın cavabdehə məxsus olmadığı ilə bağlı rəy verilmişdir. Həmin sənədlər əsasında cavabdehə mal təhvil verilməsi təsdiq edilmir. Həmçinin məhkəmə bildirir ki, dindirilmiş şahidlər 2013-2023-cü illər ərzində iddiaçı tərəfindən cavabdehə mal verildiyini bildirmişlər. Lakin hər iki şahid ifadəsində verilən malların cavabdeh tərəfindən qaiməyə imza ataraq təhvil alındığını bildirmişlər. Təqdim olunan qaimə fakturalar da isə imzanın cavabdehə məxsusluğu müəyyən edilməmişdir. Şahidlərin 2015-ci ildən sonra cavabdehə mal verilməsi ilə bağlı göstərdikləri başqa hər hansı sübutla təsdiq edilmir. Bundan başqa tərəflər arasında xx.xx.2015-ci il tarixli alqı-satqı razılaşması bağlanmış , həmin razılaşmaya əsasən Cavabdeh İddiaçı plastik qapı və pəncərə materialları almış, aldığı materialların dəyərini ödədiyi hissəsindən sonra xx.xx.2015-ci il tarixə 18787,078 qalıq borcu qalmışdır. Cavabdeh həmin borcu ödədiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin hissədə iddia tələbi əsaslıdır. Lakin iddiaçı xx.xx.2015-ci il tarixdə verdiyi malın pulunu qanunvericiliklə müəyyən edilmiş müddətdə deyil, 3 illik iddia müddətini ötürməklə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 252 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 252 (iki yüz əlli iki) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar