Məhkəmə qərarları › İş №e-2-2(115)-379/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-379/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-379/2025 02.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 16483,43 manat məbləğində krеdit bоrcu, 940,28 manat məbləğində faiz bоrcu və 448,35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17872,06 manat, 009R********** saylı krеdit razılaşması üzrə 4514,64 manat məbləğində krеdit bоrcu, 384,81 manat məbləğində faiz bоrcu və 148,98 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5048,43 manat, ümumilikdə cəmi 22920,49 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 158,76 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99GN821 olan, HOWO YÜK markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi və Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 77EU572 olan, HOWO YÜK markalı 2010-cu il tarixli buraxılış illi nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və ümumilikdə cəmi 22920,49 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 158,76 manat məbləğində dövlət rüsumunun qeydiyyat nişanı 99GN821 olan, HOWO YÜK markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi və 77EU572 olan, HOWO YÜK markalı 2010-cu il tarixli buraxılış illi nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 33516,57 manat ödəmiş, onun 16483,43 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 154 gün üçün hesablanmış faiz borcu 940,28 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 154 gün üçün hеsablanmış cərimə 448,35 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4285,36 manat ödəmiş, onun 4514,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 165 gün üçün hesablanmış faiz borcu 384,81 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 165 gün üçün hеsablanmış cərimə 148,98 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 009M**********01 saylıipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı 99GN821 olan, HOWO YÜK markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 156274 saylı çıxarışlara əsasənCavabdeh2 məxsus olan qeydiyyat nişanı 99GN821 olan, HOWO YÜK markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəs Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə xx.xx.2024-cü il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka verən Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 xx.xx.2021-ci il tarixində Bakı şəhəri 7 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99GN821 olan, HOWO YÜK markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Bundan başqa, Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 009M**********01 saylıipoteka müqaviləsi əsasında qeydiyyat nişanı 77EU572 olan, HOWO YÜK markalı 2010-cu il tarixli buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 146644 saylı çıxarışlara əsasən Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 77EU572 olan, HOWO YÜK markalı 2010-cu il tarixli buraxılış illi nəqliyyat vasitəs Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə xx.xx.2024-cü il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka verən Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1na məxsus olan qeydiyyat nişanı 77EU572 olan, HOWO YÜK markalı 2010-cu il tarixli buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir.

II. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Sübutların tədqiqi

6. İddiaçı "xxxx" QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 009L**********36 saylı uzunmüddətli kredit müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500000.00 (beş yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (1.2). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 03 dekabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur (1.3).

7. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 50000.00 (əlli min) manat olan krediti aylıq faiz dərəcəsi 1.5 ( bir tam onda beş) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).

8. xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 07 yanvar 2022-ci il, son ödəniş tarixi isə 09 dekabr 2024-cü il olmaqla 50000 manat kredit məbləği və 15324,39 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

9. 07 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, 50000 manat məbləğində pul Cavabdeh2 AZ67ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.

10. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişlə xx.xx.2021-ci il tarixli 009R********** saylı razılaşmaya dəyişiklik edilmiş, yeni ödəniş planı üzrə ilk ödəniş 10 may 2023-cü il, son ödəniş tarixi isə 07 mart 2025-ci il olmaqla 32382,38 manat qalıq kredit məbləği və 6702,4 manat kredit qalığı üzrə faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

11. 12 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 16483,43 manat əsas borcu, 940,28 manat məbləğində faiz bоrcu və 448,35 manat cərimə borcu olmaqla, cəmi 17872,06 manat məbləğində borcu var.

12. 12 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (16483,43 manat əsas borcu, 940,28 manat məbləğində faiz bоrcu və 448,35 manat cərimə borcu olmaqla, cəmi 17872,06 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

13. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 8800.00 (səkkiz min səkkiz yüz) manat olan krediti aylıq faiz dərəcəsi 1.5 ( bir tam onda beş) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).

14. xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 27 sentyabr 2022-ci il, son ödəniş tarixi isə 25 avqust 2025-ci il olmaqla 8800 manat kredit məbləği və 2704,63 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

15. 25 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, 8800 manat məbləğində pul 44 manat komissiya tutulmaqla Cavabdeh2 AZ67ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.

16. 12 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 4514,64 manat əsas borcu, 384,81 manat məbləğində faiz bоrcu və 148,98 manat cərimə borcu olmaqla, cəmi 5048,43 manat məbləğində borcu var.

17. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 25 avqust 2022-ci il tarixli 009S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 03 dekabr 2021-ci il tarixli 009L**********36 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 500.000 manat; Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 ay; Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (1.1).

18. 12 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (4514,64 manat əsas borcu, 384,81 manat məbləğində faiz bоrcu və 148,98 manat cərimə borcu olmaqla, cəmi 5048,43 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

19. 03 dekabr 2021-ci il tarixli X1 şəhadətnaməsindən görünür ki, **-GN-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSDXCN663129) avtomobil Cavabdeh2 mülkiyyətindədir.

20. 03 dekabr 2021-ci il tarixli, 009M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakını 03 dekabr 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış 009L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. (1.1). İpoteka predmetinin təsviri və olduğu yer: Qeydiyyat nişanı **-GN-***, istehsal tarixi 2012-ci il, Marka- “HOWO YÜK”, Tip-Özüboşaldan, Mühərrik nömrəsi **********7, Şassi- LZZ5EXSDXCN663129, Rənq-Qırmızı, Maksimal kütlə 55180 kq, Yüksüz kütlə 16600 kq (2.1) İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: 99GN821 (2.2), İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 03 dekabr 2021-ci il tarixdə verilmiş X1 Şəhadətnaməsi BA139975. İpoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 35000 (otuz beş min) manat təşkil edir.(2.5).

21. 15.08.2022-ci il tarixli X1 şəhadətnaməsindən görünür ki, **-EU-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSC5AA532377) avtomobil Cavabdeh1 mülkiyyətindədir.

22. 25 avqust 2022-ci il tarixli, 009M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakını 03 dekabr 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış 009L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. (1.1). İpoteka predmetinin təsviri və olduğu yer: Qeydiyyat nişanı **-EU-***, istehsal tarixi 2010-cu il, Marka- “HOWO YÜK” , Tip-Özüboşaldan, Mühərrik nömrəsi **********47, Şassi- LZZ5EXSC5AA532377, Rənq-Qırmızı, Maksimal kütlə 51180 kq, Yüksüz kütlə 15180 kq, Mühərrik həcmi 9726 (2.1) İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: 77EU572 (2.2), İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 15 avqust 2022-ci il tarixdə verilmiş X1 Şəhadətnaməsi BB285885. İpoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 32500 (otuz iki min beş yüz) manat təşkil edir.(2.5).

III. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı

... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

26. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

27. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

28. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

29. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 12 noyabr 2024-cü il tarixdə göndərilmişdir.

30. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 12 noyabr 2024-cü il tarixdə Cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh2 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 12 noyabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.

31. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh2 məxsus AZ67ACAB******************** nömrəli bank hesabından xx.xx.2021-xx.xx.2024-cü il tarixlərini və xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödənişlər olmamışdır.

33. 12 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 16483,43 manat əsas borcu, 940,28 manat məbləğində faiz bоrcu və 448,35 manat cərimə borcu olmaqla, cəmi 17872,06 manat məbləğində borcu var.

34. 12 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 4514,64 manat əsas borcu, 384,81 manat məbləğində faiz bоrcu və 148,98 manat cərimə borcu olmaqla, cəmi 5048,43 manat məbləğində borcu var.

35. Belə olan halda məhkəmə hesab edir ki, 12 noyabr 2024-cü il tarixə xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 16483,43 manat, faiz borcu 940,28 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə əsas borc 4514,64 manat, faiz borcu isə 384,81 manat müəyyən edilməlidir.

36. 28 noyabr 2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildirişlər qeydə alınması üçün xx.xx.2024cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır.

37. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 mülkiyyətindəki **-GN-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh1 mülkiyyətindəki **-EU-*** dövlət qeydiyyat nişanlı “HOWO YÜK” markalı avtomobilər iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

38. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

39. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqavilələrindən görünür ki, “HOWO YÜK” markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 35000 manat dəyərində, “HOWO YÜK” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 32500 manat dəyərində müəyyən edilmişdir.

40. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etmədiklərindən, həmçinin iddia ərizəsinə etiraz bildirmədiklərindən və ipoteka predmetinin məbləğini mübahisələndirmədiklərindən məhkəmə tərəfindən avtomobillərin qiymətləri ilə bağlı qiymətləndirilmə keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

41. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

42. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi 448,35 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 148,98 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

44. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 448,35 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 148,98 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi 448,35 manat (əsas borcun 2,72%-i həddində) və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 148,98 manat (əsas borcun 3,29%-i həddində) məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı eləcə də 158,76 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********21 nömrəli mədaxil qəbzi ilə 158,76 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158,76 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Accessbank” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 16483,43 manat əsas borc, 940,28 manat faiz borcu, 448,35 manat cərimə borcu olmaqla, cəmi 17872,06 manat, xx.xx.2022-ci il tarixli 009R********** saylı kredit razılaşma üzrə 4514,64 manat əsas borc, 384,81 manat faiz borcu, 148,98 manat cərimə borcu olmaqla, cəmi 5048,43 manat, ümumilikdə 22.920,49 manat məbləğində pul cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “Accessbank QSC-yə ödənilməli, tələb Cavabdeh2 mülkiyyətindəki **-GN-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSDXCN663129) və Cavabdeh1 mülkiyyətindəki **-EU-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSC5AA532377) avtomobillərə yönəldilməli, “HOWO YÜK” markalı, **-GN- *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 35000 manat, “HOWO YÜK” markalı markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 32500 manat müəyyən edilməli, ipotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən ümumilikdə 22.920,49 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə ödənilməli, “HOWO YÜK” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından qalan məbləğ Cavabdeh2, “HOWO YÜK” markalı markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından qalan məbləğ isə Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

50. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 16483,43 manat əsas borc, 940,28 manat faiz borcu, 448,35 manat cərimə borcu olmaqla, cəmi 17872,06 (on yeddi min səkkiz yüz yetmiş iki manat altı qəpik) manat, xx.xx.2022-ci il tarixli 009R********** saylı kredit razılaşma üzrə 4514,64 manat əsas borc, 384,81 manat faiz borcu, 148,98 manat cərimə borcu olmaqla, cəmi 5048,43 (beş min qırx səkkiz manat qırx üç qəpik) manat, ümumilikdə 22.920,49 (iyirmi iki min doqquz yüz iyirmi manat qırx doqquz qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətindəki **-GN-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSDXCN663129) və Cavabdeh1 mülkiyyətindəki **- EU-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “HOWO YÜK” markalı (ban: № LZZ5EXSC5AA532377) avtomobillərə yönəldilsin. “HOWO YÜK” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 35000 (otuz beş min) manat, “HOWO YÜK” markalı markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 32500 (otuz iki min beş yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 22.920,49 (iyirmi iki min doqquz yüz iyirmi manat qırx doqquz qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, “HOWO YÜK” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından qalan məbləğ Cavabdeh2, “HOWO YÜK” markalı markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından qalan məbləğ isə Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158,76 (bir yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar