Məhkəmə qərarları › İş №e-2-2(115)-38/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-38/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-38/2023 09.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh3ın iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, cavabdеh Cavabdeh3 iddiaçının хеyrinə krеdit razılaşması üzrə 29380,7 manat krеdit bоrcu, 6416,03 manat faiz bоrcu və 10606,42 manat cərimə borcu olmaqla, ümumilikdə 46403 manat 15 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 29,21 manat dövlət rüsumunun, ödənilmiş 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 82 nömrəli evdə yerləşən 13 A nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə bоrcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000000978 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları 02.10.214-cü il tarixli 978 nömrəli sazişə əsasən, krеdit xətti müqaviləsinin məbləğ və müddəti müvafiq olaraq 192 ay və 50000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 619,3 manat ödəmiş, onun 29380,7 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 489 gün üçün hesablanmış faiz borcu 6416,03 manat və cərimə borcu 10606,42 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 və Bank arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanılmış, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 82 nömrəli evdə yerləşən 13 A nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İddiaçı QSC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, cavabdеh Cavabdeh3, iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 29380,7 manat krеdit bоrcu, 6416,03 manat faiz bоrcu və 10606,42 manat cərimə borcu olmaqla, cəmi 46403 manat 15 qəpik bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 229,21 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və bоrcun, rüsumunların və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 ümumi qaydada tutulması, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razilaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin ləğv edilməsi, Cavabdeh3 iddiaçının xeyrinə kredit razılaşması üzrə 29380,7 manat kredit borcu, 9119,05 manat faiz borcu və 15136,9 manat cərimə borcu olmaqla, ümumilikdə 53636 manat 65 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 29,21 manat dövlət rüsumunun, ödənilmiş 200 manat mediasiya xarcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun va 30 manat xidmət haqqının tutulması, tələbinin Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 82 nömrəli evdə yerləşən 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilmasinə kifayat etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifada hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək izahatında göstərdi ki, bankdan kredit götürsə də ölkədə yaranmış pandemiya ilə əlaqədar fəaliyyət göstərə bilməmiş, bu səbəbdən borcunu vaxtında ödəyə bilməmişdir. Ona görə də iddiaçıdan ona möhlət verilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Azərbaycan Mikromaliyyələşdirmə” QSB-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2008-ci il tarixli 06L000000978 saylı kredit xətti müqaviləsindən görünür ki, ona 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 978 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, 08 iyul 2008-ci il tarixli 06L000000978 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50000 ABŞ dolları məbləğində kredit xəttinin açılması, həmiçinin bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 192 ay müddətinə, 08 iyul 2024-cü il tarixdən gec olmayaraq verilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2008-ci il tarixli 06L000000978 saylı kredit xətti müqaviləsi üzrə 14 fevral 2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədilə aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 30 aprel 2020-ci il tarixli 006R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 08 iyul 2008-ci il tarixli 06L000000978 saylı kredit xətti müqaviləsi üzrə 14 fevral 2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 02 oktyabr 2014-cü il tarixli 06M000001389 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 28238,40 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 282 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilin sahibi Cavabdeh3dır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdə qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1245 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh3 14 fevral 2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 29380,70 manat əsas, 9119,05 manat faiz, 15136,90 manat cərimə borcu olmaqla, ümumilikdə 53636,65 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 21 noyabr 2022-ci il tarixli G-11/22-252 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X6 küçəsi, bina 82 ünvanında yerləşən 13A nömrəli mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri 95000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 300 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 17 mart 2023-cü il tarixli 02-03/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128,9 kv.metr ümumi, 42,4 kv.metr yaşayış, 86,5 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 75000 manat, likvid dəyəri 67000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2023-cü il tarixli 10/3379 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən 13 nömrəli mənzilin likvid dəyəri təqribən 118000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli 9/3559 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 006R********** saylı kredit müqaviləsi, həmiçinin həmin müqavilənin əsasında imzalanmış xx.xx.2020-ci il tarixli, 006R**********S saylı sazişin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh3 İddiaçı QSC-nə 18 aprel 2023-cü il tarixə olan borcu əsas borc üzrə 29380,70 manat, faiz borcu üzrə 9119 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmiçinin hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 006R********** saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün 18 aprel 2023-cü il tarixə Cavabdeh3 cərimə borcu hesablanmamışdır. Tədqiqatın dəyəri isə 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Mikromaliyyələşdirmə” QSB-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit limitinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh3 arasında bağlanmış 14 fevral 2020-ci il tarixli kredit razılaşmasına əsasən ona fərdi mikro kredit məqsədilə aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 30 aprel 2020-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalığının və hesablanmış faizlərin 30 aprel 2020-ci il tarixli ödəniş planına əsasən 14 avqust 2023-cü il tarixədək hissə-hissə banka ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 29380,70 manat əsas borc və 9119,05 manat faiz borcunun tutulmasını tələb etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli 9/3559 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh3 14 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə banka xx.xx.2023-cü il tarixə 29380,70 manat əsas borc, 9119 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 15136 manat 90 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə yaranmış 29380 manat 70 qəpik əsas borc, 9119 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 38999 manat 70 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının müddəti sazişlə artırılmış və 18 aprel 2023-cü il tarixində müddət başa çatdığına görə həmin razılaşmanın və sazişin ləğvi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 118000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 177 manat 79 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 29 manat 21 qəpik dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir, lakin iddiaçı tərəfindən iddia tələbinin həciminin artırılması barədə ərizə verilmiş, həmin artırılmış hissəyə mütənasib olaraq dövlət rüsumu ödənilməmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun ödənilməyən hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmaqla 29 manat 21 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Digər qymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 245 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 006R********** saylı kredit razılaşma üzrə 29380 manat 70 qəpik əsas borcu, 9119 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 38999 (otuz səkkiz min doqquz yüz doxsan doqquz) manat 70 (yetmiş) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində 82 nömrəli evin 1-2-ci mərtəbəsində yerləşən, 128.9 kv.m ümumi, 42.4 kv.m yaşayış, 86.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 13 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın, mənzilin ilkin satış qiyməti 118000 (bir yüz on səkkiz min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145,VÖEN:**********,SWİFTkod:AİİBAZ2X,M/h: Z37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 245 (iki yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh3 177 (bir yüz yetmiş yeddi) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar