Məhkəmə qərarları › İş №e-2-2(115)-38/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-38/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-38/2025 30.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdeh “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 25590 manat və dövlət rüsümuna görə ödədiyi 165 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Yapı Sənayi və Ticaret A.Ş Ticarət Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozup 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx-2022-ci il tarixli hökmündə göstərilir ki, “o 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X13” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C “ markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür”. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqıaparılmış və işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 341/2022 saylı, xx.xx-2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilininb 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-193/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1969/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsnin qərarı dövlət ittihamçısı tərəfindən verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin təqsiri ekspert rəyi, qanuni qüvvəyə minmiş qərarla və digər iş materialları ilə sübuta yetirilmişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Baş vermiş hadisə ilə bağlı yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olan X15 və Ticaret A.Ş Ticarət Azərbaycan Respublikasındakı filialı məsuliyyət daşıyır. Qeyd edilən cinayət hadisəsi nəticəsində ona məxsus “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat maddi ziyan dəymişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ittiham aktında (9-cu səhifəsində) göstərilir ki, “cinayət işinə əlavə edilmiş zərər aktında “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 (otuz min beş yüz doxsan) manat zərər dəydiyi göstərilmişdir”. Habelə, iddia ərizəsinə əlavə edilımiş ziyan aktından görünür ki, ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 (otuz min beş yüz doxsan) manat zərər dəymişdir. Bildirməlidir ki, sığorta şirkəti tərəfindən 5000 (beş min) manat sığorta haqqı ödənildiyi üçün həmin məbləğ ümumi ziyandan çıxılmalı və 25590 (iyirmi beş min beş yüz doxsan) manat cavabdehdən alınaraq ona ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2(045)-685/2024 nömrəli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh “X18 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 41272 manat, vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 51272 manat və dövlət rüsmuna görə ödədiyi 195 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar qarşı tərəflə razılığa gələ bilməmişlər. Heç qarşı tərəf onunla danışıqlar aparmamışdır. Hadisə 2 il yarım bunan əvvəl baş verib və o vaxt mövcud olan qiymətlərlə hazırkı qiymətlər eyni deyil, təxminən 30-35% artım var. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, faktiki olaraq əmlaka ziyan dəymişdir və tələbləri haqlıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi qərəzlidir. Hazırda şirkətin həmin məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: ittiham aktı, ziyan aktı, hökm, ekspertiza rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən göründüyü kimi X8 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X13” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C “ markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür”. Həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilən cinayət hadisəsi nəticəsində İddiaçı məxsus “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş ziyan aktından görünür ki, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat ziyan dəydiyi müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. İşin mübahisəsiz hallarından görünür ki, X8 “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialında sürücü işləmiş və şirkətə məxsus “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X13” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq idarə etdiyi “Volvo FM 2MRC3C” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü İddiaçı idarə etdiyi “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində X8 oğlu təqsirli bilinmişdir. X8 “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialının işçisi olmuşdur. X2 təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur. X8 cavabdeh “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialının işçisi olduğundan iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialına qarşı iddia qaldırmaqda haqlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, həqiqətən cavabdeh hüquqi şəxsin işçisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymiş və iddiaçının da hüquqi şəxsin işçisinin törətdiyi hərəkətə görə hüquqi şəxsin özünə qarşı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, hazırki iş üzrə cavabdehin işçisinin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapdığından iddiaçı ziyanı tələb etməkdə haqlıdır. İddiaçı öz tələbində **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 41272 manat, vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 51272 manat pulun tutulması xahiş etmiş, eyni zamanda iddia ərizəsində 5000 (beş min) manat sığorta haqqının alındığınıda etiraf etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin 30 avqust 2024-cü il tarixli UNİ/A 88-513/2024 nömrəli rəyində göstərilmişdir ki, “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşma nəticəsində “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 46272 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2025-ci il tarixli 9/9982 saylı rəyində göstərilmişdir ki, “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 31200 manat təşkil edir. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2025-ci il tarixli 9/9982 saylı rəyini mötəbər sübut kimi qəbul edərək, həmçinin iddiaçıya 5000 manat sığorta ödənişi alındığını nəzərə alaraq, dəymiş ziyanla bağlı 26200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Ona görə avtomobilin bərpası üçün çəkilmiş 26200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir . Məhkəmə mənəvi zərərin ödənilməsinə dair hissədə iddiaya hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X5 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ diz qapağı sümüyünün qəlpəli qapalı sınığı, diz oynağının hemartrozu, ön səthinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir. xx.xx.2022-ci il tarixdə hərəkətdə olan mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət almış və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ona görə iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə vurulmuş mənəvi zərərin dəyəri dəqiq qiymətləndirilə bilinmədiyindən, vurulmuş mənəvi zərərin məbləği ağlabatan həcmdə götürülməli, həm, iddiaçının və həm də cavabdehin tələbə qarşı olan münasibəti nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin məbləğinin 1000 manat həddində olması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 171,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 23,40 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ekspertiza xərci isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 26200 manat maddi ziyan, 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 27200 manat məbləğində pul və 171,60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 23,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh “X18 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar