Məhkəmə qərarları › İş №e-2-2(115)-383/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-383/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-383/2022 17.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli 004 saylı saylı Kredit müqaviləsi üzrə əsas borc 62500 manat, faiz borcu 4349.47 manat, cərimə faizi üzrə 3367.55 manat olmaqla, cəmi 70217.02 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82.84 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiymətinin (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Şəmkir rayonu Dəllər-Cırdaxan kəndindəyerləş 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh istifadə hüququna xitam verilməklə çıxarılması və torpaq sahələrinin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli 004 sayli sayli Kredit müqaviləsi üzrə əsas borc üzrə 61.494.16 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 17.09 manat olmaqla cəmi 61547.36 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82.84 manat dövlət rüsumu va xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Şəmkir rayonu, Dəələr-Cırdaxan kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı torpaq sahəsinin ilkin stı qiyməti(likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən 2.0 ha torpaq sahəsindən Cavabdeh istifadə hüququna xitam verilməklə çıxarılması və torpaq sahələrinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 004 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh illik 7 faiz olmaqla 36 ay müddətinə 150000 ( bir yüz əlli min ) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus (xx.xx.2017 il tarixli **********89 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinə əsasən isə sonuncuya məxsus (xx.xx.2020-ci il tarixli **********31 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləş 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İpoteka ilə yüklü edilmiş və müvafiq olaraq yüklülüklər xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Bununla yanaşı, cavabdeh, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışlarına əsasən, 20 dekabr 2021-ci il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 62500 (altmış iki min beş yüz manat) manat, faiz borcu 4349.47 (dörd min üç yüz qırx doqquz manat qırx yeddi qəpik)) manat, cərimə faizi üzrə 3367.55 ( üç min üz yüz altmış yeddi manat əlli beş qəpik) olmaqla, cəmi 70217.02 (yetmiş min iki yüz on yeddi manat iki qəpik) manat təşkil edir. Cavabdeh kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli 004 saylı kredit müqaviləsindən görünür ki, borcverən -"xxxx" ASC tərəfindən borcalan Cavabdeh 150 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 007 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 004 saylı kredit müqaviləsinin təminatı kimi Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli 130 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 004 saylı kredit müqaviləsinin təminatı kimi Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə banka 61494.16 manat əsas borc, 17.09 manat faiz borcu, 36.11 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla, cəmi 61547.36 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Şəmkir şəhərində yerləşən 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 31 500 manat, likvid dəyəri isə 28 000 manat, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 36 000 manat, likvid dəyəri isə 32 000 manat qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 noyabr 2021-ci il tarixli, MŞİH- 05914 nömrəli arayışının surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 004 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 150 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 004 saylı saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 61,494.16 ( altmış bir min dörd yüz doxsan dörd manat on altı qəpik) manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 17.09 (on yeddi manat doqquz qəpik) manat olmaqia cəmi 61547.36 ( altmış bir min beş yüz qırx yeddi manat otuz altı qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82.84 (səksən iki manat səksən dörd qəpik) manat dövlət rüsumu və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən likvid dəyəri 28 000 manat olan 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Şəmkir rayonu Dəilər-Cırdaxan kəndində yerləş likvid dəyəri 32000 manat olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, torpaq sahələri açıq hərracda satılsın, əldə olunmuş vəsait Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilsin. İpotekaya qoyulmuş 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir rayonu Dəilər-Cırdaxan kəndində yerləş 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılmaqla və torpaq sahələri boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 004 saylı saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 61,494.16 ( altmış bir min dörd yüz doxsan dörd manat on altı qəpik) manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 17.09 (on yeddi manat doqquz qəpik) manat olmaqia cəmi 61547.36 ( altmış bir min beş yüz qırx yeddi manat otuz altı qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82.84 (səksən iki manat səksən dörd qəpik) manat dövlət rüsumu və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən likvid dəyəri 28 000 manat olan 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Şəmkir rayonu Dəilər-Cırdaxan kəndində yerləş likvid dəyəri 32000 manat olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, torpaq sahələri açıq hərracda satılsın, əldə olunmuş vəsait Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilsin. İpotekaya qoyulmuş 1.5745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir rayonu Dəilər-Cırdaxan kəndində yerləş 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılmaqla və torpaq sahələri boşaldılsın. İş üzrə 400 (üç yüz) manat ekspertiza xərci 200 (iki yüz) manatı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 200 (iki yüz) manatı isə Cavabdeh tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar