Məhkəmə qərarları › İş №e-2-2(115)-39/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-39/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-39/2021 09.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Hüseynov Zöhrab Vilayət oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin mülkiyyətində olan sex və sahələr (anbar sahəsi, qaz paylayıcı məntəqə, dəmir yol sahəsi, 1 və 2 saylı qüllələr, elektrik təmir sahəsi, mexaniki təmir sahəsi), texnika və avadanlıqlar, nəqliyyat vasitələri, xüsusi təyinatlı nəqliyyat vasitələri (3-ədəd kamaz markalı nəqliyyat vasitələri, 1ədəd KS-6575 kamaz markalı 50 tonluq avtokran, 1-ədəd teplovoz TEM-2U-8034, in N 5.06461, 1-ədəd VDM-1201 qaynaq aparatı, 1-ədəd mobil texniki yağ filtri-model BF-2N, 1 ədəd kəsmə dəzgahı KМ-915,4-ədəd qazlı su aparatı Delta M-60P, 30-ədəd dəmir paltar şkafları, 1-ədəd proektor LG DS 325), Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq Cavabdeh ASC-nin sahibliyinə qaytarılması və Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 1278350,64 manat məbləğin və hesablanmış 92680,42 manat məbləğində faizin, hüquqi xidmət üçün ödənilmiş 210 manat məbləğində vəsaitin, ekspertiza xərci olan 500 manat məbləğində vəsaitin, ümumilikdə 1371741,06 manat məbləğində vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin baş direktoru X1 dəfə iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh ASC-nin mülkiyyətində olan aşağıdakı sex və sahələrin: 1 saylı anbarı (xüsusi geyim anbarı)-446.4 kv/m; 2 saylı anbarı (xammal un anbarı)-446.4 kv/m; model sexi binasını(kağız anbarı)-3256 kv/m; xammal anbarını (kükürd anbarı)-2575 kv/m;örtülü boksid anbarını-6930 kv/m;açıq anbarı (açıq sahə)-1040 kv/m;xüsusi geyim və xammal anbarının qarşısını (açıq sahə)-2400 kv/m; yanacaq doldurma məntəqəsini -400 kv/m;qaz paylaşdırıcı məntəqə binasını, qaz paylayıcı məntəqə binasını-ŞP-9410-495 kv/m;dəmir yol sahəsini; depo poravoz emalatxanasını- 300 kv/m;yoldəyişdirici köşkünü-70 kv/m;gil torpaq anbarını (1-6 saylı qüllələr)-720 kv/m;elektrik təmir sexini-1569 kv/m;mexaniki təmir sexini (təmir bloku)-7626 kv/m cavabdehə məxsus mallardan boşaldılaraq Cavabdeh ASC-yə təhvil verilməsi, aşağıdakı nəqliyyat vasitələrinin: teplovoz TEM 2U 8034;kamaz yük bortlu 50AD915; kamaz yük bortlu 50AC230;kamaz yük bortlu 50AC484;kamaz avtokran 20AD919 və Lokomotivin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq "Cavabdeh” ASC-nin sahibliyinə qaytarılması, aşağıdakı əmlakların:VDM-1201 qaynaq aparatı;1ədəd mobil texniki yağ filtri-model BF-2N;1 ədəd kəsmə dəzgahı KM-915; 4 ədəd qazlı su aparatı Delta M-60P; 30-ədəd dəmir paltar şkafları;1 ədəd proyektor LG DS 325 Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq Cavabdeh ASC-nin sahibliyinə qaytarılması, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ******* manat məbləğin və hesablanmış 107163,3 manat (uçot faiz dərəcəsi 6.5%) məbləğində faizin, hüquqi xidmət üçün ödənilmiş 210 manat məbləğində vəsaitin, ekspertiza xərci olan 500 manat məbləğində vəsaitin, ümumilikdə 1629719,3 manat məbləğində vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi Hüseynov Zöhrab Vilayət oğlu məhkəməyə barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı “xxxx” ASC-nin baş direktoru Vidadi Məhərrəmov və Cavabdeh MMC-nin direktoru Maksim Cavadov arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli M-003/21 nömrəli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. İddia ərizəsinin predmeti olan bütün daşınar və daşınmaz əmlaklara görə cavabdeh xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək aylıq icarə haqqı 15000 AZN (ƏDV xaric) təşkil edir və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən 10 gün sonra iddiaçının hesabına iddiaçının sorğusu əsasında köçürüləcəkdir.

2. xx xxxxxx 2021-ci il tarixdən cavabdeh iddia predmeti olan daşınar və daşınmaz əmlakları istifadə etdiyi müddət ərzində aylıq icarə haqqı 20000 AZN (ƏDV xaric) iddiaçının xeyrinə bu Sazişə əsasən bağlanılacaq icarə müqaviləsi ilə ödəniləcəkdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri Nümayəndə və X6 məhkəmə iclasında ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrini dinləyib, tərəflərin nümayəndələrinə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə tərəflər - iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Vidadi Məhərrəmov və Cavabdeh MMC-nin nümayəndəsi Maksim Cavadov arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli M-003/21 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddia ərizəsinin predmeti olan bütün daşınar və daşınmaz əmlaklara görə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək aylıq icarə haqqı 15000 manat (ƏDV xaric) təşkil edir və cavabdeh 10 gün sonra iddiaçının sorğusu əsasında iddiaçının hesabına köçürməyi öhdəsinə götürür.

2. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən iddia predmeti olan daşınar və daşınmaz əmlakları istifadə etdiyi müddət ərzində aylıq icarə haqqı 20000 manat (ƏDV xaric) iddiaçının xeyrinə bu Sazişə əsasən bağlanılacaq icarə müqaviləsi ilə ödənilməsini öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar