Məhkəmə qərarları › İş №e-2-2(115)-404/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-404/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-404/2022 08.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 25 fevral 2021 il tariхli, 800842-832351/2 saylı kredit müqaviləsi üzrə 23000 manat əsas borc və 4014.18 manat faiz borcu olmaqla, cəmi 27014.18 manat məbləğində kredit bоrcu və mediasiya xidmətinin göstəriməsinə dair ödənilmiş 200 manat məbləğində rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25 fevral 2021 il tariхli, 800842-832351/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Еyni zamanda, bank ilə – Cavabdeh1 arasında 25 fevral 2021 il tariхli, 800842-832351/2 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi 25 fevral 2021 il tariхli, 800842-832351/2 nömrəli girov müqaviləsi bağlanmışdır. 25 fevral 2021 il tariхli, 800842-832351/2 nömrəli Girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızılzinət əşyaları (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) bankın pul anbarına saxlanca verilmişdir. Eynizamanda, kreditin təminatı olaraq İddiaçıASC ilə Cavabdeh3 arasında 25 fevral 2021 il tariхli, 800842-832351/2 nömrəli zaminlik müqaviləsi, Cavabdeh2 ilə isə 25 fevral 2021 il tariхli, 800842-832351/2/2 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. 11 fevral 2022-ci il tarixinə borclunun 25 fevral 2021 il tariхli, 800842-832351/2 saylı kredit müqaviləsi üzrə 23000 manat əsas borc və 4,014.18 manat faiz borcu olmaqla, cəmi 27,014.18 manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Hazırkı iclasla bağlı məhkəməyə teleqram göndərərək, üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 25 fevral 2021-ci il tarixli 800842-832351/2 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Bank 23 000 manat dəyərində kredit məbləğini 36 ay müddətinə, 20 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 25 fevral 2021-ci il tarixli 800842-832351/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 25 fevral 2021-ci il tarixli 800842-832351/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 25 fevral 2021-ci il tarixli 800842-832351/2 girov müqaviləsinin surətindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) bankın pul anbarına saxlanca verilmişdir. 25 fevral 2021-ci il tarixli, ******* nömrəli girovun qiymətləndirilməsi aktından göründüyü kimi girov əmlakının qiyməti 10029 manat olaraq dəyərləndirilmişdir. 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu əsas borc üzrə 23 000 manat və faiz borcu üzrə 4014.18 manat olmaqla, cəmi 27014.18 manat təşkil edir. 25 yanvar 2021-ci il tarixli 800/800/0067/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən Cavabdeh1 banka olan borcu əsas borc üzrə 23000 manat, faiz borcu üzrə 3655.08 manat qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 25 fevral 2021-ci il tarixli 800842-832351/2 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 23 000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında 25 fevral 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış, müqavilələrə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Habelə, öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) bankın pul anbarına saxlanca verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 25 fevral 2021-ci il tarixli, 800842-832351/2 saylı kredit müqaviləsi üzrə 23000 (iyirmi üç min) manat əsas borc, 3655,08 (üç min altı yüz əlli beş manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 26655,08 (iyirmi altı min altı yüz əlli beş manat səkkiz qəpik) manat və mediasiya xidmətlərinin göstərilməsinə dair ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tutma bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 25 fevral 2021-ci il tarixli, 800842- 832351/2 saylı kredit müqaviləsi üzrə 23000 (iyirmi üç min) manat əsas borc, 3655,08 (üç min altı yüz əlli beş manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 26655,08 (iyirmi altı min altı yüz əlli beş manat səkkiz qəpik) manat və mediasiya xidmətlərinin göstərilməsinə dair ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 104.2 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (boyunbağı 2 ədəd, qolbağı 2 ədəd) və 750 əyyarlı, 63.8 qram çəkidə 2 ədəd qızıl zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) yönəldilsin, qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar