Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-407/2022 29.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29,301.09 manat əsas borc və 4,554.20 manat faiz borcu olmaqla, cəmi 33,855.29 manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20,399.47 manat əsas borc və 3,403.90 manat faiz borcu olmaqla, cəmi 23,803.37 manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 49,700.56 manat əsas borc və 7,958.10 manat faiz borcu olmaqla, cəmi 57,658.66 manat borc, ipoteka predmetinətutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21.30 manat dövlət rüsumu və 61.54 manat xidmət haqqı olmaqla, cəmi 82.84 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat rüsumun tutularaq İddiaçıASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə və Cavabdeh5 tammülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin boşaltması və Cavabdeh1, Cavabdeh4, X8, X9 və X1 şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsi və 26 sentyabr 2018-ci il tarixli, 800876-580996/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış 800850-580666/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir. 800876-580996/1 nömrəli kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 (VÖEN: **********) illik 19% dərəcəsi ilə tranşlarla, hər tranş üzrə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə olmaqla, ümumi 60 ay müddətinə 45000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh4 arasında 30 iyul 2020-ci il tariхli, 800850-580666/1 nömrəli və 30 iyul 2020-ci il tariхli, 800876-580996/1 nömrəli zaminlik müqavilələri imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçıASC ilə borcalan və girov qoyan Cavabdeh1 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli ipoteka müqaviləsinə əsаsən Bаnkа girоv qоyulmuş Cavabdeh1 tam mülkiyyətində оlаn və Аzərbаycаn Rеspublikаsı Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Gəncə şəhər Ərаzi İdаrəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi: **********97-10301, qeydiyyat nömrəsi: 150705194, qeydiyyat tarixi: xx.xx.2007) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Bundan əlavə, kredit müqavilələrinin təminatı kimi İddiaçıASC ilə borcalan Cavabdeh1 və girov qoyan Cavabdeh5 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsinə əsаsən Bаnkа girоv qоyulmuş Cavabdeh5 tam mülkiyyətində оlаn və Аzərbаycаn Rеspublikаsı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Ərаzi İdаrəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi: **********67-05101-093008, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili (daşınmaz əmlakın ümumi sahəsi – 28.9 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli 001/007/4176/2021 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) cavabdehlərə poçt vasitəsi ilə təqdim edilmişdir. Cavabdehlərə qeyd edilən bildiriş rəsmi təqdim olunduqdan sonra xx.xx.2021-ci il tarixli 001/007/4333/2021 saylı ərizə əsasında və xx.xx.2021-ci il tarixli 001/007/4334/2021 saylı ərizə əsasında bildiriş dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçıASC-nin ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh4 imzaladığı xx.xx.2018ci il tarixli 8İ-11524 nömrə ilə reyestrdə qeyd edilən **********524 saylı ərizəyə, Cavabdeh3 imzaladığı xx.xx.2018-ci il tarixli 8İ-11530 nömrə ilə reyestrdə qeyd edilən **********530 saylı ərizəyə və X3 imzaladığı xx.xx.2018-ci il tarixli 77/806-H/77-2018-5-697 nömrə ilə reyestrdə qeyd edilən 77 АВ9193201 saylı ərizəyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərkən ipoteka ilə yüklü edilmiş əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi, boşaltmağı öz öhdəliklərinə götürüblər və əmlakın satılmasına etiraz etməyiblər. 07 fevral 2019-cu il tarixində 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsinə 01 nömrəliəlavə razılaşma və 26 sentyabr 2018-ci il tarixli, 800876- 580996/1 nömrəli kredit xətti müqaviləsinə 01 nömrəli əlavə razılaşma Expressbank ASC ilə Cavabdeh1 arasında imzalanmışdır. Əlavə razılaşmalara əsasən müqavilələrin müddəti və şərtləri çərçivəsində, rəsmiləşdirilmə günü gecikmədə olan borc kapitallaşdırılmaqla və restrukturizasiyaya görə xidmət haqqı tətbiq edilmədən, 2019-cu ilin fevral, mart və aprel ayları üzrə ödəniş yalnız əsas borc üzrə faiz ödənişləri tətbiq edilməsi və aylar üzrə yaranmış qalıq (kəsr) məbləğlər mövcud kredit müqaviləsi üzrə növbəti aylara bərabər keçirilməsi qərara alınmışdır. 23 aprel 2020-ci il tarixində Cavabdeh1 ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsinin və 26 sentyabr 2018-ci il tarixli, 800876- 580996/1 nömrəli kredit xətti müqaviləsinin ödənişlərinə 2020-ci ilin iyun, iyul, avqust aylarında güzəşt edərək, bütün aylıq ödənişlərin cəmini 1500 manata endirilməsi, güzəşt dövründə yaranmış kəsr məbləğlərini isə həmin kredit müqaviləsi üzrə sonuncu aya keçirilməsi xahiş olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29,301.09 manat əsas borc və 4,554.20 manat faiz borcu olmaqla, cəmi 33,855.29 manat və 26 sentyabr 2018-ci il tarixli 800876- 580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20,399.47 manat əsas borc və 5,406.48 manat faiz borcu olmaqla, cəmi 25,805.95 manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 49,700.56 manat əsas borc və 9,960.68 manat faiz borcu olmaqla, cəmi 59,661.24 manat borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21.30 manat dövlət rüsumu və 61.54 manat xidmət haqqı olmaqla, cəmi 82.84 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə və Cavabdeh5 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin boşaltması və çıxarılması və Cavabdeh1, Cavabdeh4, X8, X9 və X7 Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evin boşaldılması və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 (VÖEN: **********) illik 19% dərəcəsi ilə tranşlarla, hər tranş üzrə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə olmaqla, ümumi 60 ay müddətinə 45000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Bank Cavabdeh1 illik 19% dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat məbləğində kredit verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 07 fevral 2019-cu il tarixində 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə razılaşma və 26 sentyabr 2018-ci il tarixli, 800876- 580996/1 nömrəli kredit xətti müqaviləsinə 01 nömrəli əlavə razılaşmalara əsasən müqavilələrin müddəti və şərtləri çərçivəsində, rəsmiləşdirilmə günü gecikmədə olan borc kapitallaşdırılmaqla və restrukturizasiyaya görə xidmət haqqı tətbiq edilmədən, 2019-cu ilin fevral, mart və aprel ayları üzrə ödəniş yalnız əsas borc üzrə faiz ödənişləri tətbiq edilməsi və aylar üzrə yaranmış qalıq (kəsr) məbləğlər mövcud kredit müqaviləsi üzrə növbəti aylara bərabər keçirilməsi qərara alınmışdır. 30 iyul 2020-ci il tariхli, 800850-580666/1 nömrəli və 30 iyul 2020-ci il tariхli, 800876- 580996/1 nömrəli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh5 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili evi ipoteka predmeti kimi yüklü edilmişdr. 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh1 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə 29301.09 manat əsas borc və 4554.20 manat faiz borcu olmaqla, cəmi borc 33855.29 manat təşkil edir. 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018ci il tarixli 800876-580996/1 nömrəli kredit müqaviləsi üzrə 20399.47 manat əsas borc və 3403.90 manat faiz borcu olmaqla, cəmi borc 23803.37 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən xx.xx.2022-ci il tarixli, 02-61/22 nömrəli ekspert rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 125000 manat, likvid dəyəri 107000 manat, Cavabdeh5 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili evinin bazar dəyəri 53000 manat, likvid dəyəri 44000 manat qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, 26 sentyabr 2018-ci il tarixli 800850- 580666/1 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 ilə iddiaçı arasında 30 iyul 2020-ci il tariхli, 800850-580666/1 nömrəli və 30 iyul 2020-ci il tariхli, 800876-580996/1 nömrəli zaminlik müqavilələri bağlanmış, müqavilələrə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850- 580666/1 saylı kredit müqaviləsi üzrə 29301.09(iyirmi doqquz min üç yüz bir manat doqquz qəpik) manat əsas borc, 4554.20(dörd min beş yüz əlli dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 33855.29(otuz üç min səkkiz yüz əlli beş manat iyirmi doqquz qəpik) manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20399.47(iyirmi min üç yüz doxsan doqquz manat qırx yeddi qəpik) manat əsas borc və 5406.48(beş min dörd yüz altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 25805.95(iyirmi beş min səkkiz yüz beş manat doxsan beş qəpik) manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49700.56(qırx doqquz min yeddi yüz manat əlli altı qəpik) manat əsas borc və 9960.68(doqquz min doqquz yüz altmış manat altmış səkkiz qəpik) manat fazi borcu olmaqla, cəmi 59661.24(əlli doqquz min altı yüz altmış bir manat iyirmi dörd qəpik) manat borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 107 000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvillər küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evinə və likvid dəyəri 44 000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzilinə yönəldilməli və və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evləri boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29301.09(iyirmi doqquz min üç yüz bir manat doqquz qəpik) manat əsas borc, 4554.20(dörd min beş yüz əlli dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 33855.29(otuz üç min səkkiz yüz əlli beş manat iyirmi doqquz qəpik) manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20399.47(iyirmi min üç yüz doxsan doqquz manat qırx yeddi qəpik) manat əsas borc və 5406.48(beş min dörd yüz altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 25805.95(iyirmi beş min səkkiz yüz beş manat doxsan beş qəpik) manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49700.56(qırx doqquz min yeddi yüz manat əlli altı qəpik) manat əsas borc və 9960.68(doqquz min doqquz yüz altmış manat altmış səkkiz qəpik) manat fazi borcu olmaqla, cəmi 59661.24(əlli doqquz min altı yüz altmış bir manat iyirmi dörd qəpik) manat borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı “ Expressbank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə 500 (beş yüz) manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-407/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-407/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver