Məhkəmə qərarları › İş №e-2-2(115)-408/2022

Gəncə Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2-2(115)-408/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-408/2022 16.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2956,48 manat məbləğində əsas bоrc və 393,45 manat faiz borcu оlmaqla, cəmi 3349,93 manat borcun və 70 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 aprel 2022-ci il tarixli, e-2-2(115)-408/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 fevral 2020-ci il tariхli, 102842-863528/1 nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada 2956,48 manat məbləğində əsas bоrc və 393,45 manat faiz borcu оlmaqla, cəmi 3349,93 manat borc və 70 manat məbləğində ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. 01 aprel 2022-ci il tarixində iddiaçı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən əlavə qətnamənin çıxarılması barədə ərizə verilərək bildirilmişdir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2552.97 manat əsas borc və 429.76 manat faiz borcu olmaqla, cəmi 2982.73 manat borcun və 70 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutulması barədə əlavə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Göründüyü kimi iddia tələbi təmin edilmiş, lakin iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir. Odur ki, həmin məsələlər üzrə əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim qətnamədə alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə işdə iştirak edən şəxsləri xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Əlavə qətnamə üzrə 2552.97 manat əsas borc və 429.76 manat faiz borcu olmaqla, cəmi 2982.73 manat borc və 70 manat məbləğində ödənilmiş mediasiya xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar