Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-411/2022 17.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi və istilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadəsində olan istilikxanada qaz istehlakına görə hesablanmış 141.837,20 manat borcun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək qaz istehlakına görə hesablanmış 141.837,20 manat borcun silinməsi və istilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xaahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 47 356,44 manat borcun silinməsi və istilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi hissəsində icraata xitam verilməlidir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.10.2020-ci il tarixli 2-2(1040-40/2020 nömrəli qətnaməsi ilə 47 356,44 manat pulun İddiaçı hesabından silinməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 may 2021-ci il tarixli 2-2(102)-191/2021 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.10.2020-ci il tarixli 2- 2(104)-40/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 Məhkəməsinin e-2-2(115)-932/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus istixanaya müvəqqəti sayğac quraşdırlmaqla qazın verilişinin bərpa edilməsi Cavabdehnə həvalə edilməsi qərar alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan və istilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi barədə müvafiq məhkəmə qərardadı olduğundan tələbin həmin hissələrinə mahiyyəti üzrə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun tutulması və stilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi tələbinə dair iş üzrə icraata 47 356,44 manat borcun silinməsi və istilikxanaya qaz sayğacı quraşdırmaqla qaz təminatının bərpa edilməsi hissəsində xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-411/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-411/2022
17.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver