Məhkəmə qərarları › İş №e-2-2(115)-415/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-415/2020

02.06.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-415/2020 02.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı “Təminat” şirkətinin direktoru İddiaçı cavabdehlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinə, X1, X4, X7, X8, X6, X3, İmamvəliyev Kənan Fikrət oğluna, X5 qarşı özəlləşdirilən obyektin torpaq sahəsinə dair texniki pasportun, xx.xx.2009-cu il tarixli torpaq icarə müqaviləsinin qismən etibarsız sayılması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı “Təminat” şirkətinin direktoru İddiaçı cavabdehlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinə, X1, X4, X7, Əliyev İ Qulu İlham oğluna, X6, X3, İmamvəliyev Kənan Fikrət oğluna, X5 qarşı ƏMDK tərəfindən xx.xx.2008-ci il tarixdə özəlləşdirilməsi üçün hərraca çıxarılmış “Passaj” ticarət mərkəzinin texniki pasportunun və 3059,7 kv.metr torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin qismən, yəni 1000 kv.metrdən artıq hissədə etibarsız sayılmasını xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, cavabdeh kimi göstərilmiş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi inzibati orqandır. Həmin idarə tərəfindən tərtib olunmuş texniki pasport inzibati akt olmasa da, həmin orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətinin nəticələrini əks etdirən sənəddir. Texniki pasportda düzəliş edilməsi məsələsinə öhdəliyinin icrası barədə iddia növü kimi inzibati məhkəmə icraatı qaydasında baxılıla bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 51.1-сi maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Bir iş üzrə bir neçə cavabdehin iştirakı zəruri olduğu hallarda mübahisə predmeti prosessual həmiştirakçıların ümumi hüquq və vəzifələrindən irəli gəlməli, cavabdehlərin məsuliyyəti eyni əsaslar üzrə yaranmalıdır. Cavabdeh kimi göstərilmiş inzibati orqanın və ya fiziki şəxslərin, etibarsız sayılması tələb edilən texniki pasport və müqavilə üzrə birgə cavabdehlik daşımaları ərizədə əsaslandırımamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia bir neçə cavabdehə qarşı verildikdə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi qaytarılır. Habelə, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olması üçün cavabdeh kimi göstərilmiş fiziki şəxslərin fərdi sahibkarlıq statusunun olması zəruridir. Hazırkı iddia ərizəsində bu kimi məlumatlar göstərilməmiş, bu barədə sübutlar təqdim olunmamışdır. Həmçinin mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu halda iddia ərizəsi iddiaçı tərəfindən cavabdehlərə göndərilməli və onun alınmasına dair sübut təqdim məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Mübahisə qeyd olunan maddədə göstərilən xarakterə malikdirsə orada göstərilən şərtə də əməl edilməlidir. İddiaçıya izah olunur ki, göstərilən şərtlərə əməl edilməklə yenidən aidiyyəti məhkəməyə iddia verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü və 152.1.4-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı “Təminat” şirkətinin direktoru İddiaçı cavabdehlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinə, X1, X4, X7, X8, X6, X3, İmamvəliyev Kənan Fikrət oğluna, X5 qarşı özəlləşdirilən obyektin torpaq sahəsinə dair texniki pasportun, xx.xx.2009-cu il tarixli torpaq icarə müqaviləsinin qismən etibarsız sayılması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməyə şikayət verilə bilər. Hakim:Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar