Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-415/2021 19.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21 iyun 2019-cu il tariхli, 800842-721743/1 saylı kredit müqaviləsi üzrə 16,411.63 manat əsas borc və 4,236.15 manat faiz borcu olmaqla, cəmi 20,647.78 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10.65 manat dövlət rüsumu və 20.71 manat xidmət haqqı olmaqla, cəmi 31.36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 kv.m. sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 kv.m. sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi,əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh1 və Nəsibova X2 rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 kv.m. sahəsi olan fərdi yaşayış evini tərk etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tariхli, 800842- 721743/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 26% dərəcəsi ilə 20,000.00 manat məbləğində kredit ayrılmışdır. Bank və digər cavabdeh – Cavabdeh2 arasında 21 iyun 2019-cu il tariхli, 800842- 721743/1 nömrəli krеdit müqaviləsinin təminatı olaraq 21 iyun 2019-cu il tariхli, 800842- 721743/1 nömrəlizaminlik müqaviləsi bağlanmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.12.2020-ci il tarixli, 001/007/5661/2020 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyana poçt vasitəsi ilə göndərilmişdir. İpoteka qoyana qeyd olunan bildiriş rəsmi təqdim olunduqdan sonra, bildiriş 24.12.2020-ci il tarixdə tərəfimizdən verilmiş Ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASCnin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlımüddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh1 imzaladığı 21.06.2019-cu il tarixli **********576 saylı ərizəyə əsasən ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürüb. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında izahat verərək borcu etiraf etdiklərini, ödəmə qabiliyyətləri olmadıqları üçün ödəniş apara bilmədiklərini və yaxın aylarda ödəniş edəcəklərini bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 21 iyun 2019-cu il tarixli, 800842-721743/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Bank 20 000 manat dəyərində kredit məbləğini 30 ay müddətinə, 26 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 21 iyun 2019-cu il tarixli, 800842-721743/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 21 iyun 2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 m2 sahəsi olan fərdi yaşayış evi ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 m2 sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC -nin xeyrinə yüklü edilmişdir. 11.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə 16411,63 manat əsas borc və 4236,15 manat faiz borcu olmaqla, cəmi 20647,78 (iyirmi min altı yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır. 14 oktyabr 2020-ci il tarixli 800/800/0723/2020 nömrəli bildirişdən görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən UNİ/İ 76- 291/21 nömrəli ekspert rəyində Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 m2 sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri : 33000 manat, likvid dəyəri 30000 manat kimi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Expressbank” ASC tərəfindən Cavabdeh1 21 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə 20 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 21 iyun 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 iyun 2019-cu il tariхli, 800842-721743/1 saylı kredit müqaviləsi üzrə 16411,63 manat əsas borc və 4236,15 manat faiz borcu olmaqla, cəmi 20647,78 (iyirmi min altı yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla, cəmi 31,36 (otuz bir manat otuz altı qəpik) manat xərci və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, borcun tutulması ipoteka ilə yüklü edilmiş bazar dəyəri 33000 (otuz üç min) manat, likvid dəyəri 30000 (otuz min) manat olan, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 m2 sahəsi olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsi ilə birgə tərk edilməsi ilə bağlı hissəsi üzrə onu qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddənin məzmunundan göründüyü kimi burada torpaq sahəsinin tərk edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə onu qeyd edir ki, tərk etmə ilə bağlı tərəflər arasında mübahisə o halda yarana bilərdi ki, bu öhdəlik onu üzərinə götürənlər tərəfindən razılaşmada müəyyən olunmuş müddət ərzində icra edilməmiş olsun. Cavabdehlərdən Cavabdeh1 öhdəlik məzmunlu ərizəsi iş materiallarına əlavə edilmişdir. Ən başlıcası budur ki, cavabdehlər evin tərk edilməsini həmin əmlakın hərracda satılmasından sonra bir ay ərzində öhdəlik olaraq üzərlərinə götürmüş olsalar da belə, həmin zaman hələ yetişməyibdir. Həmin müddətin axımı evin hərracda satılmasından sonra başlanır. Bundan sonra cavabdehlərin tərk etmə üçün bir ay vaxtları vardır. Belə də olar bilər ki, cavabdehlər öhdəliklərinə əməl edərək yaşayış evini hərracda satılmasından sonra bir ay ərzində tərk edərlər. Bu, hələ bəlli deyil. Bu tələbin irəli sürülməsi üçün zaman və şərait yetişməmişdir. Göründüyü kimi iddiaçı yaranmamış və mövcud olmayan mübahisənin həllini tələb edir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 iyun 2019-cu il tariхli, 800842-721743/1 saylı kredit müqaviləsi üzrə 16411,63 manat əsas borc və 4236,15 manat faiz borcu olmaqla, cəmi 20647,78 (iyirmi min altı yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla, cəmi 31,36 (otuz bir manat otuz altı qəpik) manat xərci və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borcun tutulması ipoteka ilə yüklü edilmiş, likvid dəyəri 30000 (otuz min) manat olan, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.277 ha torpaq sahəsi və onun üzərində yerləşən 106.6 m2 sahəsi olan fərdi yaşayış evinə yönəldilsin, həmin evlər açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev