Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-416/2021 24.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka predmetinə hüquqların itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 28 sentyabr 2019cu il tariхli, 800842-775084/1 saylı kredit müqaviləsi üzrə 19374 manat 42 qəpik əsas borc və 3414 manat 22 qəpik faiz borcu olmaqla, cəmi 22788 manat 64 qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat 65 qəpik dövlət rüsumu və 20 manat 71 qəpik xidmət haqqı olmaqla, cəmi 31 manat 36 qəpik xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat 40 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi; tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi; ipoteka predmetləri hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2019-cu il tariхli, 800842-775084/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 5 ay güzəşt müddəti üzrə faiz ödənişi tətbiq edilməklə 30 ay müddətinə, illik 22% dərəcəsi ilə 20000 manat məbləğində kredit ayrılmışdır. 28 sentyabr 2019-cu il tariхli, 800842-775084/1 nömrəli krеdit müqaviləsinin təminatı olaraq bank və digər Cavabdeh1 arasında 30 sentyabr 2019-cu il tariхli, 800842-775084/1 nömrəli, Cavabdeh3 arasında 30 sentyabr 2019-cu il tariхli, 800842-775084/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə cavabdeh 28 sentyabr 2019-cu il tariхli, 800842-775084/1 ipоtека müqаviləsinə əsаsən bаnkа girоv qоyulmuş Cavabdeh3 tam mülkiyyətində оlаn və Аzərbаycаn Rеspublikаsı Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Gəncə şəhər Ərаzi İdаrəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 04.08.2008) bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə 03.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Borcalan kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.12.2020-ci il tarixli 001/007/5662/2020 nömrəli bildiriş (ipoteka predmetinə tutma barədə) cavabdehlərə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdehlərə qeyd edilən bildiriş rəsmi təqdim olunduqdan sonra, bildiriş 24.12.2020-ci il tarixdə tərəfimizdən verilmiş 001/007/11174/2020 saylı ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh1 imzaladığı 28.09.2019-cu il tarixli **********131 saylı ərizəyə əsasən ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış kredit müqaviləsinin 5.1.5-ci bəndlərinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, borcalan (Cavabdeh2) ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi), həmin müqavilənin 5.1.6-cı bəndində tələbinə əsasən borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin 4.1.1-ci bəndinə əsasən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ var. Müqavilələrin 4.4.8-ci bəndlərinin tələbinə əsasən, borcalan öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri (hesablanmış faizləri) bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəmək öhdəliyi vardır. Kredit müqavilələrinin tələbinə görə bank borc alana kredit öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı əsas borcun, faizlərin, cərimənin və digər xərclərin banka ödənilməsinə dair xəbərdarlıq (pretenziya) göndərir, borc alan isə həmin xəbərdarlıqda (pretenziyada) göstərilən müddətdə və qaydada tələb olunan məbləği ödəməlidir. Həmin müqavilələrin şərtlərinə əsasən ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair müqavilənin tələbinə uyğun verilmiş xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranaraq gecikdirilmiş kredit hesablarında əks etdirilir. Həmin müqavilənin 7.3 bəndinin tələblərinə görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 44% dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. Borcalanın öz öhdəliyinin icra etməməsi nəticəsində onun banka olan borcu 10 fevral 2021-ci il tarixə aşağıdakılardan ibarətdir: 28 sentyabr 2019-cu il tariхli, 800842-775084/1 nömrəli kredit müqaviləsi üzrə: kredit müqaviləsi üzrə əsas borc məbləği – 19374 manat 42 qəpik, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 3414 manat 22 qəpik, cəmi – 22788 manat 64 qəpik. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 28 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 saylı kredit müqaviləsi üzrə 19374 manat 42 qəpik əsas borc və 4865 manat 51 qəpik faiz borcu olmaqla, cəmi 24239 manat 93 qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat 65 qəpik dövlət rüsumu və 20 manat 71 qəpik xidmət haqqı olmaqla, cəmi 31 manat 36 qəpik xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat 40 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, yaş məhdudiyyətinə görə ona kredit verilmədiyindən, Cavabdeh2la kredit müqaviləsi bağlanmışdır. Kredit heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə götürülmüşdür. Cavabdeh1 ilə birlikdə Azər Yusufova zamin durmuşlar. Bundan başqa, özünə məxsus ev banka girov qoyulmuşdur. Pandemiya ilə əlaqədar bankın borcunu ödəyə bilməmişlər. Borca etiraz etmir. Bankdan götürülən pul qaytarılmalıdır. Hesab edir ki, ona köməklik olunmalıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 28.09.2019-cu il tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh2 30 ay müddətinə illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 17.06.2021-ci il tarixə 19374 manat 42 qəpik əsas, 4865 manat 51 qəpik faiz borcu olmaqla, cəmi 24239 manat 93 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. 30.09.2019-cu il tarixli, 800842-775084/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 30.09.2019-cu il tarixli, 800842-775084/1/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28.09.2019-cu il tarixli 800842-775084/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.10.2021-ci il tarixli 389/EB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin bazar dəyəri 62000 manat, likvid dəyəri 58000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 19374 manat 42 qəpik əsas borc, 4865 manat 51 qəpik məbləğində faiz borcu, cəmi 24239 manat 93 qəpik məbləğində borc və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat 36 qəpik müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tələb üzrə tutma Cavabdeh3 məxsus Gəncə çəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19374 manat 42 qəpik əsas borc, 4865 manat 51 qəpik məbləğində faiz borcu, cəmi 24239 manat 93 qəpik məbləğində borc və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat 36 qəpik müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-416/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-416/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver