Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-425/2022 17.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 17,593 manat 32 qəpik məbləğində müqavilə üzrə borcun, 5000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 143 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 aprel 2021-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında №T/Y001 nömrəli Müqavilə bağlamışdılar. Sözügedən Müqaviləni Cavabdeh ilə Cəmiyyətin Baş direktoru X1 məxsus Bakı şəhəri, Ziya Bünyadov küçəsində yerləşən ofisdə görüşüb bağlamışdılar. Söhbət əsnasında Cəmiyyətin Baş direktoru X3 bildirdi ki, Bakı – Rusiya yolunun çəkilməsi ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ona, hər ay xidmət haqqı ödəmək şərti ilə, ağır texnika lazımdır. Onlar razılaşmış və özünə məxsus olan 90-H-240 və 90-T-183 dövlət qeydiyyat nişanlı “Katok və Caterpillar” texnikalar vasitəsi ilə işlərin icra olunmasını öz öhdəsinə götürmüşdür. Xidmətlərin göstərilməsi haqqında Cavabdeh MMC ilə 16 aprel 2021-ci il tarixində müqaviləni imzalamışdılar. Görüləcək işlərin icrası ilə əlaqədar olaraq qeyd etdiyi texnikalar Siyəzən rayonuna yola salınmışdır. Ona məxsus texnikalar vasitəsi ilə qarşıya qoyulan xidmətlər icra olunmuşdur. Lakin, Cavabdeh MMC-nin Baş direktoru X2 4-cü bəndində göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Belə ki, həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, Katokla icra olunan işlərin müqabilində aylıq ödəniş 4815 manat, Caterpillarla icra olunan işlərin müqabilində isə aylıq ödəniş 4280 manat təşkil etmişdir. Bundan başqa, razılaşmaya əsasən texnikaların daşınması üçün 600 manat MMC tərəfindən ödənilməli idi. Beləliklə, Katokla 7383 manat, Caterpillarla texnikası ilə 6562.82 manat məbləğində işlər icra olunmuşdur. İcra olunan işlərin müqabilində Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyev tərəfindən ona cəmi 1500 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyev ona məxsus texnikaları 15 gün əlavə olaraq saxlamış və bunun müqabilində 4547,50 manat, bundan əlavə texnikaların daşınması üçün əlavə olaraq 600 manat olmaqla, cəmi 19,093.32 manat borc yaranmışdır. Cavabdeh tərəfindən ona cəmi 1500 manat ödənilmiş, qalan 17,593.32 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Xeyli müddətdir ki, Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyevlə əlaqə saxlasa da, görülən işlər müsbət nəticə verməmişdir. Aralarında aparılan danışıqlardan məlum olmuşdur ki, Cəmiyyətin Baş direktoru Qurban Əliyev 17,593.32 manat məbləğində pul vəsaiti ödəməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehdən pulun alınması üçün 08 oktyabr 2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən alınmış cavab məktubunda göstərilmişdir ki, “Məsələ ilə bağlı Sizə olan 17593 manat 32 qəpik icarə haqqı borcunu ödəmədiyinə görə, Binəqədi rayonu, Z,bünyadov prospektində fəaliyyət göstərmiş Cavabdeh MMC barəsinədə mülki qaydada məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir”. Odur ki, müqavilə üzrə cavabdehdən pulun alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, Cavabdehn Baş direktoru X3 etibardan sui-istifadə etmək və aldatmaq yolu ilə aramızda bağlanmış müqavilə üzrə icra olunmuş işlərin müqabilində ödənilməli olan pul vəsaitini mənimsəmiş və bununla da, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Ona vurduğu zərərə görə ailəsinin dolanışıq vəziyyəti xeyli pisləşmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru X3 müqavilə üzrə 17,593 manat 32 qəpik məbləğində pulun ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmiş və beləliklə, onu aldatmaqla vaxt udmağa cəhd etmişdir. Cavabdeh MMC-nin direktoru X3 müqavilə üzrə 17,593 manat 32 qəpik məbləğində pul vəsaitindən istifadə etməklə və onu vəd verdiyi müddət bitdikdən sonra da özündə saxlamaqla əsassız şəkildə varlanmışdır. Onun hərəkətləri onun səhhətinin pisləşməsinə səbəb olmuşdur. Həmin məbləğdə pulun yeddi aydan artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ailənin maddi vəziyyətinin xeyli pisləşməsinə səbəb olmuşdur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 16.04.2021-ci il tarixli, №T/Y001 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, sifarişçi-Cavabdeh Bakı-Rusiya Federasiyası yol çəkilişi ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin görülməsini sifarişi verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı-İddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidmətləri özünə məxsus olan 90-H-240 və 90-T-183 dövlət qeydiyyat nişanlı “Katok və Caterpillar” texnikalar vasitəsi göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.5-ci bəndində göstərilmişdir ki, “Katok” texnikası vasitəsi ilə göstərilən xidmətin aylıq xidmət haqqı 4815 manat, “Caterpillar” texnikası vasitəsi ilə göstərilən xidmətin aylıq xidmət haqqı 4280 manat təşkil etmişdir. 30.01.2021-ci il tarixli, EBBK seriyalı 050264 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən 90-H-240 dövlət qeydiyyat nişanlı “Katok” texnikası ilə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 7383 manat təşkil etmişdir. 30.01.2021-ci il tarixli, EBBK seriyalı 050870 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən 90-T-183 dövlət qeydiyyat nişanlı “Caterpillar” texnikası ilə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 6562.82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh ilə İddiaçı aralarında bağlanmış xidmət müqaviləsinə əsasən cavabdehin 13945.82 manat borcu yaranmış, lakin uzun müddət keçməsinə baxmayaraq borcu iddiaçıya ödəməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13945.82 manat məbləğində borc və ödənilmiş 143 manat məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Həmçinin İddiaçı ona mənəvi və maddi ziyan dəyməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, bu hal öz təsdiqini tapmır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Lakin iddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı pulun yeddi aydan artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13945,82 (on üç min doqquz yüz qırx beş manat səksən iki qəpik) manat və ödənilmiş 143 (bir yüz qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-425/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-425/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver