Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-43/2020 18.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X8 X4 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı X8 X4 Cəmiyyətinin Cavabdehnə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X8 X4 Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdehndən cəmi 877 648,34 manat (əsas borc 850 000, faiz borcu 27 648,34 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan Tərtər rayonu, Sarıcalı kəndində 0,2 ha torpaq sahəsində yerləşən sahəsi 117,8 kv.metr olan qeyri-yaşayış binasına (qum-çınqıl karxanasına), “MAZ-5549 yük” markalı 09AC374 dövlət nömrə nişanlı və “KAMAZ-65115 yük” markalı 09AC378 dövlət nömrəli nişanlı avtomobillərlə, “T-150” markalı AZ09K-545 dövlət nömrə nişanlı və “TO-30” markalı AZ09K-543 dövlət nömrə nişanlı yükləyici traktorlara, eyni zamanda 1 ədəd SM-109 markalı daş xırdalayan balta (daş doğruyan və çeşidləyən qurğu), 2 ədəd SMD-630 markalı daş xırdalayan balta, 4 ədəd ələk, 6 ədəd transbartyor, 2 ədəd su nasosu, 1 ədəd TM-400/10 markalı transformator (invertar nömrəli 6113462, zavod nömrəli 10480, gücü 400 KVA), 1ədəd TM-100/10 markalı transformator (inventar nömrəsi 6113265,zavod nömrəsi 523779, gücü 100 KVA), 1 ədəd ESV 10 markalı nasos, 1 ədəd CLG-842 markalı yükləyici avadanlıqlarına yönəldilməsi, əmlaklar üzərində Cavabdeh MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı BOKT QSC-nin həmin əmlaklar üzərində hüquqlarının tanınması,müvafiq olaraq Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Baş Dövlət X7 və digər orqanların üzərinə İddiaçı QSC X8 Təşkilatının qeyd edilən əmlaklarının yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, qeyd edilən əmlakların dəyəri borc tələbinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh MMC-yə məxsus digər daşınmaz və daşınar (nəqliyyat vasitələri,texnikalar, avadanlıqlar) əmlaklara yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC X8 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanlar üzərinə İddiaçı QSC BOKT-nın qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 oğlu məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx” ASC-nin Cavabdehnə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxx 2017-ci il tarixli, S-42 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X8 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 877 648,34 manat (əsas borc 850 000, faiz borcu 27 648,34 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx” ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 28/12 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, borcun qaytarılması mümkün deyildir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında yazılı ərizə təqdim edərək borc məbləğini etiraf etmişlər və təmin olunmasını xahiş etmişlər. İşə əlavə olunmuş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSCyə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “xxxx” ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. İşə əlavə olunmuş xx xxxx 2017-ci il tarixli, S-42 nömrəli təhvil-təslim aktının təsdiq olunmuş surətin görünür ki, təhvil-təslim olan günə Cavabdeh MMC-nin xxxx” ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən cəmi 877 648,34 manat (əsas borc 850 000, faiz borcu 27 648,34 manat) manat kredit borcu olmuşdur. İşə əlavə olunmuş xx xxxx 2012-ci il tarixli, 28/12 nömrəli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh MMC-yə illik 6% dərəcə ilə 850 000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş İddiaçı QSC X8 Təşkilatının Cavabdeh MMC-yə ünvanladığı xx xxxx 2019-cu il tarixli, 3-11/1623 nömrəli pretenziyasından görünür ki, 877 648,34 manat cəmi ümumi borc məbləğinin 3 gün ərzində ödənilməsi təklif edilmiş və ödənilmədiyi təqdirdə isə təminat və digər əmlak hesabına ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi xəbərdarlıq edilmişdir. xx xxxx 2012-ci il tarixli, 10/2 saylı saxlanc girov müqaviləsindən görünür ki,1 ədəd SM- 109 markalı daş xırdalayan balta (daş doğruyan və çeşidləyən qurğu), 2 ədəd SMD-630 markalı daş xırdalayan balta, 4 ədəd ələk, 6 ədəd transbartyor, 2 ədəd su nasosu, 1 ədəd TM- 400/10 markalı transformator (invertar nömrəli 6113462, zavod nömrəli 10480, gücü 400 KVA), 1ədəd TM-100/10 markalı transformator (inventar nömrəsi 6113265,zavod nömrəsi 523779, gücü 100 KVA), 1 ədəd ESV 10 markalı nasos, 1 ədəd CLG-842 girov predmeti kimi yüklü edilmişdir. İşə əlavə olunmuş hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Tərtər rayonu, Sarıcalı kəndində yerləşən qum-çınqıl karxanası İddiaçı QSC BOKT-nin xeyrinə yüklü edilmişdir. İşə əlavə olunmuş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “T-150” markalı AZ09K-545 dövlət nömrə nişanlı və “TO-30” markalı AZ09K-543 dövlət nömrə nişanlı yükləyici traktorlar üzərində Cavabdeh MMC-nin mülkiyyət hüquqları vardır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi sayılır 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi icranın gecikdirilməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara vəAzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 216- 220 və 360-cımaddələrinəəsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən cəmi 877 648,34 manat (əsas borc 850 000, faiz borcu 27 648,34 manat) manat kredit borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi cavabdehə məxsus olan Tərtər rayonu, Sarıcalı kəndində 0,2 ha torpaq sahəsində yerləşən sahəsi 117,8 kv.metr olan qeyri-yaşayış binasına (qum-çınqıl karxanasına) kimi müəssisəyə yönəldilsin. Cavabdeh qeyd edilən əmlak üzərində mülkiyyət hüququna xitam verilsin. Həmin əmlak üzərində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının mülkiyyət hüququ tanınsın. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə İddiaçı QSC-nin qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Borc tələbində qeyd olunan əmlakın dəyəri çıxıldıqdan sonra borcun qalan hissəsi Cavabdeh digər əmlaklarına yönəldilsin və Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilsin, İddiaçı QSC X8 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə qoyulsun və İddiaçı QSC X8 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq Cavabdeh QSC X8 Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-43/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-43/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver