Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-432/2025 22.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2022-ci il tarixli AZ-011- 2022 nömrəli icarə müqaviləsi üzrə yaranmış ƏDV daxil 31853,35 manat borc məbləğinin, 21606,82 manat cərimə məbləğinin, 255 manat dövlət rüsumunun və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 2890 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında 01 iyun 2022-ci il tarixli AZ-011-2022 nömrəli avadanlıqların icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və ya avadanlıqları icarəçiyə verir, icarəçi isə bunun müqabilində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan savayı tərəflər müvafiq razılaşma protokolları əsasında müqavilə predmetində göstərilən avadanlıqların evakuator vasitəsi ilə cavabdehin yerləşdiyi yerə çatdırılması və oradan geri götürülməsi xidmətinin göstərilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən icarəçidən bu müqavilədə göstərilən qaydada və müddətdə icarə haqqını icarəçidən tələb edə bilər. Avdanlıqlar razılaşdırılmış vaxtda cavabdehə təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə ƏDV daxil 31853,35 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Müqavilə bağlanıldıqdan sonra tərəflər arasında münasibətlər razılaşma protokolları, təhvil-təslim aktları və elektron qaimələr ilə tənzimlənmişdir. xx.xx.2022-ci il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və xx.xx.2022-ci il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə 5428 manat məbləğində xx.xx.2022-ci il tarixli EBCL 402266 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2022-ci il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və xx.xx.2022ci il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə 2796,60 manat məbləğində xx.xx.2022-ci il tarixli EBCJ 306382 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2022-ci il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və xx.xx.2022-ci il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə 5428 manat məbləğində xx.xx.2022-ci il tarixli EBCL 403844 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2022-ci il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və xx.xx.2022-ci il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə 5428 manat məbləğində xx.xx.2023-cü il tarixli EBCN 556881 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2023-cü il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və həmin avadanlığın cavabdehin qeyd etdiyi yerə çatdırılması üçün iddiaçı tərəfindən evakuator xidməti göstərilmiş, xx.xx.2023-cü il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə avadanlığın icarəsi və evakuator xidmətinə görə 8659,09 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDC 322736 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2023-cü il tarixində ** AB *** nömrəli avadanlıq cavabdehə təhvil verilmiş və həmin avadanlığın cavabdehin qeyd etdiyi yerə çatdırılması üçün iddiaçı tərəfindən evakuator xidməti göstərilmiş, xx.xx.2023-cü il tarixli akt ilə həmin avadanlıq iddiaçıya geri qaytarılmış və bu icarə dövrü üzrə cavabdehə avadanlığın icarəsi və evakuator xidmətinə görə 2913.66 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDC 289837 nömrəli elektron qaimə göndərilmişdir. Həmçinin. iddiaçı tərəfindən cavabdehə göstərilən daşıma xidmətinə görə 1200 manat məbləğində xx.xx.2023-cü il tarixli EBCN 555969 nömrəli elektron qaimə göndərilmişdir. Tərəflər arasında bağlanan icarə müqaviləsinin 5.8-ci bəndinə əsasən icarəçi icarə haqqını bu müqavilədə göstərilən qaydada icarəyə verənə ödəməlidir. İcarəçi icarə haqqının ödəniş müddətini gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün icarə haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Ümumilikdə yaranmış ƏDV daxil 31853,35 manat borc məbləğindən savayı, qaimələr üzrə ödənişin gecikdirilən günlərinə müvafiq olaraq 21606,82 manat cərimə borcu yaranmışdır. Mövcud borcun ödənilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, xx.xx.2024-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 10 gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli AZ-011-2022 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və avadanlıqları icarəyə verməyi, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iş və xidmətlərin yerinə yetirilməsi barədə razılaşma protokollarından görünür ki, tərəflər xx.xx.2022-ci il tarixli 1 nömrəli protokola əsasən ƏDV xaric avadanlığın ay ərzində icarəsi üçün 4600 manat, evakuatorun xidmətinin qiyməti üçün 1500 manat, xx.xx.2023-cü il tarixli 2 nömrəli protokola əsasən ƏDV xaric avadanlığın ay ərzində icarəsi üçün 4600 manat, evakuatorun xidmətinin qiyməti üçün 1500 manat müəyyən etmişlər. İş materiallarında olan hesab fakturalardan görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli 03 nömrəli hesab fakturaya əsasən xidmətin qiyməti 4600 manat, ƏDV 828 manat olmaqla ümumlikdə 5428 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli hesab fakturaya əsasən 4600 manat, ƏDV 828 manat olmaqla ümumilikdə 5428 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli hesab fakturaya əsasən 4600 manat, ƏDV 828 manat olmaqla ümumilikdə 5428 manat, xx.xx.2023-cü il tarixli 02 nömrəli hesab fakturaya əsasən 4600 manat, ƏDV 828 manat olmaqla ümumilikdə 5428 manat, xx.xx.2023-cü il tarixli 03 nömrəli hesab fakturaya əsasən xidmətin qiyməti 2469,20 manat, ƏDV 444,46 manat olmaqla ümumilikdə 2913,66 manat, xidmətin qiyməti 7338,21 manat, ƏDV 1320,88 manat olmaqla ümumilikdə 8659,09 manat dəyərində hesab faktura tərtib edilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, 306382 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 5428 manat, 402266 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən ƏDV daxil 5428 manat, 403844 nömrəli xx.xx.2022-ci il tarixli qaiməyə əsasən ƏDV daxil 5428 manat, 556881 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə əsasən ƏDV daxil 5428 manat, 555969 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 1200 manat, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən ƏDV daxil 2913,66 manat, 322736 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə əsasən ƏDV daxil 8659,09 manat dəyərində elektron qaimələr "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş, qaimələr təsdiq edilmişdir. İş materiallarında olan iş və xidmətlərin yerinə yetirilməsi barədə təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli 06 nömrəli akta əsasən ƏDV xaric 4600 manat, xx.xx.2022ci il tarixli 02 nömrəli akta əsasən ƏDV xaric 4600 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli akta əsasən ƏDV xaric 4600 manat, xx.xx.2022-ci il tarixli 08 nömrəli akta əsasən ƏDV xaric 4600 manat, xx.xx.2023-cü il tarixli 03 nömrəli akta əsasən ƏDV xaric 7338,21 manat, xx.xx.2023-cü il tarixli 1 nömrəli akta əsasən ƏDV xaric 2469,20 manat dəyərində iş və xidmətlərin yerinə yetirilməsi hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və avadanlıqları icarəyə verməyi, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC icarə müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh MMC isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirməmiş, onun iddiaçıya ƏDV daxil 31853 manat 35 qəpik borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icarəyə verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icarəyə verən icarə obyektini icarəyə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, icarə müqaviləsi üzrə 21606,82 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış 31853 manat 35 qəpik əsas borc, 1500 manat cərimə borcu olmaqla cəmi 33353 manat 35 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 255 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 2890 manat vəkil xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 190,06 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 2890 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 500 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli AZ-011-2022 saylı icarə müqaviləsinə əsasən 31853 manat 35 qəpik əsas borc, 1500 manat cərimə borcu olmaqla cəmi 33353 (otuz üç min üç yüz əlli üç) manat 35 (otuz beş) qəpik borc, 190 (bir yüz doxsan) manat 06 (altı) qəpik dövlət rüsumu, 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair ödənilmiş xidmət haqqı Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-432/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-432/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver