Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-434/2022 21.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönədilməsi tələbinə dair məhkəməyə müraciət edərək, 14499,03 manat əsas, 2564,87 manat faiz, 882,08 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2044,17 manat faiz borcu olmaqla cəmi 19.990,15 manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 503 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyriyaşayış sahəsinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 494 saylı ipoteka müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********227 saylı xx.xx.2021-ci il tarixli və **********461 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2021-ci il tarixə cəmi borcu 19.990,15 (on doqquz min doqquz yüz doxsan manat, 15 qəpik) manat təşkil edir. Bundan 14.499,03 (on dörd min dörd yüz doxsan doqquz manat, 03 qəpik) manat əsas, 2564,87 (iki min beş yüz altmış dörd manat, 87 qəpik) manat faiz, 882,08 (səkkiz yüz səksən iki manat, 08 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2044,17 (iki min qırx dörd manat on yeddi qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin bərpa edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. 3 ildən çox müddət keçməsinə baxmayaraq ona xəbərdarlıq edilməmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməmişdir. Mediasiyaya dəvət məktubudan da görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 xx.xx.2021-ci il tarixdə müraciət etmiş və MŞİH-05524 saylı nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli, 503 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 14500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. **********227 saylı xx.xx.2021-ci il tarixli və **********461 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.499,03 (on dörd min dörd yüz doxsan doqquz manat üç qəpik) manat əsas, 2564,87 (iki min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat faiz, 882,08 (səkkiz yüz səksən iki manat səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2044,17 (iki min qırx dörd manat, on yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi borcu 19.990,15 (on doqquz min doqquz yüz doxsan manat on beş qəpik) manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 503 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyriyaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02- 68/22 nömrəli ekpertiza rəyində “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC tərəfindən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 70 000 manat, likvid dəyəri isə 63000 manat kimi qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 3 il müəyyən edilmişdir. Qeyd edilən 3 illik müddət 24 avqust 2018-ci il tarixdə bitmişdir. Bu tarixdən başlayaraq 3 il ərzində, yəni 2021-ci ilin 24 avqust tarixinə qədər olan müddət iddia müddətinə daxildir. İddiaçı isə 21 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-434/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-434/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver