Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-436/2022 21.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı cavabdeh X4 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin qaytarılması və borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin qaytarılması və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1975/İLİZ nömrəli X7 Müqaviləsinin xitam olunması, İddiaçı MMC məxsus“BMW 525İ” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1975/İLİZ nömrəli X7 Müqaviləsinə əsasən yaranmış 16972.33 manat əsas borc, 7579.56 manat mükafat borcu, 202.92 gecikdirilmiş cərimə məbləği cəmi: 24754.81 manat lizinqi borcu məbləğinin və ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019cu il tarixdə 06/1975/İLİZ nömrəli X7 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1(bir) ədəd, 2007-ci il buraxlışı olan, “BMW 525İ” minik markalı, ban WBANE51010B984179 nəqliyyat vasitəsini fərdi sahibkar X3 istifadəsinə vermişdir. Cavabdeh X1 müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 19355(on doqquz min üç yüz əlli beş) manat təşkil edir. Bu ümumi məbləğdən 7617 (yeddi min altı yüz on yeddi) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç)% olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 749,23 manat ödəniş etməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC məxsus “BMW 525İ” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda cavabdeh X5 İddiaçı MMC tərəfindən taxes.gov.az satından vergi ödəyicisinin şəxsi kabinetinə iddia ərizəsi göndərilmişdir. Tərəfimizdən işin meidasiya qaydasında həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı nümayəndəsi X6 xx.xx.2022-ci il tarixli, cavabdeh X5 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etmişlər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş; 09 sentyabr 2019-cu il tarixli 06/1975/İLİZ nömrəli X8 müqaviləsinin surətindən görünür ki, 1(bir) ədəd, 2007-ci il buraxlışı olan, “BMW 525İ” minik markalı, ban WBANE51010B984179 nəqliyyat vasitəsi fərdi sahibkar X4 lizinqə verilmişdir, lizinq alan isə lizinq obyektindən istifadəyə görə muzdu lizinq verən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 26 iyun 2021-ci il tarixli sonuncu xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə yaranmış borc öhdəliyi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 19 fevral 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 09 sentyabr 2019-cu il tarixli 06/1975/İLİZ nömrəli daxili lizinq müqaviləsi üzrə X3 xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 16972.33 manat əsas borc, 7579.56 manat mükafat borcu, 202.92 manat cərimə borcu olmaqla, ümumilikdə 24754.81 manat borcu vardır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən X3 xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan borcu 12087.11 manat əsas borc, 5112.96 manat mükafat borcu qeyd edilmişdir. 09 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti müştəriyə təhvil verilmişdir və imzaları ilə təsdiq olunmuşdur. İş üzrə sənədlərdən göründüyü kimi cavabdeh X5 texnikanın təhvil almaq barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən lizinq alan nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1975/İLİZ nömrəli X8 Müqaviləsinə xitam verilməlidir. İddiaçı MMC-yə məxsus “BMW 525İ” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılmalıdır. İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1975/İLİZ nömrəli X8 Müqaviləsinə əsasən yaranmış 12087,11 (on iki min səksən yeddi manat on bir qəpik) manat əsas borc, 5122,96 (beş min yüz iyirmi iki manat doxsan altı qəpik) manat mükafat borcu, 100 (bir yüz) manat gecikdirilmiş cərimə məbləği olmaqla cəmi 17310,07 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 200 manat mediasiya xərci cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1975/İLİZ nömrəli X8 Müqaviləsinə xitam verilsin. İddiaçı MMC-yə məxsus “BMW 525İ” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılsın. İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1975/İLİZ nömrəli X8 Müqaviləsinə əsasən yaranmış 12087,11 (on iki min səksən yeddi manat on bir qəpik) manat əsas borc, 5122,96 (beş min yüz iyirmi iki manat doxsan altı qəpik) manat mükafat borcu, 100 (bir yüz) manat gecikdirilmiş cərimə məbləği olmaqla cəmi 17310,07 manat lizinqi borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 200 manat mediasiya xərci cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-436/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-436/2022
21.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver