Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-45/2021 02.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və əmlak və pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə adları qeyd etdiyi dekor əşyalarının, onlar olmadıqda isə dəyərlərinin – 26960 (iyirmi altı min doqquz yüz altmış) manatın dekor əşyalarının icarəsinə görə 590 manatı, məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən Gəncə şəhərində dekor əşyalarının icarəyə verilməsi, həmin əşyaların xeyir mərasimlərində quraşdırılması işi ilə məşğul olmağa başlamışdır. Cavabdeh ona müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ANGELS adlı salon və dekor evini icarəyə götürmüşdür.Həmin obyektdə dekor əşyalarının icarəsi ilə məşğul olacaqdır. Bunun üçün dekor əşyaları yoxdur. Ona təklif etmişdir ki, müştəriyə icarəyə verdiyi qiymətdən 20 faiz aşağı qiymətə ona icarəyə versin. Bir neçə ay idi ki, karantinlə bağlı olaraq işləyə bilməmişdir. O Gülnara demişdir ki, Gəncə şəhərində işləmək mümkün deyil. O isə öz növbəsində qeyd etmişdir ki, onun sifarişi sərt karantin rejiminin tətbiq edilmədiyi şəhər və rayonlardır. Sübut kimi isə 2 sifarişinin olduğunu bildirmişdir. Bir sifarişinin xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi, digər sifarişinin isə xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev 3-cü mərtəbə, bina 10, ev 3-də olduğunu bildirmişdir. Şəmkir rayonu, Şiştəpə kəndinə işıq, ürək, darvaza dekoru, 4 ədəd tumbanın bəzədilməsi üçün güllər lazım olduğunu bildirmişdir və ona 20 manat behdən 10 manat pul vermişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Gəncə şəhəri, M.Hacıyev küçəsi, bina 10, mənzil 3-də yerləşən evə isə masa dekoru, qırmızı arka, blok önü ağ mavi dəst, işıqlar, masanın kənarına 2 əyri tumba yığılacağını bildirmişdir. Cavabdeh israrla obyektinin boş qaldığını qeyd edir və dekorların tez bir zamanda orada olmasını israrla təkid etmişdir. Səbəb kimi isə obyektinin boş olduğunu görən müştərilərinin ondan imtina etməsini göstərmişdir. O da işini ehtiyatla görmək üçün Cavabdeh notarial qaydada ərizə almışdır. Cavabdeh ərizə yazaraq bildirmişdir ki, İddiaçı şəxsi məkanı olan dekor evinə əşyaları götürmüşdür. Bütün foto şəkilləri əlavə etmiş və hər hansı dekor və əşyaya zərər və ziyan dəyərsə məsuliyyəti öz üzərinə alacaqdır.Çox təəssüflər olsun ki, Cavabdeh icarəyə götürdüyü əşyalardan ona hər hansı ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə Gülüstan qəsəbəsində yerləşən həyət evinin bəzədilməsindən ona 100 manat; xx.xx.2020ci il tarixdə Cavabdeh İnstaqram səhifəsində şəkillərini paylaşdıqları 2 ədəd beş bucaq dekor, 2 ədəd işıqlar və 2 ədəd gümüşü balaca güldanın icarəsindən ona 120 manat; xx.xx.2020-ci il tarixdə Cavabdeh İnstaqram səhifəsində şəkillərini paylaşdıqları 1 ədəd beş bucaqlı 2 ədəd işıq, 4 ədəd əyri tumba üzəri rəngli güllərlə bəzədilmiş ona 200 manat; xx.xx.2020-ci il tarixdə 2 ədəd şəbəkə tumba, 7 ədəd ağ rəngli setka gül, 1 ədəd beş bucaqlı üzəri mavi rəngli yarpaqlarla yığılmış hazır formada olan dekordan ona 170 manat icarə haqqı verməli imiş. xx.xx.2020-ci il tarixdə Cavabdeh icarəyə verdiyi dekorlara görə ona ödəməli olduğu 590 manatı istəmişdir. O isə pul verməkdən imtina etmişdir. Ona görə də, icarə haqqı, dekor əşylarının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərlərinin cavadehdən alınaraq ona verilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır.Adlarını dəqiqləkə yuxarıda qeyd etdiyi dekor əşyalarının, onlar olmadıqda isə dəyərlərinin-26960 (iyirmi altı min doqquz yüz atlmış) manatın, dekor əşyalarının icarəsinə görə 590 (beş yüz doxsan) manatın , məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək ünvan 1 ünvanında yerləşən “Angels” adlı salon və dekor evində olan ərizədə qeyd etdiyi dekor əşyalarının siyahıya alınaraq, həmin əşyaların istifadəsi və icarəyə verilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ərizədə tələb etdiyi 18 adda dəqiqləşdirilmiş dekor əşyalarının istifadəsinə və icarəyə verilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(115)-647/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, ünvan 1 ünvanındakı “Angels” adlı salon və dekor evində yerləşən dekor əşyaları: 2000 manat məbləğində 2 ədəd dəmir materialdan hazırlanmış aypara formasında üzəri 500 ədəd mavi rəngli süni yarpaqlarla bəzədilmiş bəzək əşyası;1500 manat məbləğində 2 ədəd ağacabənzər formada olub üzəri süni ağ rəngli çiçəklərlə yığılmış bəzək əşyası;2000 manat məbləğində dəmir materialdan hazırlanmış ürək fomasında hündürlüyü 2 metr olan və üzəri süni qırmızı rəngli güllərlə yığılmış bəzək əşyası və 2 ədəd dəmir materialdan hazırlanmış hər birinin uzunluğu 1 metr olan, işıqları yanan bəzək əşyası (ürək dəst və işıqlar); 2000 manat məbləğində dəmir materialdan hazırlanmış biri-birindən fərqli ölçülərdə üzərinə çəhrayı rəngli süni güllər yığılmış 2 ədəd beşbucaqlı bəzək əşyası; 1000 manat dəyərində 3 ayrı hissədən ibarət dəmir materialdan 3 ayrı qapıya üzəri süni güllərlə yığılmış bəzək əşyası; 600 manat dəyərində dəmir materialdan hazırlanmış 200x200 sm ölçüsündə dairəvi formada üzəri yaşıl rəngli süni yarpaq və güllərlə yığılmış bəzək əşyası (yumru yaşıllıq); 4000 manat dəyərində 12 ədəd toy şənliklərində masaların üzərinə qoyulan dəmir materialdan hazırlanmış aypara formasında güldanlar (tumba əymələr); 5000 manat dəyərində 2 ədəd sərt plastik materialdan olan hər biri 2 ayrı hissədən ibarət üzəri çiçəklərlə bəzədilmiş qızıl rəngli sütunlar (tumba hündür); 1200 manat dəyərində 20 ədəd dəmir materialdan hazırlanmış butaya bənzər formada güldan; 700 manat məbləğində hündürlüyü 3 metr, eni isə 2 metr olan dəmir materialdan hazırlanmış 2 tərəfi düz paralel, yuxarısı isə yarımdairəvi formada olan üzəri süni yaşıl yarpaqlarla bəzədilmiş bəzək əşyası (arka üstü yaşıl yarpaq); 300 manat məbləğində 2 ədəd taxta materialdan hazırlanmış ağ rəngli bəzəkli sütunlar (şəbəkə tumba); 600 manat dəyərində 300 ədəd bir böyük qutu içi dolu süni yaşıl yarpaq; 140 manat məbləğində 120 ədəd ağ rəngli süni akasiya çiçəkləri; 120 manat məbləğində 6 ədəd dəmir materialdan hazırlanmış dördbucaqlı sütuna bənzər qızıl rəngində güldanlar; 900 manat məbləğində 900 ədəd müxtəlif rənglərdə olan süni qızılgüllər; 300 manat məbləğində 6 ədəd dəmir materialdan hazırlanmış yuxarı hissəsi yarımdairə formasında fərqli ölçülərdə olan ağ rəngli sütunlar; 800 manat məbləğində 2 ədəd dəmir materialdan hazırlanmış hər biri 1 metr uzunluğunda olan və lampalar ilə işıqlandırılan elektrik bəzək əşyası; 140 manat məbləğində hər birinin hündürlüyü 50 sm ölçüsündə olan üzəri çiçəklərlə yığılmış 2 ədəd gümüş rəngli güldan; 250 manat məbləğində 3 ədəd gümüş rəngli hər biri ayrı-ayrı formada olan şirniyyat qabları; 390 manat məbləğində 60 ədəd müxtəlif rənglərdə olan orxideya gülləri; 550 manat məbləğində hər biri plastik çəpər üzərinə yığılmış yaşıl rəngli süni otlar; 550 manat məbləğində 10 ədəd üzəri ağ rəngli çiçəklərdən yığılmış plastik çəpər formasında olan bəzək əşyası; 100 manat məbləğində üzərində kostyum şəkli olan, hündürlüyü 2 metr 40 santimetr, eni isə 3 metr olan taxta çərçivə üzərinə yığılmış fotoşəkil; 100 manat məbləğində qızılı rəngində olan hər biri ayrı-ayrı ölçülərdə dəmir materialdan hazırlanmış 3 ədəd qəfəs formasında bəzək əşyaları; 150 manat məbləğində 3 ədədi eyni, 2 ədədi isə fərqli ölçülərdə olan velosiped formasında dəmir materialdan hazırlanmış bəzək əşyaları; 800 manat məbləğində 600 ədəd bənövşəyi rəngdə süni qortenziya gülü; 450 manat məbləğində 150 ədəd çəhrayı rəngli süni yarpaqlar; 300 manat məbləğində 100 ədəd bənövşəyi rəngli süni yarpaq icra məmuru tərəfindən siyahıya alınmaqla həmin əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, göstərmişdir ki, xx xxxx 2020-ci ildə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 36A ünvanında yerləşən “Angel” gözəllik salonu və dekor evini icarəyə götürmüşdür. Dekor evinə götürdüyü işçilərdən X6 ona bildirmişdir ki, köhnə müdiri (İddiaçı) dekorlarını borcu olduğuna görə satır və alıcı axtarır. Onun dekor evində dekorlara ehtiyacı olduğu üçün o Nuranəyə dekorları almaq istədiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə o Zülfiyyə ilə “Təzə Bazar” adlanan bazarda görüşmüşdür. O anbarda olan dekorlara baxıb bəyənmiş, Zülfiyyə ilə dekorlarını 25000 (iyirmi beş min) manata ona satılması barədə razılaşmışlar. Lakin Zülfiyyənin anbara borcu olduğuna görə o həmin gün malları götürə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə Zülfiyyə malların bir hissəsini Dekor evinə gətirmişdir, həmin vaxt o 6 nəfər işçilərinin, eləcədə dekorları gətirən sürücü Elçinin və Zülfiyyənin nişanlısının yanında Zülfiyyəyə dekorlar üçün 25000 (iyirmi beş min) manat pul ödəmişdir. Pulu verdikdən sonra o 3 nəfər işçisilə və Zülfiyyənin özü ilə anbara getmiş, malların qalan hissəsini götürmüşdür. Ona təhvil veriləcək malların Zülfiyyənin evində olan hissəsini xx xxxx 2020-ci ildə getmiş onun evindən götürmüşdür, malı tam götürdüyü üçün Zülfiyyə ilə notariat kontoruna getmişlər, orada Zülfiyyə dekorları ona 25000 (iyirmi beş min) manata satması və ona təhvil verməsi, o isə malları tam olaraq təhvil alması barədə ərizə vermişdirlər. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya dekorları ona icarəyə vermişdir. Bu tamamilə yalandır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçı dekorları ona 25000 (iyirmi beş min) manata satmışdır. Buna sübut olaraq o hazırki etirazına iddiaçının xx xxxx 2020ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisində vermiş olduğu ərizənin surətini əlavə etmişdir. Nədənsə iddiaçı malların tərəfindən götürüldüyü barədə onun vermiş olduğu ərizəni iddia ərizəsində qeyd etmiş, özünün dekorları ona 25000 (iyirmi beş min) manata satması barədə elə həmin gün, elə həmin notariusda vermiş olduğu ərizəsi barədə heç bir şey yazmamışdır. Sual olunur ki, əgər iddiaçı ona dekorları icarəyə vermişdisə, niyə dekorları ona satması barədə ərizə vermişdir? Əgər icarəyə vermişdirsə, elə aralarında icarə müqaviləsi bağlanarmış? Halbuki, aralarında belə bir müqavilə yoxdur. Göründüyü kimi iddiaçının tələbi tamamilə əsassızdır, buna görə rədd edilməlidir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)- 647/2020 saylı qərardadından şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-647/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(115)-647/2020 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2- 2(115)-647/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(104)-131/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(115)-647/2020 nömrəli qərardadı dəyişdirilmiş, ərizədə qeyd olunan, ünvan 3 A ünvanındakı “Angels” adlı salon və dekor evində yerləşən dekor əşyaları : 2000 manat məbləğində 2 ədəd dəmir materialdan hazırlanmış aypara formasında üzəri 500 ədəd mavi rəngli süni yarpaqlarla bəzədilmiş bəzək əşyası;1500 manat məbləğində 2 ədəd ağacabənzər formada olub üzəri süni ağ rəngli çiçəklərlə yığılmış bəzək əşyası;2000 manat məbləğində dəmir materialdan hazırlanmış ürək fomasında hündürlüyü 2 metr olan və üzəri süni qırmızı rəngli güllərlə yığılmış bəzək əşyası və 2 ədəd dəmir materialdan hazırlanmış hər birinin uzunluğu 1 metr olan, işıqları yanan bəzək əşyası (ürək dəst və işıqlar); 2000 manat məbləğində dəmir materialdan hazırlanmış biri-birindən fərqli ölçülərdə üzərinə çəhrayı rəngli süni güllər yığılmış 2 ədəd beşbucaqlı bəzək əşyası; 1000 manat dəyərində 3 ayrı hissədən ibarət dəmir materialdan 3 ayrı qapıya üzəri süni güllərlə yığılmış bəzək əşyası; 600 manat dəyərində dəmir materialdan hazırlanmış 200x200 sm ölçüsündə dairəvi formada üzəri yaşıl rəngli süni yarpaq və güllərlə yığılmış bəzək əşyası (yumru yaşıllıq); 4000 manat dəyərində 12 ədəd toy şənliklərində masaların üzərinə qoyulan dəmir materialdan hazırlanmış aypara formasında güldanlar (tumba əymələr); 5000 manat dəyərində 2 ədəd sərt plastik materialdan olan hər biri 2 ayrı hissədən ibarət üzəri çiçəklərlə bəzədilmiş qızıl rəngli sütunlar (tumba hündür); 1200 manat dəyərində 20 ədəd dəmir materialdan hazırlanmış butaya bənzər formada güldan; 700 manat məbləğində hündürlüyü 3 metr, eni isə 2 metr olan dəmir materialdan hazırlanmış 2 tərəfi düz paralel, yuxarısı isə yarımdairəvi formada olan üzəri süni yaşıl yarpaqlarla bəzədilmiş bəzək əşyası (arka üstü yaşıl yarpaq); 300 manat məbləğində 2 ədəd taxta materialdan hazırlanmış ağ rəngli bəzəkli sütunlar (şəbəkə tumba); 600 manat dəyərində 300 ədəd bir böyük qutu içi dolu süni yaşıl yarpaq; 140 manat məbləğində 120 ədəd ağ rəngli süni akasiya çiçəkləri; 120 manat məbləğində 6 ədəd dəmir materialdan hazırlanmış dördbucaqlı sütuna bənzər qızıl rəngində güldanlar; 900 manat məbləğində 900 ədəd müxtəlif rənglərdə olan süni qızılgüllər; 300 manat məbləğində 6 ədəd dəmir materialdan hazırlanmış yuxarı hissəsi yarımdairə formasında fərqli ölçülərdə olan ağ rəngli sütunlar; 800 manat məbləğində 2 ədəd dəmir materialdan hazırlanmış hər biri 1 metr uzunluğunda olan və lampalar ilə işıqlandırılan elektrik bəzək əşyası; 140 manat məbləğində hər birinin hündürlüyü 50 sm ölçüsündə olan üzəri çiçəklərlə yığılmış 2 ədəd gümüş rəngli güldan; 250 manat məbləğində 3 ədəd gümüş rəngli hər biri ayrı-ayrı formada olan şirniyyat qabları; 390 manat məbləğində 60 ədəd müxtəlif rənglərdə olan orxideya gülləri; 550 manat məbləğində hər biri plastik çəpər üzərinə yığılmış yaşıl rəngli süni otlar; 550 manat məbləğində 10 ədəd üzəri ağ rəngli çiçəklərdən yığılmış plastik çəpər formasında olan bəzək əşyası; 100 manat məbləğində üzərində kostyum şəkli olan, hündürlüyü 2 metr 40 santimetr, eni isə 3 metr olan taxta çərçivə üzərinə yığılmış fotoşəkil; 100 manat məbləğində qızılı rəngində olan hər biri ayrıayrı ölçülərdə dəmir materialdan hazırlanmış 3 ədəd qəfəs formasında bəzək əşyaları; 150 manat məbləğində 3 ədədi eyni, 2 ədədi isə fərqli ölçülərdə olan velosiped formasında dəmir materialdan hazırlanmış bəzək əşyaları; 800 manat məbləğində 600 ədəd bənövşəyi rəngdə süni qortenziya gülü; 450 manat məbləğində 150 ədəd çəhrayı rəngli süni yarpaqlar; 300 manat məbləğində 100 ədəd bənövşəyi rəngli süni yarpaqdan ibarət əşyalar siyahıya alınmış və həmin əşyalar üzərində sərəncam vermək hüququ (özgəninkiləşdirilməsi) Cavabdeh qadağan edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o malları cavabdehə satmamışdır, icarəyə vermişdir. Malları ona görə icarəyə vermişdir ki, özü də orada işləyib həm maaş, həm də icarə haqqı alsın. Orada işlədiyi üçün 15 manat pul verilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəyə gəldikdə, həmin ərizəni şəxsən imzalamışdır. Lakin, ərizəni imzalayarkən, oxuduğu ərizədə dekor əşyalarını ümumilikdə 25000 manata cavabdehə satması barədə qeyd yazılmamışdır. Ərizə yazıldıqdan sonra cavabdeh oxumaq üçün ərizəni ondan götürmüş və ola bilər ki, ərizənin mətni dəyişdikdən sonra oxumadan ərizəni imzalamışdır. Belə təsəvvür etmişdir ki, imzaladığı müqavilə icarə müqaviləsidir, ona görə də, əşyaların icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. Malları dəyərinin 20 faizindən aşağı qiymətə icarəyə verəcəyini bildirmişdir. O sənəd ona həmin gün verilməmiş, Natiqlə notariusa gedən zaman bilmişdir ki, satdım yazılmışdır. Gülnar xanım bildirdi ki, ağaclar yanmışdı onu yenidən Rüfətə qaytarmayacağına cavabdeh olmuşdur. Əgər onu pul verərək almışdırsa niyə Rüfətə qaytarmalıymış? Gülnar xanım özü demişdir ki, Rüfət ona deyib ki, mallar Zülfiyyəyə məxsusdur. O sadəcə olaraq icarəyə veridyi mallarını istəyir. Pulunu istəmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh öz etirazında etiraf etmişdir ki, 25000 manat dəyərində olan malları iddiaçıdan qəbul etmişdir. Sübut kimi onu göstərmişdir ki, notariusa getmişlər və iddiaçı dekor əşyalarını ona 25000 manata satmışdır. Cavabdeh ərizədə göstərmişdir ki, əgər gələcəkdə o dekor əşyalarına ziyan dəyəcəksə məsuliyyət daşıyacaqdır. Əgər o dekor əşyalarını almış və pulunu ödəmişdirsə, bu ərizəyə nə ehtiyac vardır. Həmçinin etirazda göstərmişdir ki, pullar 2 nəfərin yanında sürücü Elçinin və Zülfiyyənin nişanlısının yanında verilmişdir. Onlar bura gəlmiş və şahidlik edərək bildirmişdilər ki, onların yanında pul yox, ancaq dekor əşyaları verilmişdir. Həmçinin göstərmişdir ki, notariusda onların ərizələri vardır. O ərizələr onların imzalarının həqiqiliyini təsdiq edir. Əgər bu mallar alınıb satılırdısa niyə alqı-satqı müqaviləsi bağlanmamışdır? Cavabdeh Baş Polis İdarəsində işlədiyi üçün qaydaqanunları Zülfiyyə xanıma nisbətdə bilmişdir. Ona görə də bunu alqı-satqı ilə deyil, ərizə ilə rəsmiləşdirmişdir. Zülfiyyə xanım o əşyaları icarəyə vermişdir. Belə görünür ki, bu sübutlarla təsdiq edilmir ki, alqı-satqı ilə Zülfiyyə xanım əşyaları 25000 manata Gülnar xanıma satmışdır. Şahidlərlə Gülnar xanımın dediyi tarixlər üst-üstə düşmür. Əgər bu əşyalar Zülfiyyə xanıma məxsus deyildirsə indi niyə Zülfiyyə xanım iddia qaldırmışdır? Şahidlərin ifadələrinin, sübutların araşdırılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Zülfiyyə 16 avqust tarixinə kimi onun yanında gül bəzəyən işləmiş və ona günə 15 manat pul verilmişdir. Mallara görə 27 iyulda iddiaçıya 20000 manat pulu vermiş, xx xxxxxx 5000 manat pulu vermişdir. 28 ədəd dekor əşyalarının hamısının pulunu hətta artıqlaması ilə ödəmişdir. Lakin, malların bir hissəsi ona göndərilməmişdir. Pulları 6 nəfər şəxsin iştirakı ilə vermişdir. Pulları verərəkən Zülfiyyənin rəfiqləri, Elçin, Səbinə, Nuranə və Mahmud onların yanında olmuşdular. Pulları manatla vermişdir. Dekor əşyalarını iddiaçıdan aldığına görə həmin mallar özünə məxsusdur. İddiaçının vəkili dediyi ərizədə ona görə cavabdehliyi üzərinə götürmüşdür ki, iddiaçının ona verdiyi dekorlardan - 2 ağac fişəngdən yanmışdır. İddiaçı ona xahiş etmişdir ki, Rüfətə qaytarmasın əgər qaytarsa üzünə söz gələcəkdir. O da demişdir ki, narahat olmasın bütün mallara cavabdehdir. İddiaçıya qarşı məhkəmədə iddia qaldıracaqdır. Dekor əşyalarının pulunu ödəmiş və bunu qanuni surətdə rəsmiləşdirmişdir. Ondan ancaq indi malı tələb edir çünki, həmin şəxs ondan indi malı istəyir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, etirazlarını məhkəməyə ünvanlamışlar və orada da göstərmişlər ki, iddiaçının dediyindən fərqli olaraq dekor əşyaları cavabdehə icarəyə verilməmiş satılmışdır. Həqiqətən də icarəyə verilmiş olsaydı, burada icarə ilə bağlı hər hansı razılaşma olardı. Amma iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, icarəyə verilmə ilə bağlı belə bir sənəd yoxdur. Onların iddiaçıya dəfələrlə sualları olmuşdur ki, icarəyə hansı qaydada verilmişdir? Nə qədər pul ödənilməli idi? Razılaşma necə olmuşdur? Əlbətdəki iddiaçı bu suallara cavab verə bilməmişdir. Buradan da aydın olmuşdur ki, həmin əşyalar cavabdehə icarəyə verilməmişdir. Ərizədə də ifadələrdə də göstərilmişdir ki, 27-də pul verilmiş, mallar isə 2 dəfəyə 27-i və 29-u tarixlərində verilmişdir. Digər tərəfdən iddiaçı tərəfdən gələn şahidlər dindirilmişdir. Deməli iddiaçı və vəkili bildirdi ki, Gülnar xanım qayda-qanunu bilmiş, Zülfiyyə xanım bilməmişdir. İddiaçının gətirdiyi şahid də bildirmişdir ki, Zülfiyyə xanım bu işləri məsləhətləşərək etmişdir. Şahid Nuranə xanım bildirdi ki, Zülfiyyə xanımı Gülnar xanımla tanış etmişdir. Yəni Gülnar xanım üçün yaxın birisi deyil, əslində Zülfiyyə xanımla daha yaxındır. Həmçinin bildirdi ki, Zülfiyyə xanım karantinlə əlaqədar pul qazana bilmədiyi üçün dekor əşyalarını satmaq istəmişdir. Zülfiyyə xanımın razılaşmanı hansı səbəbə təqdim etməməsini bilmədilər. Onlar həmin sənədi təqdim etmişlər. Yəni dövlət orqanı tərəfindən təsdiq edilmiş bu sənəddə yalnız imzalar təsdiqlənməmiş, həmçinin ərizədə yazılanların düzgün olub-olmaması təsdiqlənmişdir. Həmin ərizədən də görünür ki, dekor əşyaları 25000 manata satılmışdır. Bu gündə şahidlər ifadələrində açıq-aydın bildirdilər ki, Zülfiyyə xanım həmin dekor əşyalarını satmışdır. İddiaçının vəkili belə bir sual etdi ki, əgər dekor əşyalarını almışdırsa, niyə alqısatqı şəklində rəsmiləşdirilməmişdir. Ötən məhkəmə iclasından xatırlatma etmək istəyir, çünki burada araşdırma zamanı məlum olmuşdur ki, bu əşyaların hamısı Zülfiyyəyə məxsus olmamış başqa şəxsə məxsus olmuşdur. Həmin şəxs əşyaları Zülfiyyə xanıma həvalə etmişdir. Həmin şəxs demişdir ki, alsın əşyaları pulunu da Zülfiyyəyə versin. Onlar bununla bağlı “WhatsApp” yazışmaları da məhkəməyə təqdim etmişdilər. Əşyalarn hamısı tamamilə Zülfiyyə xanıma məxsus olmadığı, başqa şəxsə məxsus olduğu üçün onları məhz alqı-satqı kimi yox, məhz əşyaların verilməsi və pulların alınması kimi rəsmiləşdirmişdilər. Buna görə də hesab edir ki, iddia əsassızdır və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin, onların nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, dekor evində 2020-ci ilə qədər 2 il müddətində işləmişdir. “Ford” markalı yük avtomobili ilə malları daşımışdır. Dekorları daşıyan zaman mağazanın qarşısında cavabdehi görmüşdür. “Təzə Bazar”dan “Angels Dekor” evinə malları aparmışdır. Pulun verilməsi ilə bağlı heç nə görməmişdir. Malları oraya aparan vaxt Zülfiyyə demişdir ki, mallar icarəyə verir. Həmişə Zülfiyyə ilə malları hara aparacağı barədə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, iddiaçı onun nişanlısıdır. İyun ayının 27-də Zülfiyyəyə zəng gəlmişdir ki, dekorları gətirin şərikli işlətsinlər. Həmin gün malların bir hissəsini sürücü Elçin ilə Zülfiyyə dekor evinə aparmışlar. Mallar aparıldıqdan sonra cavabdeh Zülfiyyəyə işlərin qanuniləşdirilməsini demişdir. Malların həm bir hissəsi, həm də qalan hissəsi daşınan zaman mağazanın qarşısında olmuşdur. Həmin gün malların icarəyə götürülməsini istəyən digər şəxslər də gəlmişdilər. Onlar imzalanan həmin ərizəni icarə müqaviləsi hesab etmişlər. Onlar malları istəyən zaman öyrənmişlər ki, ərizədə satdım sözü yazılmışdır. O, danışıqlarda qismən iştirak etmişdir. Notariusda ərizə verilərkən orda olmamışdır. Onun yanında pul verilməmişdir. Pul ilə bağlı söhbətdə iştirak etmiş, lakin verildiyini görməmişdir. İcarə haqqının aylıq nə qədər olması barədə dəqiq məbləğ danışılmamışdır. Onlar məsləhətləşən zaman artıq sənəd imzalanmışdır. Zülfiyyə icarəyə verdiyi əşyaların bəzilərini orada qoymaq istəməmişdir. Əşyalar tələsik olaraq aparılmışdır. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilən Quliyeva Höküməxanım Əmrayil qızı ifadəsində bildirdi ki, Gülnar xanım onun müdiridir. Münasibətləri müdir-işçi münasibətidir. Hal-hazırda orada işləyir. İddiaçı ilə münasibətləri iş yoldaşı kimi olmuşdur. Bir müddət onlarla işləmişdir. İyul ayının 27-də Zülfiyyə xanımla Gülnar xanım malın alınması ilə bağlı söhbət etmişdirlər. Gülnar xanım onu çağırmışdır ki, maşından onun pul qabını gətirsin. Gülnarın qara rəngdə olan pul qabı var, kompyuter çamadanı kimidir, pullar həmişə onun içində maşında olmuşdur. Gedib pul qabını gətirmişdir. Pulu gətirərkən pulu saymışdır, onun içində 21000 manat birdə 400 ABŞ dolları pul olmuşdur. 21 000 manatı Gülnar xanıma vermişdir. Gülnar xanım 400 ABŞ dollarını manata dəyişmək üçün Xəyala verməyi tapşırmışdır. Xəyalın işi olduğu üçün pulu manata dəyişmək üçün Orxana vermişdir. Orxan da xırdaladaraq 680 manat pulu gətirmiş Gülnar xanıma vermişdir. Gülnar xanımda 21680 manat olmuşdur. O, 21000 manat pulu pul qabından gətirib Gülnar xanıma vermişdir. Gülnar xanım 25000 manat pul verməliymiş, lakin 3320 manat pulu çatmamışdır. Qalan pulu digər obyektlərdən gətirmişlər. Gülnar xanım 25000 manat pulu saymış və Zülfiyyə xanıma vermişdir. Hətta Zülfiyyə xanım pulun birinin başı əzilmiş şəkildə olduğu üçün dəyişdirməsini xahiş etmişdir. Gülnar xanım 100 manatlıq əskinaslarla olan pulları saymış və Zülfiyyə xanıma vermişdir. Pullar 4 nəfər işçinin yanında verilmişdir. Gülnar xanım 25000 manat pulu Zülfiyyə xanımdan aldığı güllər, dəmirlər, masa kimi dekor əşyalarına görə vermişdir. Zülfiyyə xanım pulu almışdır ki, əşyaların hamısını verəcəkdir. Ancaq yarısını vermişdir. 2 gündən sonra qalan yarısının yarısını göndərmişdir, oda yenə hamısı deyilmiş. Amma pulun hamısını 25000 manatı bir dəfəyə almışdır. Malın hamısını verməmişdir. Zülfiyyə xanım onlarla ümumilikdə 1 ay işləmişdir. Ən axırıncı dəfə onlarla 13 sentyabr tarixində Gülüstan qəsəbəsinə evi bəzəmək üçün getmişdirlər. O baş verən hadisələrin tarixlərini əzbər yadında saxlamışdır. Onlar bilə bilməzdilər ki, Zülfiyyə xanım sonradan belə hərəkət edəcəkdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, iddiaçı onun rəfiqəsinin rəfiqəsidir. Qohumluqları yoxdur. Cavabdeh onun müdiridir. Zülfiyyə ilə rəfiqəsinin anasının ad günündə bir yerdə olmuşdular. Həmin vaxt Zülfiyyə onun rəfiqəsi ilə şərikli dekor evi işlədirmişlər. Həmin dekor evinin pulunu karantinə görə ödəyə bilməmişdilər. Ona görə də Zülfiyyə dekorları satmaq istəmişdir. Gülnar xanım da almaq üçün dekor axtarmışdır. Yollar bağlı olduğu üçün başqa yerdən güllər gətizdirmək xərci çox olmuşdur. Gülnar xanım demişdir ki, dekor satan olsa ona desinlər. O da Gülnar xanıma demişdir ki, rəfiqəsinin dostu dekor güllər satmağa adam axtarır. Zülfiyyə xanımın nömrəsini Gülnar xanıma vermişdir ki, danışsınlar. Özləri danışmışlar. Gülnar xanım Zülfiyyə xanımı dekor evinə dəvət etmişdir. Zülfiyyə xanım Gülnar xanımın dekor evinə gəlmişdir və onlar mallarla bağlı söhbət etmişlər. Zülfiyyə xanım veriləcək malları dəftərində qeyd etmişdir. Zülfiyyə xanım elə həmin gün malların məbləğlərini yazmış və Gülnar xanım da ödənişini etmişdir. Pullar verilərkən 3000 manat çatmamış, onu da Gülnar xanım digər obyektdən gətizdirmişdir. Gülnar Zülfiyyəyə mallara görə 25000 manat pulu ödəniş etmişdir. Pullar Zülfiyyəyə veriləndə iştirak etmişdir. Pullar Gülnar xanımın pul qabında olmuşdur. Pulların neçə manatlıq əskinaslarla olduğunu və nəyin içinə qoyularaq verildiyini xatırlamır. Zülfiyyə xanım dekorları Gülnar xanıma satmışdır. Həmin gün də sürücülərlə Gəncə şəhərində yerləşən “Təzə bazar” dakı dekor evinə getmişlər, dekorları götürmüşlər və obyektə gətirmişlər. Ancaq yazılmış məbləğ dəyərində malların hamısını götürməmişlər. Dekorları, dəmirləri götürmüş, ancaq güllərin hamısını götürməmişlər. Zülfiyyə demişdir ki, güllərin yarısı ondadır çirkləndiyi üçün yuyulmağa vermişdir. Gülnar xanım heçne deməmişdir. Gülnar xanım pulları verəndən sonra sabahkı gün malların yarısını da gətirmişdir. Amma yenə də hamısı deyilmiş. Həm də Zülfiyyə xanım iş axtarırmış, ona görə də Gülnar xanım onu işə götürmüşdür. Zülfiyyə xanımın özü onlarla işləmiş, 3-4 yerə işlə bağlı getmişlər. Axırıncı dəfə sentyabrın 13-də Gülüstan qəsəbəsində dekor qurmuşlar özü də stolun arxasını bəzəmişdir. Zülfiyyə xanım onlarla dekor qurmağa gedəndə demişdir ki, bu mal onundur, o birini götürüb aparacaq, bunu ona hədiyyə vermişlər. Axırda Gülnar xanım əsəbləşmişdi ki, verdiyi məbləğin qarşılığında ona malların hamısı verilməmiş, üstəlik hələ malların bəzilərinin onun olduğunu deyir. Sonra da onu işdən çıxarmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş Cavabdeh ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı şəxsi məkanı olan dekor evinə dekor əşyalarını götürmüş, bütün foto şəkilləri əlavə etməklə, əgər hər hansı dekor və əşyaya zərər və ziyan dəyərsə, məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş İddiaçı ərizəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə ümumilikdə 25000 manat dəyərində dekor əşyalarını Cavabdeh satmış və xx xxxx 2020-ci ildə tam təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı xeyli miqdarda əmlakını cavabdehə icarəyə verdiyinə istinad edib, əmlakların qaytarılmasını və ya onların dəyərininin ödənilməsini, həmçinin cavabdehdən icarə haqqının tutulmasını tələb etsə də, əmlakın cavabdehə icarəyə verildiyini təsdiq edən icarə müqaviləsi bağlamadan və faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, iddiaçının notariat qaydasında imzaladığı ərizəsindən və cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmədə dindirilən şahidlərin ifadələrindən iddiaçının 25000 manat dəyərində əmlakını (dekor əşyalarını) cavabdehə satdığı görünür. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının əmlakını cavabdehə icarəyə verməsi halı təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-45/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-45/2021
02.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver