Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-45/2022 07.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X7 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydadaiddiaçı "xxxx" ASC-nin xeyrinə 17 913.73 manat əsas, 1848.26 manat faiz borcu, cəmi 19 761.99 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, 41.42 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının tutulması, tutmanın X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışı: qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) yönəldilməsi və onun ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmetinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər X8 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02/2019-KM saylı kredit müqaviləsinə əsasən X7 24 ay müddətinə, illik 18% hesablanmaqla 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə X8 arasında ona məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin (Yüklülük çıxarışı: qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ipotekaya qoyulması barədə xx.xx.2019-cu il tarixli, 02/2019-İM nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 02/2019-KM saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 17 913.73 manat əsas, 1848.26 manat faiz borcu, cəmi 19 761.99 manat kredit borcu mövcuddur. Cavabdehlər kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 02/2019-KM nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" ASC tərəfindən borcalan X7 25000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – X8 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 02/2019-KM nömrəli kredit müqaviləsinin təminatı kimi X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. 29 avqust 2019-cu il tarixli, 02/2019-KM nömrəli zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh1 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 13 aprel 2021-ci il tarixli 914/2021 nömrəli bildirişdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 02/2019-KM nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2021-ci il tarixinə 17 913.73 manat əsas, 4966.26 manat faiz borcu, cəmi 22879.99 manat kredit borcu təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 75 000 manat, likvid dəyəri isə 64 000 manat kimi qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 68300 manat, likvid dəyəri isə 61500 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində xx.xx.2019-cu il tarixli, 02/2019-KM nömrəli kredit müqaviləsi üzrə 18067.72 manat əsas, 758.84 manat faiz borcu qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02/2019-KM nömrəli kredit müqaviləsinin şərtlərinə görə X7 25000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait X6 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada iddiaçı „Azərbaycan Beynalxalq Bankı“ ASC-nin xeyrinə 17 913.73 (on yeddi min doqquz yüz on üç manat yetmiş üç qəpik) əsas, 758,84 (yeddi yüz əlli səkkiz manat səksən dörd qəpik) manat faiz borcu olmaqla cəmi 19 761.99 (on doqquz min yeddi yüz altmış bir manat doxsan doqquz qəpik) manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin 41,42 (qırx bir manat qırx iki qəpik) manat ioteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan likvid dəyəri 61 500 manat olan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və X8 yaşayış evindən çıxarılmaqla əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada iddiaçı „Azərbaycan Beynalxalq Bankı“ ASC-nin xeyrinə 17 913.73 (on yeddi min doqquz yüz on üç manat yetmiş üç qəpik) əsas, 758,84 (yeddi yüz əlli səkkiz manat səksən dörd qəpik) manat faiz borcu olmaqla cəmi 19 761.99 (on doqquz min yeddi yüz altmış bir manat doxsan doqquz qəpik) manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin 41,42 (qırx bir manat qırx iki qəpik) manat ioteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan likvid dəyəri 61 500 manat olan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 102 ünvanında yerləşən 187.3 kv.m ümumi, 94.1 kv.m yaşayış, 93.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və X8 yaşayış evindən çıxarılmaqla əmlak boşaldılsın. Cavabdehlər Cavabdeh1 və X4 iş üzrə 200 (iki yüz) manat ekspertiza xərci müştərək qaydada tutularaq „Uniprice“ MMC, VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, Kod: 201296; SWİFT kod: AHBAZ2XXXX saylı hesaba ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh1 və və X4 müştərək qaydada tutlaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayəti verilə bilər
Hakim Kənan Vəliyev