Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-46/2024 01.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “MERCEDES Benz B200CDİ" markalı xetçbek tipli ** AE *** qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinə Cavabdeh1 MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sifarişi ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(114)-1172/2023 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan əmlakların qiymətləndirilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən “MERCEDES Benz B200CDİ" markalı xetçbek tipli 20AE899 qeydiyyat nişanlı 2013-cü il buraxılışlı ağ rəngli avtonəqliyyat vasitəsinə 16000 manat qiymət qoyulmuşdur. Qiymətləndirmə düzgün aparılmamaş və nəticədə avtomaşına real bazar dəyərindən aşağı qiymət qoyulmuşdur. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022 tarixli qərarı əsasında vergi ödəyicisinin xx.xx.2022 tarixə yaranan 47999,71 manat borcuna görə 20000 manat məbləğində əmlakı (20AE899 qeydiyyat nişanlı “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli 2013-cü il buraxılışlı ağ rəngli nəqliyyat vasitəsi) siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı təşkilatın ərizəsindən görünür ki, avtomaşına qoyulmuş qiymət real bazar dəyərindən aşağıdır. Qiymətləndirmə şirkəti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əmlakı siyahıya aldığı qiymətdən 4000 aşağıdır. Qiymətləndirmə düzgün aparılmadığından qiymətləndirmə rəyi ləğv edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil Fərhad oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, vergi orqanı tərəfindən əmlakın dəyəri 20000 manat müəyyən edilmiş, lakin daha sonra qiymətləndirmə keçirilərək əmlakın qiyməti daha aşağı müəyyən edilmişdir. Bundan sonra yenidən qiymətləndirilmə keçirilməsi xahiş edilsə də bir nəticə əldə edilməmişdir. Vergi orqanında daxili inam olmasa idi onlar əmlakı 20000 manat qiymətləndirməzdilər. Ona görə də hesab edir ki, əmlakın dəyəri 20000 manatdan çoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, Gəncə İnzibati Məhkəməsinin qərarında əmlakın dəyəri 20000 manat müəyyən edilmişdir. Əmlak siyahıya alarkən əmlakın qiyməti mülkiyyətçinin öz əmlakına verdiyi dəyərə və bazar qiymətlərinə əsasən müəyyən edildir. Lakin əmlak hərraca çıxarılmamışdan qabaq qiymətləndiricinin rəyi alınır və əmlak hərraca bu qiymətlə çıxarılır. Siyahıya alma zamanı vergi orqanının əmakdaşı hansı əmlakı siyahıya alacağını qabaqcadan bilmədiyi üçün qiymətləndirmənin əvvəlcədən keçirilməsi mümkün olmur. Siyahıya alma zamanı təxmini qiymət müəyyən edilir. Qiymətləndirici əmlakı 16000 manat qiymətləndirmişdir. Rəy alındıqdan sonra mülkiyyətçiyə məlumat verilmişdir, lakin rəylə əlaqədar vergi orqanına hər hansı müraciət daxil olmamışdır. Siyahıya alma zamanı mülkiyyətçi 20000 manatla razılaşmışdır və bu zaman protokol tərtib edilmişdir. Vergi ödəyicisinin təxmini olaraq 47000 manat borcu vardır. Onlar üçün zəruri olan hərracın keçirilməsi və pulun vergi ödəyicisinin borcundan çıxılmasıdr. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirdi ki, vergi orqanı əvvəlcə təxmini qiymət müəyyən edərək əmlakı qiymətləndiriməsi üçün onlara təqdim edir, onlar isə əmlakı hərtərəfli yoxlayaraq onun dəqiq qiymətini müəyyən edirlər. Ona görə də hesab edirlər ki, onların rəydə qeyd etdiyi qiymət əmlakın real dəyəridir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehlərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 15(114)- 42/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin mülkiyyətində olan və siyahıya alınmış 20000 manat dəyərində “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli ** AE *** qeydiyyat nişanlı 2013-cü il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və qərardadın icrasının aidiyyəti hissələrdə Gəncə şəhər Baş Polis İdarəsinə və X7 İmthan və X9 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olanGəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(114)- 1172/2023 saylı qərar ilə iddia təmin edilərək İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməmiş 18295,29 manat (vergilər üzrə 10835,68 manat, faiz üzrə 7459,61 manat) məbləğində borcunun ödənilməsi təmin edilməsi məqsədi ilə cavabdehə məxsus 20000 manat dəyərində 20AE899 qeydiyyat nişanlı, “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli, 2013-cü il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə satılması, vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixdə Gəncə RQİ və TBŞ tərəfindən verilmiş BD165311 nömrəli X2 şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013-ci olan, 20AE899 qeydiyyat nişanlı, “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli, ağ rəngli nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 MMC-nin əşyaların dəyərləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMCnə məxsus bir ədəd avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 16000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli 14/01 saylı Vergi ödəyicisinin vergi borcuna görə vergi orqanı tərəfindən siyahıya alınmış əmlakının hərracının protokolundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X4” publik hüquqi şəxsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Əmlak Xidmətləri məkanında “MERCEDES Benz B200CDİ” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə bağlı hərrac keçirilimiş, hərracın nəticəsi olaraq əmlakın hərrac və satış qiyməti 12800 manat təşkil etməklə hərracın qalibi X5 olmuşdur. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli siyahıya alınmış əmlakın alqı-satqısı barədə 02 saylı müqavilədən görünür ki, satıcı 12 saylı Ərazi Vergilər Baş İdarəsi ünvan 1 ünvanında siyahıya alınmış “Mercedes B200 CDİ, 20AE899 dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi hərracda müəyyən olunmuş axrıncı satış qiyməti ilə 12800 manata alıcı X1. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixində keçirilimiş hərrac üzrə daxil olan vəsaitin aidiyyəti üzrə köçürülmə ardıcıllığı Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin e- 2(114)-1172/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı MMC-nə məxsus Mercedes B200 CDİ, 20AE899 dövlət nömrə nişanlı əmlakın hərracda yekun satış qiymətinin 12800 manat məbləğində müəyyən edilməsi, həmin məbləğdən 640 manatın təşkilatçının 5% xidmət haqqına, 12160 manatın isə vergi ödəyicisinin vergi borcuna yönəldiləcək məbləğ olaraq köçürülməsi 12 saylı Ərazi Vergilər Baş İdarəsi və X4 publik hüquqi şəxsi tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2024-cü il tarixli 02-219/23 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı MMC-nə məxsus olan “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli, ağ rəngli nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 16000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 200 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyətinin istiqamətlərdə daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi də həyata keçirilir. Məhkəmə qeyd edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh İddiaçınə qarşı dövlət büdcəsinə ödənilməmiş 18295,29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması tələbinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(114)-1172/2023 saylı qərar ilə iddia təmin edilərək İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməmiş 18295,29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus 20000 manat dəyərində 20AE899 qeydiyyat nişanlı, “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli, 2013-cü il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə satılması, vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsi avtomobilin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-yə müraciət etmişdir. İddiaçı MMC-nə məxsus avtomobilə dair xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC tərəfindən əşyaların dəyərləndirilməsi barədə hesabat tərtib edilmiş, həmin hesabata əsasən avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 16000 manat məbləğində müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi olan İddiaçı MMC həmin qiymətləndirmə rəyindən razı olmadığı üçün qiymətləndirmə rəyinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2-2(115)-1507/2023 saylı qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin məhkəməyə verdiyi 24 yanvar 2024-cü il tarixli 02-219/23 saylı qiymətləndirmə rəyi ilə İddiaçı MMC-nə məxsus olan “MERCEDES Benz B200CDİ” markalı xetçbek tipli, ağ rəngli nəqliyyat vasitəsinin xx.xx.2024cü il tarixinə bazar dəyəri 16000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli əşyaların dəyərləndirilməsi barədəki rəydə müəyyən etdiyi məbləğ "xxxx" MMC-nin verdiyi rəydəki məbləğ ilə üst-üstə düşmüş, hər iki qiymətləndirici avtonəqliyyat vasitəsinin dəyərini 16000 manat qiymətləndirmişdir. Belə olan halda Cavabdeh1 MMC tərəfindən verilən qiymətləndirmə rəyinin ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı cavabdehlər 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci İddiaçındən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-46/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-46/2024
01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver