Məhkəmə qərarları › İş №e-2-2(115)-462/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-462/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-462/2020 17.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 və vəkili X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məşədi oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və mənzildən çıxarılma tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məşədi oğluna qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 İddiaçı ASCnin xeyrinə xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 40877,37 (qırx min səkkiz yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 6535,31 (altı min beş yüz otuz beş manat otuz bir qəpik) manat, dəbbə borcuna görə 21000 (iyirmi bir min) manat, cəmi 68281,88 (altmış səkkiz min iki yüz səksən bir manat səksən səkkiz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X11 bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 92 (doxsan iki) manat pulun tutulması,tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 54.8 kv.m. olan qeyri-yaşayış sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti., ev. 149, ünvanında, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan, 3 otaqlı, 81 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə cəmi 68281,88 (altmış səkkiz min iki yüz səksən bir manat səksən səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 (doxsan iki) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi,ipoteka predmetləri olan qeyri-yaşayış binasına və mənzilə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 ünvan 3 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 54.8 kv.m. olan qeyri-yaşayış sahəsindən, Cavabdeh3 və Cavabdeh2 isə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti., ev. 149, ünvanında, 6- cı mərtəbədə yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan, 3 otaqlı, 81 saylı mənzildən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh - Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsinə əsasən illik 18 % (on səkkiz) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 105000 (yüz beş min) AZN manat məbləğində cavabdehə kredit verilmişdir.xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin, yəni ödəniş qrafikinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən yayınmışdır. xx xxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh - Cavabdeh1 xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 40877,37 (qırx min səkkiz yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 6535,31 (altı min beş yüz otuz beş manat otuz bir qəpik) manat, dəbbə borcuna görə 21000 (iyirmi bir min) manat, borcun cəmi məbləği 68281,88 (altmış səkkiz min iki yüz səksən bir manat səksən səkkiz qəpik) manat təşkil edir.xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 54.8 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı ASC qarşısında xx xxxxx 2016-cı il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir.Eyni zamanda xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti., ev. 149, ünvanında, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan, 3 otaqlı, 81 saylı mənzil İddiaçı ASC qarşısında xx xxxxx 2016-cı il tarixli Sonrakı İpoteka müqviləsi bağlanaraq yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin Cavabdeh1 arvadı, X1 və Cavabdeh3 oğlu Cavabdeh2 həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair razılıqları da notarial qaydada təsdiq edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək əsas borcu qəbul etdiyi bildirmiş, cərimə borcunun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahat verərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx xxxx 2020-ci il tarixli RB-02/PK-1984 nömrəli arayışdan görünür ki, Cavabdeh1 40 877,37 manat əsas, 6404,51 manat faiz, 21 000 manat cərimə borcu hesablanmışdır. xx.xx.2016-cı il tarixli, GNC-1196ip_RES nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 105 000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2014-cü il tarixli raportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh3 məxsus daşınmaz əmlakın bazar dəyəri 60 000 manat, likvid dəyəri isə 55 000 manat təşkil etmişdir. xx.xx.2014-cü il tarixli raportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh1 məxsus daşınmaz əmlakın bazar dəyəri 165 000 manat, likvid dəyəri isə 150 000 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq Bank müəyyən olunmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini yerinə yetirməmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 6000 (altı min) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2016-cı il tarixli, GNC- 1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 40877,37 (qırx min səkkiz yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 6535,31 (altı min beş yüz otuz beş manat otuz bir qəpik) manat, dəbbə borcuna görə 6000 (altı min) manat, cəmi 53412,68 (əlli üç min dörd yüz on iki manat altmış səkkiz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X11 bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 92 (doxsan iki) manat pul tutulmalı, tələb tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 1 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 54.8 kv.m. olan qeyri-yaşayış sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti., ev. 149, ünvanında, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan, 3 otaqlı, 81 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat və mənzilin qiyməti isə 55000 (əlli beş min) manat müəyyən edilməli,həmin əmlaklar açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə cəmi 53412,68 (əlli üç min dörd yüz on iki manat altmış səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 (doxsan iki) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 40877,37 (qırx min səkkiz yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 6535,31 (altı min beş yüz otuz beş manat otuz bir qəpik) manat, dəbbə borcuna görə 6000 (altı min) manat, cəmi 53412,68 (əlli üç min dörd yüz on iki manat altmış səkkiz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X11 bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 92 (doxsan iki) manat pul tutulsun. Tələb tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 1 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 54.8 kv.m. olan qeyri-yaşayış sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev. 149, ünvanında, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan, 3 otaqlı, 81 saylı mənzilə yönəldilsin, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat və mənzilin qiyməti isə 55000 (əlli beş min) manat müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxx 2016-cı il tarixli, GNC-1196ip_RES saylı Baş kredit müqaviləsi üzrə cəmi 53412,68 (əlli üç min dörd yüz on iki manat altmış səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 (doxsan iki) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar