Məhkəmə qərarları › İş №e-2-2(115)-462/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-462/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-462/2021 06.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək audit rəyinin alınmasının Auditorlar Palatasına həvalə edilməklə auditor qarşısında X1 "xxxx" ASC-nin İdarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərdiyi 25 iyun 2016-cı il tarixdən 27 aprel 2021-ci il tarixə kimi dövr ərzində müəssisənin əsas vəsaitlərinin təyinatı üzrə istifadə edilməsinin vəziyyətinin qiymətləndirilməsi, R.Ağayevin İdarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərdiyi dövr üzrə "xxxx" ASC-yə vurulmuş ziyanın müəyyən edilməsi suallarının qoyulması, audit rəyi alındıqdan sonra vurulmuş ziyanın həcminə uyğun olaraq səhmdarların hər birinə onların səhmlərinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 65,47% səsli səhmlərinin sahibidir. X2 25 iyun 2016-cı il tarixindən bu günə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərir. X3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olaraq öz vəzifə səlahiyyətlərini aşmış, cəmiyyətin müştərilərindən maksimum faydalanmaq məqsədi ilə təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının icarəyə verilməsinə dair Müqavilə rəsmiləşdirmişdir, eyni zamanda rəhbərlik etdiyi "xxxx" MMC Bərdə rayonu, Tərtərçay sahəsi ünvanında yerləşən və "xxxx" ASC-nin istifadəsində olan qum-çınqıl yatağını da uzun müddət qeyri- qanuni istismar etmişdir. X3 rəhbərlik etdiyi "xxxx"ASC-nin əsas vəsaitlərinin qara bazarda satmasına dair əsaslı şübhələr yaranmışdır. Bununla da X1 yuxanda qeyd edilən qeyri-qanuni fəaliyyəti nəticəsində "xxxx" ASC-nin səhmdarlarına külli miqdarda ziyan vurulması ehtimal edilir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 184.4-ci maddəsinə əsasən Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə ,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb rədd edilməlidir. Belə ki iddiaçı iddia tələbində cavabdeh hüquqi şəxsin rəhbəri olan R.Ağayevin fəaliyyət göstərdiyi 25 iyun 2016-cı il tarixdən 27 aprel 2021-ci il tarixədək olan dövrdə fəaliyyətində ziyanın vurulması halının ehtimal olunğunu bildirmişdir. Göründüyü kimi qeyd edilən hal iddiaçı tərəfindən əsaslı sübutlarla sübut edilməmişdir. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Məhkəmə onu qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə, iddia tələbinin birinci hissəsi olaraq cavabdeh müəssisədə audit fəaliyyətinin aparılması və audit rəyinin alınması ilə bağlı məhkəmə vurğulayır ki, hər hansı istehsal müəssisəsində audit fəaliyyətinin aparılması üçün bir tərəfi audit fəaliyyətini həyata keçirən subyekt, digər tərəfi sifarişçi olan müstəqil tərəflər arasında müqavilə bağlanmalıdır. Bununla bağlı məhkəmənin hər hansı audit yoxlamasının aparılması öhdəliyinin məhkəmə aktı ilə qoymasına əsas verən hal yoxdur. Həmçinin audit rəyini vermək səlahiyyəti olan orqan hazırkı iş üzrə tərəf deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı audit rəyinin alınmasının Auditorlar Palatasına həvalə edilməklə auditor qarşısında X1 "xxxx" ASC-nin İdarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərdiyi 25 iyun 2016-cı il tarixdən 27 aprel 2021-ci il tarixə kimi dövr ərzində müəssisənin əsas vəsaitlərinin təyinatı üzrə istifadə edilməsinin vəziyyətinin qiymətləndirilməsi, R.Ağayevin İdarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərdiyi dövr üzrə "xxxx" ASC-yə vurulmuş ziyanın müəyyən edilməsi suallarının qoyulması, audit rəyi alındıqdan sonra vurulmuş ziyanın həcminə uyğun olaraq səhmdarların hər birinə onların səhmlərinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar