Məhkəmə qərarları › İş №e-2-2(115)-463/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-463/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-463/2021 07.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Bank “xxxx” ASC-nin “Xətai” filialı ilə Cavabdeh MMC-nin direktoru X3 ilə bağlanmış 15.04.2019-cu il tarixli, BC-00001-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 20.04.2021-ci il tarixə ödənilməmiş 9998,29 manat əsas borc, 2412,03 manat faiz borcu, 2207,29 manat dəbbə pulu, ümumilikdə 14 617,61 manat məbləğində borcun və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin Xətai filialı ilə Cavabdeh MMC-nin direktoru X3 şəxsində bağlanmış 15.04.2019-cu il tarixli, BC-00001- 15/19A saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə biznes məqsədi ilə 24 ay müdətinə illik 23 faiz ödəmək şərti ilə 10 000 manat məvləğində, bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və hissə-hissə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 15.04.2021-ci il tarixədək faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərin pozaraq borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 15 aprel 2019-cu il tarixli, BC-00001-15/19A nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – “Bank xxxx” ASC borcalan Cavabdeh MMC-yə 10 000 manat məbləğində illik 23 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 21 aprel 2021-ci il tarixli, RİED 2021/2203 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin borcu 15 aprel 2019-cu il tarixli, BC-00001-15/19A nömrəli müqavilə üzrə 9998,29 manat əsas borcu, 2412,03 manat faiz borcu,2207,29 manat dəbbə pulu təşkil etmişdir. 24 dekabr 2020-ci il tarixli, AZD-F-2020/0148 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 aprel 2019-cu il tarixli, BC-00001-15/19A nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh MMC-yə 10 000 manat məbləğində illik 23 faiz ödəmək şərti ilə kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf ona qarşı sürülən iddianı nə etiraf, nə də təkzib etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə heç bir münasibət bildirməməsi faktiki halın mübahisələndirmək istəyində olmaması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdehndən 9998,29 (doqquz min doqquz yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc, 2412,03 (iki min dörd yüz on iki manat üç qəpik) manat faiz borcu, 1507,29 (min beş yüz yeddi manat iyirmi doqquz qəpik) manat dəbbə pulu, ümumilikdə 13 917,61 (on üç min doqquz yüz on yeddi manat altmış bir qəpik) manat iddiaçı Bank „xxxx“ ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 9998,29 (doqquz min doqquz yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc, 2412,03 (iki min dörd yüz on iki manat üç qəpik) manat faiz borcu, 1507,29 (min beş yüz yeddi manat iyirmi doqquz qəpik) manat dəbbə pulu, ümumilikdə 13 917,61 (on üç min doqquz yüz on yeddi manat altmış bir qəpik) manat pulun və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bank „xxxx“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar