Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-465/2021 02.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kompensasiya tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz-hüquqazidd hərəkəti nəticəsində ona vurulmuş 120000 manat dəyərində maddi, 30000 manat dəyərində mənəvi ziyanın kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19.09.2004-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsində fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir və ona ********** nömrəli VÖEN verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı komitəsi «Aztexnikiinventarlaşdırma» İstehsalı birliyinin 14.01.1997-ci il tarixli, inv№718 saylı texniki pasportu ilə ona Şəmkir rayonu Zəyəm kəndində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlər üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.11. bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmış və həmin sənəd mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması əsası kimi fərmanda nəzərdə tutulmuşdur. Həmin sahə üzərində tərəfindən bir mərtəbəli mağaza inşa olunmuş və orada o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Sahibkar kimi vergidə qeydiyyata alınmış və vergi ödəyicisidir. Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən və ona qanuni əsaslarla məxsus olan, sahibkarlıqla məşğul olduğu mağaza binası 2013-cü ildə cavabdeh tərəfindən onun razılığı olmadan və ona heç bir kompensasiya ödənilmədən sökülmüş, mağaza binası tam şəkildə uçurulmuş və mağaza binasının yerləşdiyi və onun mülkiyyətində olan torpaq sahəsini öz ərazisinə qatmışdır. Yəni torpaq sahəsi cavabdeh tərəfindən zəbt edlmişdir. İllərdir həmin mağaza binasının uçurulması və ona məxsus torpaq sahəsinin qanunsuz zəbt olunması ilə bağlı kompensasiya ödənilməsi, ona maddi yardım olunması ilə bağlı müraciət etsə də heç bir nəticəsi olmamışdır. İkinci Qarabağ müharibəsi zamanı oğlu X7 şəhid olmuşdur və onun azyaşlı uşaqları da onun himayəsindədir. İkinci övladı X1 olaraq müharibəni başa vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə qarşı etirazı təqdim edərək, göstərmişdir ki, Şəmkir rayon İсrа Hakimiyyətinin 22 mау 2021-ci il tarixli məktubundаn məlum olur ki, İddiaçı məxsus Şəmkir rауоn, Zəyəm qəsəbəsində уеrləşən tikili "xxxx" ASC tərəfindən sökülmüş və tikinti materialları ərazidən çıxarılmışdır. Bu hallar da tamamilə yalandır. Şəmkir rayon İсrа Hakimiyyətinin qeyd olunan məktubda göstərdiyi xüsusiyyətləri təsdiq edən hər hansı bir sübutları yoxdur. Həmin tikilinin "xxxx" ASC tərəfindən sökülməsini təsdiq edən hallara dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə "xxxx" ASC heç bir tikilini sökməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 bildirmişdir ki, hal-hazırda həmin ərazi təmizlənərək İddiaçı verilmişdir. Həmin ərazi İcra Hakimiyyətinə məxsusdur. "xxxx" ASC tərəfindən İddiaçı məxsus mağaza sökülməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də 1975-ci ildən 2018-ci ilə kimi briqadir işləmişdir. İddiaçı məxsus mağazanın söküldüyünü görmüşdür. Həmin mağaza avtomobil ehtiyat hissələri mağazası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, "xxxx" ASC İddiaçı məxsus obyekti 7-8 il bundan əvvəl sökmüşdür. Həmin mağaza avtomobil ehtiyat hissələri mağazası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus ehtiyat hissələri mağazası 2013-cü ilin yayında sökülmüşdür. Şəmkir rayon İcra Hakimiyyətindən Qüdrət müəllim, "xxxx" ASC-dən Sabir müəllim orada olmuşlar. Rəhbərliyi Sabir müəllim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, onun obyekti də İddiaçı mağazası ilə eyni vaxtda sökülmüşdür. İddiaçı məxsus avtomobil ehtiyat hissələri mağazası 2013-cü ildə yay aylarında sökülmüşdür. Onların obyektlərini «Zəyəm Texnologiyalar Parkı” ASC sökdürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, həmin əraziləri onlara məcburi şəkildə sökdürmüşlər. Sökülmə ilə bağlı Sabir müəllim göstəriş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, zavod işçiləri həmin obyektə gələrək oranın söküləcəyini deyərək, ərazinin boşaldılmasını tələb etmişlər. Onların arasında zavodun işçisi Sabir müəllim də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, 10 ilə yaxın iddiaçının mağazasının yanındakı sexdə işləmişdir. Zavodda özəlləşmə gedəndə həmin sex zavod tərəfindən sökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı komitəsi «Aztexnikiinventarlaşdırma» İstehsalı birliyinin 14.01.1997-ci il tarixli, inv№718 saylı texniki pasportu ilə İddiaçı Şəmkir rayonu Zəyəm kəndində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və Hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən İddiaçı məxsus obyektin invertar dəyəri 40972 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi qanuni əsasla İddiaçı verilmişdir. İddiaçı mülkiyyətçi olmasa da, əmlaka qanuni əsaslarla sahiblik edən şəxs kimi onun hüquqları mülkiyyətçi hüquqlarına bərabər tutulur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsina aid pasportlar qeyd edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin işçiləri iddiaçının istifadəsinə verilmiş qeyri yaşayış sahəsini qanunsuz olaraq söküb onu əmlakından məhrum edərək, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia maddi zərərin vurulmasına dair hissədə qismən yəni, 40972 manat hissəsində təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbində 120000 manat dəyərində maddi ziyan vurulduğunu qeyd etsə də, Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və Hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən də görünür ki, İddiaçı məxsus qeyriyaşayış sahəsinin invertar dəyəri 40972 manat müəyyən olunmuşdur. Mənəvi zərərin ödənilməsinə dair hissədə iddiaya hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi) iztirablar və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X6 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, şəxsə vurulmuş mənəvi zərərin dəyəri dəqiq qiymətləndirilə bilinmədiyindən, vurulmuş mənəvi zərərin məbləği ağlabatan həcmdə götürülməli, həm, iddiaçının və həm də cavabdehin tələbə qarşı olan münasibəti nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin məbləğinin 4000 manat həddində olması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 40972 manat məbləğində maddi zərər və 4000 manat məbləğində mənəvi zərər cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 40972 manat məbləğində maddi zərər və 4000 manat məbləğində mənəvi zərər cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-465/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-465/2021
02.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver