Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-47/2023 28.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər X3 oğlunun və Zamin iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər X3 oğluna və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X3 oğluna və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 oğlundan və Zamin müştərək qaydada 6131 manat 49 qəpik məbləğində əsas bоrc və 2763 manat 20 qəpik faiz borcu оlmaqla, cəmi 8894 manat 69 qəpik borcun, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 100 manat məbləğində rüsumunun və əlavə olaraq məhkəməyə ödənilmiş 9 manat 35 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X3 oğlu arasında bağlanmış 28 dekabr 2019-cu il tariхli, 900842-142406/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Zamin arasında 28 dekabr 2019 il tariхli, 900842-142406/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 28 dekabr 2019-cu il tariхli, 900842-142406/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 19 avqust 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6131 manat 49 qəpik məbləğində əsas bоrcu və 2763 manat 20 qəpik faiz borcu оlmaqla, ümumilikdə 8894 manat 69 qəpik məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası Mediasiya haqqında qanunun 21.6-cı maddəsinə əsasən Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. İddiaçı “Expressbank “ASC tərəfindən mediasiya prosesinin tətbiqi barədə borclu X3 oğluna xx.xx.2022-ci il tarixdə təklif göndərilmişdir. İlkin mediasiya sessiyasında nümayəndə və cavabdeh iştirak etmişdir. Bununla əlaqədar olaraq ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2022ci il tarixli arayış tərtib edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunduqdan sonra heç bir ödəniş olunmamışdır. Eskpert rəyində cavabdehlərin əsas borcu azaldılmış, faiz borcu isə çoxaldılmışdır. Onlar ekspert rəyi ilə razı deyillər və məhkəmədən iddia ərizələrində göstərilən məbləğin təmin olunmasını xahiş edirlər. Müqavilənin şərtlərinə görə borc vaxtında ödənilmədiyi üçün faiz borcu 48 faizlə hesablanmışdır. Pandemiya dövründə isə vətəndaşlara cərimə məbləği hesablanmamışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X3 oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, kredit müqaviləsi bağlayaraq bankdan 8000 manat məbləğində kredit götürmüş və digər cavabdeh Zamin ona zamin durmuşdur. Çadır fəaliyyəti ilə məşğul olduğu üçün pandemiya dövründə işləyə bilməmiş və bu səbəbdən banka borcu qalmışdır. Borcunun azaldılmasını xahiş edir. Yenidən aylıq cədvəl üzrə borcunu ödəməyə hazırdır. Cavabdeh Zamin məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, X3 oğlu kredit götürərkən ona zamin olmuşdur. Borcu qəbul edir və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan X3 oğlu arasında bağlanmış 28 dekabr 2019-cu il tariхli, 900842-142406/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. Həmin müqavilənin 7.3-cü bəndindən görünür ki, bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 48 faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. Maliyyə arayışından görünür ki, X3 oğlunun 28 dekabr 2019-cu il tariхli, 900842- 142406/1 nömrəli kredit müqaviləsi üzrə banka 6131 manat 49 qəpik məbləğində əsas bоrc və 2763 manat 20 qəpik faiz borcu оlmaqla, cəmi 8894 manat 69 qəpik məbləğində bоrcunun olması göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 9/8665 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 28 dekabr 2019-cu il tariхli, 900842-142406/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq cavabdeh X3 oğlunun idddiaçı İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixə borcu əsas borc üzrə 5672 manat 37 qəpik, faiz borcu üzrə 3334 manat 13 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh X3 oğlu iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 28 dekabr 2019-cu il tariхli, 900842-142406/1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin kredit müqaviləsi üzrə X3 oğlunun İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 05 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi, cavabdeh X3 oğlu və Zamin ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərcini İddiaçı ASC ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərcini ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə və iddiaçı tərəfindən 9 manat 35 qəpik məbləğində dövlət rüsumun ödənilməsini nəzərə alaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 95 manat 01 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5672 manat 37 qəpik əsas borc, 2763 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 8435 manat 57 qəpik məbləğində borc, ödənilmiş 9 manat 35 qəpik dövlət rüsumu və 100 manat mediasiya xərci müştərək qaydada cavabdehlər X3 oğlundan və Zamin tutularaq İddiaçı ASC-yə ödənilməli, cavabdehlər X3 oğlundan və Zamin müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 9/8665 nömrəli nömrəli rəyinə əsasən X3 oğlunun kredit müqaviləsi üzrə əsas borcu 5672 manat 37 qəpik müəyyən olunduğundan, iddia tələbinin əsas borca dair qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5672 manat 37 qəpik əsas borc, 2763 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 8435 manat 57 qəpik məbləğində borc, ödənilmiş 9 manat 35 qəpik dövlət rüsumu və 100 manat mediasiya xərci müştərək qaydada cavabdehlər X3 oğlundan və Zamin tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər X3 oğlundan və Zamin müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ödənilməli olan 95 manat 01 qəpik məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-47/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-47/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver