Məhkəmə qərarları › İş №e-2-2(115)-47/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-47/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-47/2024 25.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh6 nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6nə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin, xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 51039,23 manat əsas borc, 2623,9 manat faiz borcu, 53,42 manat cərimə borcu olmaqla, cəmi 53716,55 manat kredit borcunun ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18646,43 manat əsas borc, 1092,84 manat faiz borcu, 38,72 manat cərimə borcu olmaqla, cəmi 19777,99 manat ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 36024,9 manat əsas borc, 1471,26 manat faiz borcu, 32,92 manat cərimə borcu olmaqla, cəmi 37529,08 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21 saylı baş kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 MMC-yə xx.xx.2021-ci il tarixli, 10- SME-1-1316-21 saylı baş kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 29 faizlə 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh6 MMC İddiaçı ASC-nin Gəncə filialından illik 16%-lə 36 ay müddətinə 150000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 11-ci bəndində qeyd olunan əlavə şərtlərə görə 150000 manat məbləğində kredit iki tranşla-birinci tranş 63000 manat xx.xx.2021-ci il tarixdə, ikinci tranş isə 87000 manat xx.xx.2021- ci il tarixdə verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh6 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən torpaq sahəsi, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzil xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh6 MMC İddiaçı ASC-nin Gəncə filialından illik 16%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2023-cü il iyulun 07-dək borcalan Cavabdeh6 MMC-nin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 36024,9 manat əsas borc, 1471,26 manat faiz borcu, 131,67 manat cərimə borcu olmaqla, cəmi 37627,83 manat borcu vardır. Cavabdeh6 MMC-nin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 131,67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 32.92 manat məbləğində tələb olunur. 2023-cü il iyulun 07-dək borcalan olan Cavabdeh6 MMC-nin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 51039,23 manat əsas borc, 2623,9 manat faiz borcu, 213,67 manat cərimə borcu olmaqla, cəmi 53876,8 manat borcu vardır. Cavabdeh6 MMC-nin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə banka ümumi cərimə borcu 213.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 53,42 manat məbləğində tələb olunur. 2023-cü il iyulun 07-dək borcalan olan Cavabdeh6 MMC-nin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18646,43 manat əsas borc, 1092,84 manat faiz borcu, 154,87 manat cərimə borcu olmaqla, cəmi 19894,14 manat borcu vardır. Cavabdeh6 MMC-nin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 154,87 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 38,72 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh6 MMC borcu ödəməkdən yayınmışdır. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin, xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 51039,23 manat əsas borc, 2623,9 manat faiz borcu, 53,42 manat cərimə borcu olmaqla, cəmi 53716,55 manat kredit borcunun ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18646,43 manat əsas borc, 1092,84 manat faiz borcu, 38,72 manat cərimə borcu olmaqla, cəmi 19777,99 manat ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 36024,9 manat əsas borc, 1471,26 manat faiz borcu, 32,92 manat cərimə borcu olmaqla, cəmi 37529,08 manat kredit borcunun, 603,07 manat ödənilmiş mediasiya xərcinin (dövlət rüsumunun), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixli 10-SME-1- 1316-21 saylı baş kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə 05 sentyabr 2024-cü il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli birinci tranşı üzrə 40417,50 manat əsas borc, 8194,77 manat faiz, 4414.42 manat cərimə borcu olmaqla, ümumilikdə 53026,69 manat kredit borcunun, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli 10- SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 51781,57 manat əsas borc, 12041,53 manat faiz, 6267,24 manat cərimə borcu olmaqla, ümumilikdə 70090,34 manat kredit borcunun, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18646,43 manat əsas borc, 4553,82 manat faiz, 3294,58 manat cərimə borcunun, bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 337,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26831,98 manat borcun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun, 90 manat xidmət haqqın ödənilməsi, xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21 saylı baş kredit müqaviləsinə bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3nın 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə sonuncu dəfə 25 sentyabr 2024-cü il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli birinci tranşı üzrə 40417,50 manat əsas borc, 8514,99 manat faiz, 4790,42 manat cərimə borcu olmaqla, ümumilikdə 53722,91 manat kredit borcunun, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 10-SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 51781,57 manat əsas borc, 12489,69 manat faiz, 6783,95 manat cərimə borcu olmaqla, ümumilikdə 71055.21 maant kredit borcunun, cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18646.43 manat əsas borc, 4719.57 manat faiz, 3501.78 manat cərimə borcunun, bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 389 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 27256,78 manat borcun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, ödənilmiş 193,47 manat məbləğində dövlət rüsumunun və 90 manat xidmət haqqın ödənilməsi, tutmanın Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3nın 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 10 may 2024-cü il tarixli 9/9700 saylı ekspertiza rəyinə əsasən xx.xx.2021-ci il tarixli 10-SME- 1-1316-21/1 saylı kreditin 1-ci və 2-ci tranşı üzrə əsas borc məbləği aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin 1-ci tranşı üzrə: əsas borc 40417.50 manat; xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin 2-ci tranşı üzrə: əsas borc 51781.57 manat; Bundan başqa xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh6MMC-nin xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin 1-ci və 2-ci tranşı üzrə faiz və cərimə borcu, həmçinin xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit müqavilsəsi üzrə borc məbləği aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli 10-SME-1-1316- 21/1 saylı kreditin 1-ci tranşı üzrə: faiz borcu 8514.99 manat, cərimə borcu 4790.42 manat; xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin xx.xx.2021-ci il tarixli 2-ci tranşı üzrə: faiz borcu 12489.69 manat, cərimə borcu 6783.95 manat; xx.xx.2022-ci il tarixli 10-SME-1- 1316-21/3 saylı kredit müqavilsəsi üzrə 18646.43 manat əsas borc, 4719.57 manat faiz borcu, 3501.78 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə dək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 389 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27256.78 manat; Odur ki, ekspertiza rəyinin yuxarıda qeyd etdiyi hissəsi ilə razılaşaraq xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışlarına əsaslanaraq iddia tələbini aşağıdakı kimi tələb edirik. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdehlər tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdehlər tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh6 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə iddiaçı olan kreditor təşkilat məhkəməyə iddia ərizəsi ünvanlayarkən faiz borcunun hesablanması hissəsində qanunvericiliyin tələblərinə əməl etməmiş, yəni faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023cü il tarixli qərarında sərgilənən mövqeyə zidd olaraq hesablama həyata keçirmişdir. Belə ki, sözügedən məhkəmə qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. İddiaçı kreditor təşkilatı tərəfindən isə onlara göndərilən 11 aprel 2023-cü il tarixli 22-10-227-23 saylı pretenziya-xəbərdarlıq məktubundan bəlli olur ki, onların iddiaçıya olan borcu həmin tarixə cəmi 109995,85 (əsas borc 108057,41 manat, faiz borcu 898,4 manat, gecikdirilmiş ödəniş məbləği ümumilikdə 993,63 manat, dəbbə borcu isə 46,41 manat) təşkil edir. İddiaçı həmin məktubda qeyd edilən məbləğ nisbətində onlar məhkəməyə verməli olduğu təqdirdə, əksinə olaraq faiz və dəbbə pulu hesablamış, yəni məhkəməyə verərkən kredit müqaviləsinin faiz dərəcəsinə uyğun olaraq faiz məbləği çıxarmışdır. Buda azmış kimi məhkəmənin gedişatında iddia tələbinin artırılması barədə ərizə verərək iddianın həçmini artırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişlər. Vətəndaşın kredit ödənişlərində problem yaranarkən onlar son edilən ödənişləri əsas məbləğdən silirlər, lakin ekspert hesablama apararkən silinmələri ödəniş qrafikinə uyğun hesablamışdır, buna görə də fərq yaranmışdır. Ona görə də əsas borc məbləğlərini dəqiqləşdirmişlər. Sistem bügünki tarixə kimi avtomatik olaraq faiz hesabladığı üçün faiz borcunu artırmışlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh tərəf ipotekaya üç əmlak qoymuşdur. Qarşı tərəfin biznesində yaranan problemlərlə bağlı borcunu ödəməyi mümkün olmamışdır. Hazırda cavabdehin qeyd olunan əmlakların satılaraq borcun ödənilməsi ilə bağlı fikiri yoxdur. Borcu ödəmək istəyir. İşin məhkəmədə olduğu vaxt ərzində də cavabdeh tərəfindən ödənişlər edilmişdir. İddia tələbinin həcminin artırılması yolverilməzdir. Belə ki, qarşı tərəf ancaq 5 faizlə bağlı hissədə tələb olunan məbləğin artırılmasını tələb edə bilərdi. Cavabdehə xəbərdarlıq göndərilən andan müqavilə üzrə faiz borcunun hesablanması yolverilməzdir. Odur ki, təqdim edilən ərizənin heç bir əsası yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli 10-SME-1-1316-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona faiz dərəcəsi 29 faiz olmaqla, 120 ay müddətinə 300000 manat məbləğində kredit xəti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin verilməsinə dair razılaşmadan görünür ki, ona dövriyyə vəsaitin artırılması məqsədilə faiz dərəcəsi 16 faiz olmaqla, 36 ay müddətinə 150000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin müqavinənin əlavə şərtlər hissəsində qeyd edilmişdir ki, 150000 manat məbləğindəki kredit iki tranşla, birinci tranş üzrə 63000 manat məbləğində, ikinci tranş üzrə isə 870000 manat məbləğində verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, ona dövriyyə vəsaitin artırılması məqsədilə faiz dərəcəsi 16 faiz olmaqla, 24 ay müddətinə 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh6 MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 18646,43 manat əsas, 4719,57 manat faiz borcu, 3501,78 manat cərimə borcu və illik 5% hesablanmış 389 manat faiz borcu olmaqla, 27256,78 manat, 05 oktyabr 2021-ci il tarixli 10- SME-1-1316-21/1 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş ikinci tranş üzrə xx.xx.2024-cü il tarixə 50416,33 manat əsas, 12489,69 manat faiz, 6783,95 manat cərimə borcu olmaqla, cəmi 69689,97 manat, 05 oktyabr 2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş birinci tranş üzrə 36024,90 manat əsas borc, 8514,99 manat faiz borcu, 4790,42 manat cərimə borcu olmaqla, cəmi 49330,31 manat borcu var. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z/09234/21, Z/09226/21, Z/09228/21, Z/09227/21 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli DA/00787/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 MMC kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünün mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 18000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli DA/00788/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 MMC kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 36000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli DA/00789/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 MMC kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 42000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi 153.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (1/3) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsinin likvid dəyəri 11600 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilin likvid dəyəri 88900 manat, Cavabdeh1 1/3 hissə, Cavabdeh3 1/3 hissə, Cavabdeh7 1/3 hissə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsinin və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 50400 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit müqaviləsinin 1-ci tranşı, 05 oktyabr 2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit müqaviləsinin 2-ci tranşı və 25 aprel 2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh6 MMC-nin İddiaçı ASC-nə sualda qeyd edilən tarixə olan borcu xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin 1-ci tranşı üzrə 40417,50 manat əsas borcu, 431,12 manat faiz borcu, xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kreditin 2-ci tranşı üzrə 51781,57 manat əsas borcu, 414,25 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 kredit müqaviləsi üzrə 17691,41 manat əsas borcu, 974,99 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında 05 oktyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona faiz dərəcəsi 29% olmaqla, 120 ay müddətinə 300000 manat məbləğində kredit xəti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında 05 oktyabr 2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitin artırılması məqsədilə faiz dərəcəsi 16 faiz olmaqla, 36 ay müddətinə 150000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin müqavilənin əlavə şərtlər hissəsində qeyd edilmişdir ki, 150000 manat məbləğindəki kredit iki tranşla birinci tranş üzrə 63000 manat məbləğində, ikinci tranş üzrə isə 870000 manat məbləğində verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında 25 aprel 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitin artırılması məqsədilə faiz dərəcəsi 16 faiz olmaqla, 24 ay müddətinə 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh6 MMC mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzil, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və yüklülük qeydiyyata alınmışdır. İddiaçı kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. İddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 18646,43 əsas borcunun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə isə xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borcun ******* manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, iddiaçı əvvəlcə iddia tələbində xx.xx.2021-ci il tarixli, 10- SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin birinci tranşı üzrə 36024,90 manat əsas, ikinci tranşı üzrə 51039,23 manat əsas borcun tutulmasını xahiş etmişdir. Ekspertiza rəyi ilə birinci tranş üzrə əsas borcun 40417,50 manat, ikinci tranş üzrə əsas borcun 51781,57 manat olması müəyyən edilmişdir. İddiaçı ekspertiza rəyini əsas götürərək hər iki tranş üzrə əsas borc məbləğini artırmış, birinci tranş üzrə əsas borc olaraq 40417,50 manat, ikinci tranş üzrə əsas borc olaraq 51781,57 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, birinci tranşı üzrə əsas borc olaraq 40417,50 manat, ikinci tranş üzrə əsas borc olaraq 51781,57 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixli, 10-SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin xx.xx.2021-ci il tarixli birinci tranşı üzrə 8514.99 manat faiz, xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə 12489,69 manat faiz, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4719,57 manat faiz borcunun tutulmasını tələb etmişdir. Ekspertiza rəyi ilə xx.xx.2021-ci il tarixli 10-SME-1-1316- 21/1 saylı kreditin birinci tranşı üzrə faiz borcunun 431,12 manat, ikinci tranşı üzrə faiz borcunun 414,25 manat, xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 kredit müqaviləsi üzrə faiz borcunun 974,99 manat olması müəyyən olunmuşdur. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin birinci və ikinci tranşı və xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə, yəni hər üç kredit verilməsinə dair razılaşma üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda kredit razılaşmalarına əsasən ümumilikdə faiz borcunun 898,40 manat təşkil etməsi qeyd edilmişdir ki, həmin məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borca xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş 5 ay üçün 5%-lə hesablanmış 389 manat əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə əsas borcun illik 5%-i deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş əsas borc olaraq 17691,41 manatın illik 5%-i olaraq 368,57 manat əldən çıxmış fayda tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli, 10-SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin birinci tranşı üzrə 4790,42 manat, ikinci tranşı üzrə 6783,95 manat, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 3501,78 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq, xx.xx.2021-ci il tarixli, 10- SME-1-1316-21/1 kredit müqaviləsinin 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 min manat məbləğin birinci tranşı üzrə 700 manat, ikinci tranşı üzrə 1000 manat, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh6 MMC kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh6 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli birinci tranşı üzrə yaranmış 40417 manat 50 qəpik əsas krеdit bоrcu və 700 manat cərimə borcu olmaqla cəmi 41117 manat 50 qəpik borc, xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə yaranmış 51781 manat 57 qəpik əsas krеdit bоrcu və 1000 manat cərimə borcu olmaqla cəmi 52781 manat 57 qəpik borc, xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 17691 manat 41 qəpik əsas krеdit bоrcu, 200 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 368 manat 57 qəpik əldən çıxmış fayda olmaqla cəmi 18259 manat 98 qəpik borc, xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin birinci, ikinci tranşı üzrə və xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə 898 manat 40 qəpik faiz borcu olmaqla cəmi 113057 manat 45 qəpik borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetləri olan torpaq sahəsinə, mənzilə və fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi, mənzil və fərdi yaşayış evi açıq hərracdan satılmalı, Cavabdeh6 MMC-nin mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinin ilkin satış qiyməti 11600 manat həddində müəyyən edilməli, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilin ilkin satış qiyməti 88900 manat həddində müəyyən edilməli, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3nın 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50400 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin torpaq sahəsi, mənzil və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh6 MMC-yə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu və 90 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 193,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 45 manat dövlət rüsumu, 90 manat xidmət haqqı, 400 manat mediasiya xərci və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 3,06 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun bir hissəsini ödəməkdən azad edilmiş, ona görə də 438 manat 98 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa kompleks məhkəmə-tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli birinci tranşı üzrə yaranmış 40417 manat 50 qəpik əsas krеdit bоrcu və 700 manat cərimə borcu olmaqla cəmi 41117 manat 50 qəpik borc, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli ikinci tranşı üzrə yaranmış 51781 manat 57 qəpik əsas krеdit bоrcu və 1000 manat cərimə borcu olmaqla cəmi 52781 manat 57 qəpik borc, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 17691 manat 41 qəpik əsas krеdit bоrcu, 200 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 368 manat 57 qəpik əldən çıxmış fayda olmaqla cəmi 18259 manat 98 qəpik borc, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-SME-1-1316-21/1 saylı kredit verilməsinə dair razılaşmanın 11-ci bəndində göstərilən əlavə şərt üzrə 150000 manat məbləğin xx.xx.2021-ci il tarixli birinci, ikinci tranşı üzrə və Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-SME-1-1316-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə 898 manat 40 qəpik faiz borcu olmaqla cəmi 113057 (bir yüz on üç min əlli yeddi) manat 45 (qırx beş) qəpik borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 90 (doxsan) manat xidmət haqqı, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 03 (üç) manat 06 (altı) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh6ndən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh6 mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilə, Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi, mənzil və fərdi yaşayış evi açıq hərracdan satılsın. Cavabdeh6 mülkiyyətində olan ünvan 3ində yerləşən torpaq sahəsinin ilkin satış qiyməti 11600 (on bir min altı yüz) manat həddində müəyyən edilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 79 kv.m ümumi, 52.1 kv.m yaşayış, 26.9 kv.m yardımçı sahədən ibarət mənzilin ilkin satış qiyməti 88900 (səksən səkkiz min doqquz yüz) manat həddində müəyyən edilsin. Cavabdeh1 1/3 hissəsi, Cavabdeh3nın 1/3 hissəsi, Cavabdeh7 1/3 hissəsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0376 ha sahədən ibarət torpaq sahəsi və onun üzərindəki 3 otaqlı, 153.5 kv.m ümumi, 113.4 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50400 (əlli min dörd yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin torpaq sahəsi, mənzil və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh6ndən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh6nə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 qaytarılsın. İş üzrə kompleks məhkəmə-tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh6ndən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada 438 (dörd yüz otuz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar