Məhkəmə qərarları › İş №e-2-2(115)-471/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-471/2020

15.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-471/2020 15.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, cavabdeh “X4” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X4” Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq 5144,40 manatborcun iddiaçının abune hesabından silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “X4” Törəmə Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx.xx.2013-cü il tarixdə cavabdehlə su təchizatı və kanalizasiya xidmətlərinə dair 800560 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanına dövlət standartlarına uyğun lazimi miqdarda, tərkib və keyfiyyətinə görə məişət-içməli və istehsalat məqsədli suyun verilməsi, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılmasını öhdəliyinə götürmüşdür. Müqaviləyə əsasən su sayğac göstəricisinə uyğun məbləğdə ödənilməli idi, bu əsasa görə xx.xx.2013-cü il tarixdə obyektə sayğac qoyulmuş, suyun verilməsi isə avqust 2013-cü il tarixdən dayandırılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun cavabdehə borcu olmamışdır. Sonuncu dəfə 300 manat ödəməklə həm mövcud borcunu ödəmiş, həm də hesabına əlavə pul köçürmüşdür. 5144.40 manat borc əsassızdır. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “X4” Törəmə Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında su təchizatı və kanalzasiya xidmətlərinə dair müqavilə bağlanmış və onun tərəfindən müqavilə öhtəlikləri yerinə yetirilmədiyindən sudan istifadəyə görə 238,23 manat və çirkab suyun axıdılmasına görə isə 4906,17 manat ümumilikdə 5144,40 manat borcu yaranmışdır. Odur ki iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan “su təchizatı və kanalizasiya xidmətlərinə dair” xx xxxx 2013-cü il tarixli, 800560 nömrəli müqavilənin surətindən görünür ki, 2X4” TSC ilə İddiaçı arasında su ilə təmin edilmə və tullantı sularının axıdılması ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi ünvanda su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazı (sayğac) göstəricilərinə görə müəyyən olunmuşdur. xx xxxx 2013-cü il tarixli su sayğacının qəbulu aktının surətindən görünür ki, “xxxxxxxxxx” MMC-nin ünvanına su sayğacı quraşdırılmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, işin hallarından göründüyü kimi tərəflər arasında su təchizatı və kanalizasiya xidmətləri barədə xx xxxx 2013-cü il tarixli, 800560 nömrəli müqavilə bağlanmış və həmin tarixdə sayğac quraşdırılmışdır. Abonent haqda məlumatdan göründüyü kimi sudan istifadə edənin 2013-cü ilin iyul ayı üzrə 111.80 manat, avqust ayı üzrə 70.20 manat borcu olmuşdur. Bu isə 182 manat təşkil edir. xx.xx.2013-cü il tarixə isə 123.50 manat qalıq borc yazılmışdır. borcu olmuşdur. Nəticə olaraq 01.01. 2014-cü ilə içməli suya görə 235 manat, çirkab suya görə 70.50 manat, ümumilikdə 305.50 manat borc yazılmışdır. xx.xx.3013-cü ilə qədər yazılan 123.50 manat borc müqavilədən və sayğacın quraşdırılmasından əvvəlki dövrə aiddir və hansı əsasla aparılması göstərilməmişdir. Halbuki, borcun yaranması üçün müqavilə ya icra edilməmiş, ya da ki, natamam icra edilmiş olmalıdır. Öhdəlik münasibətlərinin məzmununa əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Öhdəlik münasibətlərinin məzmunun nədən ibarət olması isə müqavilədə öz əksini tapmalıdır. İcra ilə bağlı tələbin qanuni əsası müqavilənin hüquq və öhdəlik yaradan müddəalarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə qaydalarının” 1.9-cu bəndinə əsasən STKM-in və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən suyun keyfiyyəti (tərkibi və təchizatın etibarlılığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər müqavilədə göstərilir. “X4” Törəmə Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, borcu ödəmədiyinə görə İddiaçı məxsus obyektə suyun verilməsi dayandırılmışdır. 2019-cu ilin iyul ayında istifadəçi 300 manat ödəniş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2- 2(115)-471/2020 nömrəli qərardadı ilə iddianın təmin tədbiri qaydasında obyektə suyun verilməsi bərpa edilmişdir. Göründüyü kimi 2013-cü ilin avqust ayından 2020-ci ilin iyun ayına qədər iddiaçıya məxsus obyektin su təminatı olmamışdır. Buna baxmayaraq cavabdeh təşkilat 2019-cu ilə qədər təmiz suya görə 238.23 manat . çirkab suya görə isə 4906.17 manat, cəmi 5144.40 manat borc hesablamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının 2013cü ilin avqust ayına hər iki cür suya görə 182 manat borcu olmuşdur. 2019-cu ilin iyul ayında isə istifadəçi 300 manat ödəniş etmişdir. 2013-cü ilin avqust ayından etibarən obyektə su verilməmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə obyektə təmiz su verilməlidir ki, həmin su işləndikdən sonra çirkab suya çevrilə bilsin.Təmiz suyun verilişinin olmadığı vaxtlarda çirkab suyun hansı mənbədən yaranması barədə sübutlar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə 5144.40 manat borcu əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, Q ə t e t d i: Cavabdeh “X4” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 5144,40 (beş min yüz qırx dörd manat qırx qəpik) borc İddiaçı abonenet hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar