Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-48/2023 26.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 74978 manat əsas borcun, mediasiya prosesi üçün ödənilmiş 200 manatın və dövlət rüsumu olaraq ödənilmiş 310 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan 05 iyul 2020-ci il tarixli 02/2020 nömrəli müqavilə və ona 1 saylı əlavəyə əsasən İddiaçı MMC tərəfindən CavabdehMMC-yə mühasibatlıq və vergi uçotunun aparılması, müvafiq hesabatların tərtib edilməsi və dövlət orqanlarına təqdim edilməsi, digər maliyyə təsərrüfat işinə aid məsələlərin həll edilməsinə dair xidmətlər göstərilmişdir. Cavabdeh MMC göstərilən xidmətə görə 11200 manat məbləğində xidmət haqqının və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 2019-cu il üçün əvvəlki hesabat dövründə səhvən təqdim edilmiş X2 dəqiqləşdirilərək yenidən təqdim olunması nəticəsində azaldılmış hər məbləğ üçün 10% məbləğində vəsaiti nağd və ya köçürmə yolu ilə ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir ki, bununda nəticəsində İddiaçı MMC-yə maddi zərər dəymişdir. Tərəflər arasında bağlanmış müqavilə və ona 1 saylı əlavəyə əsasən cavabdehin əsas borcu 74978 manat təşkil edir. Belə ki, 05 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 11200 manat, həmin müqaviləyə 1 saylı əlavəyə əsasən isə 2019-cu il üçün əvvəlki hesabat dövründə səhvən təqdim edilmiş X2 dəqiqləşdirilərək yenidən təqdim olunması nəticəsində azaldılmış 637786 manatın 10% məbləği 63778 manat, ümumilikdə əsas borc 74978 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasda üzürlü səbəblərə görə iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təyin edilməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" Təmir-Tikinti MMC arasında bağlanmış “Mühasibat xidmətlərinin göstərilməsi haqqında” 05 avqust 2020-ci il tarixli 02/2020 saylı müqavilədən görünür ki, icraçı sifarişçinin tapşırığı ilə bu müqavilədə göstərilən şərtlər daxilində, sifarişçinin təqdim etdiyi ilkin sənədlər əsasında mühasibatlıq və vergi uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtı-vaxtında dövlət orqanlarına təqdim edilməsini, həmçinin digər maliyyə-təsərrüfat işinə aid məsələlərin həll edilməsini, sifarişçi isə həmin xidmətləri qəbul etməyi və xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə göstərilən xidmətlərə görə icraçıya birinci ay üçün 1200 manat, növbəti aylar üçün isə 1500 manat xidmət haqqının ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" Təmir-Tikinti MMC arasında bağlanmış “Mühasibat xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli 02/2020 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, 2019-cu il üçün əvvəlki hesabat dövründə səhvən təqdim edilmiş X2 dəqiqləşdirilərək yenidən təqdim olunması nəticəsində azaldılmış hər məbləğ üçün 10% məbləğində vəsait sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə şəklində ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 377844 nömrəli qaiməyə əsasən 1200 manat, xx.xx.2020-ci il tarixli 886287 nömrəli qaiməyə əsasən 1500 manat, xx.xx.2020-ci il tarixli 886571 nömrəli qaiməyə əsasən 2500 manat, xx.xx.2020-ci il tarixli 886486 nömrəli qaiməyə əsasən 1500 manat, xx.xx.2020-ci il tarixli 376545 nömrəli qaiməyə əsasən isə 4500 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimələr "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2023-cü il tarixli 9/8380 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinə kameral qaydada 681328,15 manat məbləğində azalma verilmişdir. Həmin azaldılmış məbləğin 10%-i 68132,82 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" Təmir-Tikinti MMC arasında 05 avqust 2020-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə müqavilədə göstərilən şərtlər daxilində, sifarişçinin təqdim etdiyi ilkin sənədlər əsasında mühasibatlıq və vergi uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtıvaxtında dövlət orqanlarına təqdim edilməsini, həmçinin digər maliyyə-təsərrüfat işinə aid məsələlərin həll edilməsini, sifarişçi isə həmin xidmətləri qəbul etməyi və xidmət haqqını ödəməyi öhdəsinə götürmüş, müqavilədə göstərilən xidmətlərə görə icraçıya birinci ay üçün 1200 manat, növbəti aylar üçün isə 1500 manat xidmət haqqının ödənilməsi müəyyən olunmuşdur. Həmçinin müqaviləyə 1 saylı əlavə imzalanmış, 2019-cu il üçün əvvəlki hesabat dövründə səhvən təqdim edilmiş X2 dəqiqləşdirilərək yenidən təqdim olunması nəticəsində azaldılmış hər məbləğ üçün 10% məbləğində vəsait sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə şəklində ödənilməsi ilə bağlı razılaşmışlar. İddia tələbində qeyd edilən birinci məsələ müqavilə üzrə göstərilən xidmətlərin haqqının, yəni 11200 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilməməsi və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə bildirir ki, tərəflər arasında müqavilə 05 avqust 2020-ci il tarixdə bağlanılmış və iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrə əsasən həmin tarixdən 2020-ci ilin dekabr ayı daxil olmaqla xidmət göstərilmişdir. Müqaviləyə əsasən icraçıya birinci ay üçün 1200 manat, növbəti aylar üçün isə 1500 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Yəni 2020-ci ilin avqust ayı üçün 1200 manat, növbəti sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün 1500 manat olmaqla, ümumilikdə 7200 manat məbləğin sifarişçi tərəfindən icraçıya ödənilməli olması iş materialları ilə təsdiq olunur. Ona görə də müqaviləyə əsasən icraçı tərəfindən göstərilən xidmətlərə görə 7200 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı həmin xidmət haqqının 11200 manat olmasını göstərsə də, yuxarıda qeyd edilən (2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları) müddətdən artıq sifarişçiyə xidmət göstərməsi, habelə aylıq xidmət haqqının müqavilədə göstərilən məbləğdən artıq olması ilə bağlı tərəflər arasında hər hansı bir razılaşma olması iş materialları ilə təsdiqini tapmır. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddia tələbində qeyd edilən ikinci məsələ ondan ibarətdir ki, tərəflər arasında müqaviləyə 1 saylı əlavə bağlanılmış, 2019-cu il üçün əvvəlki hesabat dövründə səhvən təqdim edilmiş X2 dəqiqləşdirilərək yenidən təqdim olunması nəticəsində azaldılmış hər məbləğ üçün 10% məbləğində vəsait sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə şəklində ödənilməsi ilə bağlı razılaşmışlar və tərəflərindən həmin xidmət göstərilmiş, lakin cavabdeh azaldılmış 637786 manatın 10% məbləği olan 63778 manatı onlara ödəməmişdir. Ona görə də 63778 manatın da cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən vergi orqanına təqdim olunmuş sənədlər və iş materialları əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2023-cü il tarixli rəyinə əsasən "xxxx" MMC ilə "xxxx" Təmir-Tikinti MMC arasında bağlanmış 05 avqust 2020-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən 2019-cu il üzrə hesablanmış mənfəət vergisinə kameral qaydada 681328,15 manat məbləğində azalma verildiyi, həmin azaldılmış məbləğin 10%-i isə 68132,82 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspertiza rəyindən azaldılmış məbləğin 10%-i isə 68132,82 manat təşkil etməsi müəyyən edilsə də, iddia tələbində həmin məbləğdən az, yəni 63778 manat tələb edildiyindən iddia tələbi həmin hissədə təmin edilməli və 63778 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə və ona 1 saylı əlavə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 05 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 7200 manat, həmin müqaviləyə 1 saylı əlavəyə əsasən 63778 manat olmaqla, cəmi 70978 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 310 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 310 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Təmir-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Mühasibat xidmətlərinin göstərilməsi haqqında” 05 avqust 2020-ci il tarixli 02/2020 saylı müqaviləyə əsasən 7200 manat, həmin müqaviləyə 1 saylı əlavəyə əsasən 63778 manat olmaqla, cəmi 70978 (yetmiş min doqquz yüz yetmiş səkkiz) manat əsas borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 310 (üç yüz on) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı “NH Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-48/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-48/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver