Məhkəmə qərarları › İş №e-2-2(115)-48/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-48/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-48/2025 19.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli 08K saylı Kredit müqaviləsi üzrə 9638.47 manat əsas borc, 164.66 manat faiz borcu və 296.40 cərimə borcunun, cəmi 10099.53 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 102 manat dövlət rüsumu və xidmət haqqının, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120.30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinin ilkin satış qiymətlərini (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən, həmçinin Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh və X4 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və fərdi yaşayış evininin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08K saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 7 faiz olmaqla 36 ay müddətinə 100 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit öhdəliyinin təminatı olaraq X7 ilə "xxxx" ASC arasında bağlanılmış 08/1İ №-li xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus (xx.xx.2010-cu il tarixli **********59-10301 reyestr nömrəli, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Bərdə rayonu, Qaradəmirçi kəndində xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və yüklülük xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış 08/2İ №li xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus (xx.xx.2018ci il tarixli **********66 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Bərdə rayonu, Qaradəmirçi kəndində xüsusi mülkiyyətində olan 7.27 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və yüklülük xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Kredit müqaviləsinin lazımınca icra edilməsi üçün Bank ilə X7 arasında 08Z №li xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin borcalanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə görə Borcalanla birlikdə məsuliyyət daşıyır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 666/2024 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və mərhumun vərəsəsi kimi X9 və Cavabdeh müəyyən olunmuş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bankın Yevlax filialı tərəfindən təqdim edilmiş 29 may 2024-cü il tarixli maliyyə arayışlarına əsasən, həmin tarixə cavabdehlərin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu 9638.47 manat, faiz borcu 164.66 manat, cərimə borcu üzrə 296.40 manat olmaqla, cəmi 10099.53 manat təşkil edir. Cavabdehlər kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə, Bankın, mövcud borcu tələb etmək hüququ yaranmış, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh və X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli 08K saylı Kredit müqaviləsi üzrə 5516.85 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmaqla 149,42 manat faiz borcu olmaqla, cəmi 5666.27 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 102 manat dövlət rüsumu və xidmət haqqının, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120.30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinin ilkin satış qiymətlərini (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən, həmçinin Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh və X4 ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilməklə çıxarılması və fərdi yaşayış evininin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və X2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli 08K saylı Kredit müqaviləsi üzrə 5516.85 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmaqla 424.49 manat faiz və 594.29 manat cərimə borcu olmaqla, cəmi 6535.63 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 102 manat dövlət rüsumu və xidmət haqqının, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120.30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinin ilkin satış qiymətlərini (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən, həmçinin Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilməklə çıxarılması və fərdi yaşayış evininin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 fevral 2026-cı il tarixli e-2-2(115)-48/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh olan xx.xx.1949-cu il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə öldüyündən iddia tələbinin borcun cavabdeh X2 tutulması hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-48/2025 nömrəli 19 fevral 2026-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia tələbinin ipotekaya qoyulmuş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən, həmçinin Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması və fərdi yaşayış evininin boşaldılması hissəsinə xitam verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, borcla razı deyildir. Kənd təsərrüfatının inkişafı məqsədilə kredit götürmüşdür. Daha sonra problemləri olmuşdur. Buna görə də, dəfələrlə ABB-nin nümayəndələri ilə danışmışdır, vaxt verilməsini istəmişdir. Əlavə ödənişlər tələb edirlər. İddia tələbindəki borc çox hesablanıb. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, maliyyə arayışı, ipoteka müqavilələləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08K saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 7 faiz olmaqla 36 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 5516.85 manat əsas borcun tutulmasını tələb etsə də məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə iddiaçı ümumi olaraq kredit müqaviləsi üzrə 9638,47 manat əsas borcun olduğunu göstərmiş və borcun ödənilməsini tələb etmişdir. Bildirişdə hesablanmış faiz və cərimə borcunun məbləği göstərilməmişdir. Eyni zamanda iddiaçı 5 gün ərzində öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə borcun tutulması məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında da açıq şəkildə qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır. Buna görə də, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir. Göründüyü kimi, iddiaçı qalıq əsas borcun və faiz borcu, o cümlədən dəbbə borcunun tələbi ilə cavabdehlərə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2024-cü il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2024-cü il tarixdə tarixdə ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2024-cü il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 4800 manat ödəniş edilmişdir. Yuxarıda qeyd edilmiş hallara əsasən, (Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixdən sonra müqavilə üzrə faiz hesablanmasına əsas olmadığından, həmin ödənişlər yalnız əsas borcdan çıxılmalı idi. Belə olan halda cavabdehin iddiaçının qarşısında yuxarıda sadalanan kredit müqavilələri üzrə xx.xx.2023-cü il tarixədək yaranmış faiz borcu əsas götürülməli, həmin tarixdən sonrakı dövr üzrə yalnız faktiki ödənişlər nəzərə alınmaqla dəqiq əsas borc məbləği müəyyən edilməlidir. Cavabdeh tərəfindən ödənilmiş 4800 manat məbləğində pul vəsaitinin bir hissəsi iddiaçı tərəfindən faiz və cərimə borcundan silinərək, yalnış nəticəyə gəlinmişdir. xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən edilmiş 4800 manat ödəniş əsas borcdan silinməlidir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə əsas borcun məbləği 9638.47 manat olduğundan həmin tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş 4800 manat pul məbləği əsas borc məbləğindən çıxılmalıdır. Hesablama ilə müəyyən edilmişdir ki, 9638,47 (əsas borc) − 4800 (ödənişlər) = 4838,47 manat (qalıq əsas borc) olmuşdur. Belə olduğu halda 4838,47 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 594.29 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 250 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 424.49 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 424.49 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kredit öhdəliyinin təminatı olaraq X7 ilə "xxxx" ASC arasında bağlanılmış 08/1İ №-li xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus (xx.xx.2010-cu il tarixli **********59-10301 reyestr nömrəli, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Bərdə rayonu, Qaradəmirçi kəndində xüsusi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İpoteka ilə yüklü edilmiş və yüklülük xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış 08/2İ №-li xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus (xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Bərdə rayonu, Qaradəmirçi kəndində xüsusi mülkiyyətində olan 7.27 ha torpaq sahəsi İpoteka ilə yüklü edilmiş və yüklülük xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 46000 manat, likvid dəyəri 41400 manat təşkil edir. Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinin bazar dəyəri 128000 manat, likvid dəyəri 115200 manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 41400 manat, torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 115200 manat həddində müəyyən edilməlidir. Məhkəmə tələbinin ipotekaya qoyulmuş Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən, həmçinin Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, həmin tələbi irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Həmin hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetlərinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, 120.30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh 200 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 08K saylı kredit müqaviləsi üzrə 4838,47 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmaqla 424.49 manat faiz və 250 manat cərimə borcu olmaqla, cəmi 5512,96 manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 102 manat dövlət rüsumu və xidmət haqqı, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120.30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Bərdə rayonu, Qaradəmirçi kəndində olan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 150.5 kv.m. ümumi, 59 kv.m. yaşayış, 91.5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 7.27 ha torpaq sahəsinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 41400 manat, torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 115200 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 200 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar