Məhkəmə qərarları › İş №e-2-2(115)-49/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-49/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-49/2021 13.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının nümayəndəsi X15 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının cavabdehlər Vahid və Ortaqları tam ortaqlı “Nuranə” Kredit ittifaqına, X8, X9, X3, X4, X5, X22, X19, X11, X16 qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatı cavabdehlər Vahid və Ortaqları tam ortaqlı “Nuranə” Kredit ittifaqına, X8, X9, X3, X4, X5, X22, X19, X11, X16 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqından xx.xx.2018-ci il tarixli, 4 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci tarixl, 4 nömrəli əlavəsinə və xx.xx.2011-ci il tarixli, 24 nömrəlikredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 100 000 manat məbləğində kredit üzrə 58 842 manat əsas borc, 4618,21 manat faiz borcu, 3434,45 manat cərimə borcu, cəmi 63 894,66 manat, xx.xx.2010-cu il tarixli, 17 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə, xx.xx.2011-ci il tarixli, 22 nömrəli, xx.xx.2011-ci il tarixli, 23 nömrəli, xx.xx.2012-ci il tarixli, 26 nömrəli kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 150 000 manat məbləğində kredit üzrə 55 628,81 manat əsas borc, 1850,19 manat faiz borcu, cəmi 57 479 manat, ümumilikdə 185 268,32 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə tutulması, Tutmanın verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 19 481,47 manat əsas borcu, 1529 manatfaiz borcu, 137,08 manat cərimə borcu, cəmi 21 147,56 manatı ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X8 məxsus girov əmlakına, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 17 493,57 manat əsas borcu, 1372,98 manat faiz borcu, 21,05 manat cərimə borcu, cəmi 18 887,60 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X9 məxsus girov əmlaklarına, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 21 866,96 manat əsas borc, 1716,23 manat faiz borcu, 276,32 manat cərimə, cəmi 23 859,50 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X3 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6022,39 manat əsas borc, 200,30 manat faiz borcu, cəmi 6222,69 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X4 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 4516,79 manat əsas borc, 150,23 manat faiz borcu, cəmi 4667,02 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X5 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 12 044,78 manat əsas borc, 400,60 manat faiz borcu, cəmi 12 445,38 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X22 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 7199,77 manat əsas borc, 239,46 manat faiz borcu, cəmi 7439,23 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X19 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 18 970,53 manat əsas borc, 630,95 manat faiz borcu, cəmi 19 601,48 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X11 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6874,56 manat əsas borc, 228,64 manat faiz borcu, cəmi 7103,20 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X16 məxsus girov əmlakına yönəldilməsi, ipoteka əmlakları açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatına olan borc ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılması, Bərdə rayonu, Piyadalar kəndində yaşamış X17 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən varisi X1 məxsus olan Bərdə rayonu, Piyadalar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 87.3 kv.metr yaşayış, 32.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Piyadalar kəndində yaşayan X18 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2006-cı il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60,5 kv.metr yaşayış, 63,4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Köbər kəndində yaşayan X10 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2008-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Kübər kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,4 kv.metr yaşayış, 26,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X12 ilə bağlanmış xx.xx.2010-ci il tarixli, 17/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2010-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,30 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 69 kv.metr yaşayış, 63 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X13 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 22/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2007-ci il tarixli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, 2-ci Qaradəmirçi kəndində 0,44 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,8 kv.metr yaşayış, 16 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X29 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/2 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89,7 kv.metr yaşayış, 21,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X25 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2008-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,36 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82 kv.metr yaşayış, 62 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X20 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 94 kv.metr yaşayış, 59,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan X23 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/2 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.metr yaşayış, 69,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqından xx.xx.2008-ci il tarixli, 4 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci tarixli, 4 nömrəli əlavəsinə və xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə 100 000 manat məbləğində, xx.xx.2010-cu il tarixli, 17 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə, xx.xx.2011-ci il tarixli, 22 nömrəli, xx.xx.2011-ci il tarixli, 23 nömrəli, xx.xx.2012-ci il tarixli, 26 nömrəli kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 150 000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi Bərdə rayonu, Piyadalar kəndində yaşamış X17 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən varisi X1 məxsus olan Bərdə rayonu, Piyadalar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 87.3 kv.metr yaşayış, 32.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Piyadalar kəndində yaşayan X18 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən xx.xx.2006-cı il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60,5 kv.metr yaşayış, 63,4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Köbər kəndində yaşayan X10 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən xx.xx.2008-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Kübər kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,4 kv.metr yaşayış, 26,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Mehdili kəndində yaşayan X12 ilə bağlanmış xx.xx.2010-ci il tarixli, 17/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə əsasən xx.xx.2010-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,30 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 69 kv.metr yaşayış, 63 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X13 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 22/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2007-ci il tarixli əlavəsinə əsasən xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, 2-ci Qaradəmirçi kəndində 0,44 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,8 kv.metr yaşayış, 16 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X29 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/2 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89,7 kv.metr yaşayış, 21,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Mehdili kəndində yaşayan X25 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/3 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,36 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82 kv.metr yaşayış, 62 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Mehdili kəndində yaşayan X20 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/1 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 94 kv.metr yaşayış, 59,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan X23 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/2 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.metr yaşayış, 69,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçının nümayəndəsi X26 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx xxxx 2012-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında kredit münasibətləri yaranmışdır. xx xxxx 2012-ci il tarixli, 26/2 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X16 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2011-ci il tarixli, 22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit verən “xxxx” MMC borcalan “Nuranə” Kredit ittifaqına öz üzvlərinisahibkarlıq fəaliyyətinə yönəltmək məqsədi ilə 36 ay müddətinə, illik 8 faizlə 37 800 manat həcmində kredit xətti açmışdır. xx xxxxxx 2011-ci il tarixli, 23 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit verən “xxxx” MMC borcalan “Nuranə” Kredit ittifaqına öz üzvlərinisahibkarlıq fəaliyyətinə yönəltmək məqsədi ilə 36 ay müddətinə, illik 8 faizlə 69 000 manat həcmində kredit xətti açmışdır. İş materiallarına əlavə olunmuş pretenziya məktublarının surətlərindən görünür ki, cavabdehlərin hər biri yaranmış borc öhdəlikləri ilə bağlı xəbərdar olunmuşlar. xx xxxxxx 2011-ci il tarixli, 22/1 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X5 məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxxx 2010-ci il tarixli, 17/1 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X4 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2012-ci il tarixli, 26/2 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X11 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2011-ci il tarixli, 23/3 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X19 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit verən “xxxx” MMC borcalan “Nuranə” Kredit ittifaqına öz üzvlərinisahibkarlıq fəaliyyətinə yönəltmək məqsədi ilə 36 ay müddətinə, illik 10,25 faizlə 184 000 manat həcmində kredit xətti açmışdır. xx xxxxxx 2011-ci il tarixli, 23/2 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X22 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evi “xxxx” MMC ilə “Nuranə” Kredit ittifaqı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ ilə X16 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.metr yaşayış, 69,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi “xxxx” MMC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ ilə X19 məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,36 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi “xxxx” MMC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ ilə X5 məxsus olan Bərdə rayonu, 2-ci Qaradəmirçi kəndində 0,44 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi “xxxx” MMC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ ilə Əhmədov Zülfalı oğluna məxsus olan Bərdə rayonu, Piyadalar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 87.3 kv.metr yaşayış, 32.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi “xxxx” MMC-nin xeyrinə yüklü edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun arvadı X6 hüquqi varis kimi prosesə cəlb edilmişdir.. Bərdə rayon Kətəlparaq İƏD üzrə nümayəndəsinin xx xxxx 2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, mərhum X7 hüquqi varisi X2r. Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə borclunun 150 000 manat məbləğində olan kredit vəsaiti üzrə 55 628,81 manat əsas borc, 1850,29 manat faiz borcu yaranmışdır. Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə borclunun 100 000 manat məbləğində olan kredit vəsaiti üzrə 58 842 manat əsas borc, 4618,21 manat faiz, 3434,45 manat cərimə borcu borcu yaranmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqı arasındaxx.xx.2018-ci il tarixli, 4 nömrəli kredit müqaviləsi və xx.xx.2012-ci tarixli, 4 nömrəli əlavəsi və xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsi bağlanmış və ümumilikdə 100 000 manat məbləğində kredit, xx.xx.2010-cu il tarixli, 17 nömrəli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavəsi, xx.xx.2011-ci il tarixli, 22 nömrəli, xx.xx.2011-ci il tarixli, 23 nömrəli, xx.xx.2012-ci il tarixli, 26 nömrəli kredit müqavilələri üzrə ümumikdə 150 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı, cavabdehdən 3434,45 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 434,45 (dörd yüz otuz dörd manat qırx beş qəpik) manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait X14 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Bundan əlavə, ipoteka predmetinin satışından əldə olunan vəsaitin həmin borcdan az və ya çox olmasi ilə bağlı olan məsələlər qətnamənin icrası mərhələsində həll edilir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqından xx.xx.2008-ci il tarixli, 4 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci tarixl, 4 nömrəli əlavəsinə və xx.xx.2011-ci il tarixli, 24 nömrəlikredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 100 000 manat məbləğində kredit üzrə 58 842 manat əsas borc, 4618,21 manat faiz borcu, 434,45 manat cərimə borcu, cəmi 63 894,66 manat, xx.xx.2010-cu il tarixli, 17 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə, xx.xx.2011-ci il tarixli, 22 nömrəli, xx.xx.2011-ci il tarixli, 23 nömrəli, xx.xx.2012-ci il tarixli, 26 nömrəli kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 150 000 manat məbləğində kredit üzrə 55 628,81 manat əsas borc, 1850,19 manat faiz borcu, cəmi 57 479 manat, ümumilikdə 185 268,32 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə tutulmalı, tutmanın verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 19 481,47 manat əsas borcu, 1529 manatfaiz borcu, 137,08 manat cərimə borcu, cəmi 21 147,56 manatı ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X8 məxsus girov əmlakına, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 17 493,57 manat əsas borcu, 1372,98 manat faiz borcu, 21,05 manat cərimə borcu, cəmi 18 887,60 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X9 məxsus girov əmlaklarına, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 21 866,96 manat əsas borc, 1716,23 manat faiz borcu, 276,32 manat cərimə, cəmi 23 859,50 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X3 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6022,39 manat əsas borc, 200,30 manat faiz borcu, cəmi 6222,69 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X4 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 4516,79 manat əsas borc, 150,23 manat faiz borcu, cəmi 4667,02 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X5 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 12 044,78 manat əsas borc, 400,60 manat faiz borcu, cəmi 12 445,38 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X22 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 7199,77 manat əsas borc, 239,46 manat faiz borcu, cəmi 7439,23 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X19 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 18 970,53 manat əsas borc, 630,95 manat faiz borcu, cəmi 19 601,48 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X11 məxsus girov əmlakına, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6874,56 manat əsas borc, 228,64 manat faiz borcu, cəmi 7103,20 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X16 məxsus girov əmlakına yönəldilməli, ipoteka əmlakları açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatına olan borc ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılmalı, Bərdə rayonu, Piyadalar kəndində yaşamış X17 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən varisi X1 məxsus olan Bərdə rayonu, Piyadalar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 87.3 kv.metr yaşayış, 32.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Piyadalar kəndində yaşayan X18 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2006-cı il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60,5 kv.metr yaşayış, 63,4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Köbər kəndində yaşayan X10 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 4/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli, 4 nömrəli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2008-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Kübər kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,4 kv.metr yaşayış, 26,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X12 ilə bağlanmış xx.xx.2010-ci il tarixli, 17/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2010-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,30 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 69 kv.metr yaşayış, 63 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X13 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 22/1 nömrəli ipoteka müqaviləsinin xx.xx.2007-ci il tarixli əlavəsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, 2-ci Qaradəmirçi kəndində 0,44 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,8 kv.metr yaşayış, 16 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X29 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/2 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89,7 kv.metr yaşayış, 21,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X25 ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 23/3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2008-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,36 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82 kv.metr yaşayış, 62 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Mehdili kəndində yaşayan X20 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Mehdili kəndində 0,24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 94 kv.metr yaşayış, 59,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan X23 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 26/2 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.metr yaşayış, 69,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin yaşayış evlərindən çıxarılması hissəsi üzrə iddia tələbini əsassız sayır. Belə ki, belə bir tələb irəli sürmək hüququ mülkiyyətçiyə məxsusdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin əmlakların mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Vahid və ortaqları tam ortaqlı “Nuranə” kredit ittifaqından xx.xx.2008-ci il tarixli, 4 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci tarixl, 4 nömrəli əlavəsinə və xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 100 000 manat məbləğində kredit üzrə 58 842 manat əsas borc, 4618,21 manat faiz borcu, 434,45 manat cərimə borcu, cəmi 63 894,66 manat, xx.xx.2010-cu il tarixli, 17 nömrəli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli əlavəsinə, xx.xx.2011-ci il tarixli, 22 nömrəli, xx.xx.2011-ci il tarixli, 23 nömrəli, xx.xx.2012ci il tarixli, 26 nömrəli kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 150 000 manat məbləğində kredit üzrə 55 628,81 manat əsas borc, 1850,19 manat faiz borcu, cəmi 57 479 manat, ümumilikdə 121.373,66 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə tutulsun. Tutma, 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 19 481,47 manat əsas borcu, 1529 manatfaiz borcu, 137,08 manat cərimə borcu, cəmi 21 147,56 manatı ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X8 məxsus Bərdə rayonu, Piyadalar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 87.3 kv.metr yaşayış, 32.3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 17 493,57 manat əsas borcu, 1372,98 manat faiz borcu, 21,05 manat cərimə borcu, cəmi 18 887,60 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X9 məxsus Bərdə rayonu, Mehdili kəndində 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60,5 kv.metr yaşayış, 63,4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 100 000 manat məbləğində kredit üzrə yaranmış 63 894,66 manat borcun 21 866,96 manat əsas borc, 1716,23 manat faiz borcu, 276,32 manat cərimə, cəmi 23 859,50 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X3 məxsus Bərdə rayonu, Kübər kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,4 kv.metr yaşayış, 26,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6022,39 manat əsas borc, 200,30 manat faiz borcu, cəmi 6222,69 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0,30 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 69 kv.metr yaşayış, 63 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 4516,79 manat əsas borc, 150,23 manat faiz borcu, cəmi 4667,02 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X5 məxsus Bərdə rayonu, 2-ci Qaradəmirçi kəndində 0,44 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,8 kv.metr yaşayış, 16 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 12 044,78 manat əsas borc, 400,60 manat faiz borcu, cəmi 12 445,38 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X22 məxsus Bərdə rayonu, Mehdili kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89,7 kv.metr yaşayış, 21,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 7199,77 manat əsas borc, 239,46 manat faiz borcu, cəmi 7439,23 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X19 məxsus Bərdə rayonu, Mehdili kəndində 0,36 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 82 kv.metr yaşayış, 62 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 18 970,53 manat əsas borc, 630,95 manat faiz borcu, cəmi 19 601,48 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X11 məxsus Bərdə rayonu, Mehdili kəndində 0,24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 94 kv.metr yaşayış, 59,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, verilmiş 150 000 manat məbləğində kredit üzrə yaranmış 57 479 manat borcun 6874,56 manat əsas borc, 228,64 manat faiz borcu, cəmi 7103,20 manat borc ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə X16 məxsus Bərdə rayonu, Qaradağlı kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.metr yaşayış, 69,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin. İpoteka əmlakları açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bank olmayan kredit təşkilatına olan borc ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar