Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-492/2025 18.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17 dekabr 2024-cü il tarixə əsas borc üzrə 5279,72 AZN, faiz borcu üzrə 682,57 AZN, cərimə qalıq 10,46 AZN olmaqla, cəmi 5972,75 AZN məbləğində kredit borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 AZN İddiaçı ASC-nin xeyrinə tutulması, 17 aprel 2024-cü il tarixli, № 001/GM/112/5275331/170424 saylı Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-492/2025 nömrəli iş üzrə qəbul etdiyi 12 may 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
3. İddiaçının nümayəndəsi X2 vəsatət təqdim edərək, bankın nümayəndəsi X1 məhkəmə iclasına gələn zaman atasının ölüm xəbərini aldığı üçün üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbəbdən icraatın təzələnməsini xahiş etmişdir.
4. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-492/2025 nömrəli iş üzrə qəbul etdiyi 23 may 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 12 may 2025-ci il tarixli qərardadı ləğv edilmiş və kommersiya işi üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılması 18 iyun 2025-cü il tarixə, saat 11:00-a təyin edilmişdir.
II. Tərəflərin mövqeyi
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə yenidən teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. IV. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
8. Belə ki, tərəflərə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi yenə də məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh isə məhkəməyə artıq 3-cü dəfədir ki, eyni məzmunlu teleqram vuraraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Buna görə də məhkəmə cavabdehin gəlməməyinin səbəblərini üzürsüz hesab etdiyi və cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdiyi üçün işə baxmışdır.
9. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
V. Məhkəmənin gəldiyi nəticə
10. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli