Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-493/2025 05.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 025R********** saylı krеdit razılaşması üzrə 33321,11 manat krеdit bоrcu, 2254,83 manat faiz bоrcu və 1306,19 manat cərimə olmaqla, cəmi 36882,13 manat, 025R********** saylı krеdit razılaşması üzrə 18551,5 manat krеdit bоrcu, 1500,07 manat faiz bоrcu və 984,99 manat cərimə olmaqla, cəmi 21036,56 manat, 025R********** saylı krеdit razılaşması üzrə 55582,64 manat krеdit bоrcu, 4712,66 manat faiz bоrcu və 3193,65 manat cərimə olmaqla, cəmi 63488,95 manat, üç kredit razılaşması üzrə ümumilikdə 121407 manat 64 qəpik məbləğində bоrcun, ödənilmiş 411,41 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 144 manat xidmət haqqının cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 51678,89 manat ödəmiş, onun 33321,11 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 196 gün üçün hesablanmış faiz borcu 2254,83 manat, cərimə borcu 1306,19 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 11448,5 manat ödəmiş, onun 18551,5 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 172 gün üçün hesablanmış faiz borcu 1500,07 manat və cərimə borcu 984,99 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 14417,36 manat ödəmiş, onun 55582,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024cü il tarixə 182 gün üçün hesablanmış faiz borcu 4712,66 manat, cərimə borcu 3193.65 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 025M**********02 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilini, cavabdeh-ipoteka qoyan Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylıevin 47 saylı mənzilini, cavabdeh-ipoteka qoyan Cavabdeh6 ilə bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evini, Cavabdeh3 ilə bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 025M**********01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2019-cu il tarixli 025L**********63 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 85000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2022-ci il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 70000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ipoteka müqavilələrindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilini, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylıevin 47 saylı mənzilini, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evini, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2025-ci il tarixli 9/2270 nömrəli rəyindən görünür ki, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 37036,41 manat, əsas borc üzrə 33321,11 manat, faiz borcu üzrə 3715,30 manat, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 20619,99 manat, əsas borc üzrə 18551,50 manat, faiz borcu üzrə 2068,49 manat, 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 61435,80 manat, əsas borc üzrə 55582,64 manat, faiz borcu üzrə 5853,16 manat təşkil edir. Xidmətin qiyməti 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 ilə mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin bazar qiyməti 57000 manat, likvid qiyməti 51300 manat, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin bazar qiyməti 45700 manat, likvid qiyməti 41000 manat, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 83400 manat, likvid qiyməti 75000 manat, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 59 nömrəli fərdi yaşayış evini 0.038 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 72700 manat, likvid qiyməti 65400 manat təşkil edir. Xidmət haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2019-ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 85000 manat, xx.xx.2022ci il tarixli kredit razılaşmasına əsasən ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla 30000 manat, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla 70000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin 025R********** saylı krеdit razılaşması üzrə 33321,11 manat krеdit bоrcu, 2254,83 manat faiz bоrcu və 1306,19 manat cərimə olmaqla, cəmi 36882,13 manat, 025R********** saylı krеdit razılaşması üzrə 18551,5 manat krеdit bоrcu, 1500,07 manat faiz bоrcu və 984,99 manat cərimə olmaqla, cəmi 21036,56 manat, 025R********** saylı krеdit razılaşması üzrə 55582,64 manat krеdit bоrcu, 4712,66 manat faiz bоrcu və 3193,65 manat cərimə olmaqla, cəmi 63488,95 manat, üç kredit razılaşması üzrə ümumilikdə 121407 manat 64 qəpik məbləğində borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini, ona hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Beləliklə, 025R********** saylı krеdit razılaşması üzrə 33321,11 manat krеdit bоrcu, 2254,83 manat faiz bоrcu və 1306,19 manat cərimə olmaqla, cəmi 36882,13 manat, 025R********** saylı krеdit razılaşması üzrə 18551,5 manat krеdit bоrcu, 1500,07 manat faiz bоrcu və 984,99 manat cərimə olmaqla, cəmi 21036,56 manat, 025R********** saylı krеdit razılaşması üzrə 55582,64 manat krеdit bоrcu, 4712,66 manat faiz bоrcu və 3193,65 manat cərimə olmaqla, cəmi 63488,95 manat, üç kredit razılaşması üzrə ümumilikdə 121407 manat 64 qəpik məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 51300 manat, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin ilkin satış qiyməti 41000 manat, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65400 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlərə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 411 manat 41 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 144 manat xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 411 manat 41 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 144 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 33321 manat 11 qəpik əsas krеdit bоrcu, 2254 manat 83 qəpik faiz bоrcu və 1306 manat 19 qəpik cərimə olmaqla, cəmi 36882 manat 13 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci tarixli 025R********** saylı kredit razılaşması üzrə 18551 manat 50 qəpik əsas krеdit bоrcu, 1500 manat 07 qəpik faiz bоrcu və 984 manat 99 qəpik cərimə olmaqla, cəmi 21036 manat 56 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşması üzrə 55582 manat 64 qəpik əsas krеdit bоrcu, 4712 manat 66 qəpik faiz bоrcu və 3193 manat 65 qəpik cərimə olmaqla, cəmi 63488 manat 95 qəpik borc, üç kredit razılaşması üzrə ümumilikdə 121407 (bir yüz iyirmi bir min dörd yüz yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində bоrc, ödənilmiş 411 (dörd yüz on bir) manat 41 (qırx bir) qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 144 (bir yüz qırx dörd) manat xidmət haqqı cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinə, Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın. Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 51300 (əlli bir min üç yüz) manat həddində müəyyən edilsin. Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 11 saylı evin 48 saylı mənzilinin ilkin satış qiyməti 41000 (qırx bir min) manat həddində müəyyən edilsin. Cavabdeh6 mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində 0.096 ha torpaq sahəsi və üzərində yerləşən 205 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat həddində müəyyən edilsin. Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsində 0.038 ha torpaq sahəsi və üzərində yerləşən 99.5 m ümumi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65400 (altmış beş min dörd yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 qaytarılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-493/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-493/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver