Məhkəmə qərarları › İş №e-2-2(115)-495/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-495/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-495/2023 19.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 713 manat 87 qəpik borcun, 107 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 40 manat olmaqla, cəmi 860 manat 87 qəpik məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə “daşınmaz əmlakın subicarə müqaviləsi” bağlanmışdır. Cavabdeh həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mağazada ümumi sahənin 6.5 kv.m-lik hissəsini ayda 1000 manat icarə haqqı ödəmək şərti ilə subicarəyə götürmüşdür. Cavabdehin həmin subicarə müqaviləsinə görə 1000 manat məbləğində borcu yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılaraq 1000 manat məbləğində borcun 11 aya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh 286.13 manat hissəsini ödəsə də geri qalan borc məbləği iddiaçıya ödənilməmişdir. Cavabdeh şifahi və yazılı xəbərdarlıqlara baxmayaq İddiaçı MMC-yə olan 713 manat 87 qəpik məbləğində borcunu bu günə qədər ödəməmişdir. Eyni zamanda cavabdeh 713 manat 87 qəpik məbləğində borcdan 2 il yarım ərzində qanunsuz istifadə edərək ondan faydalanmışdır. Ona görə də yuxarıda göstərilən illər ərzində iddiaçıya məxsus olan puldan faydalandığına görə 107 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmiş, cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Daha sonra mediatora müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış vermişdir. Mediasiya xərci olan 40 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göründüyü kimi tərəflər arasında subicarə müqaviləsi və həmin müqavilə əsasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Qanunvericiliyə uyğun olaraq iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 16 mart 2023-cü il tarixli, e-2-2(115)-495/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214.02.259 nömrəli daşınmaz əmlakın subicarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mağazada ümumi sahənin 6.5 kv.m-lik hissəsini ayda 1000 manat icarə haqqı ödəmək şərti ilə telefon aksessuarları satışını həyata keçirmək məqsədi ilə Cavabdeh subicarəyə götürülmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, Cavabdeh 1000 manat məbləğində borcu etiraf edərək onun 11 aya ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214.02.259 nömrəli daşınmaz əmlakın subicarə müqaviləsinin 2.2 bəndindən görünür ki, cavabdeh gecikmə halında hər gecikdirilən gün üçün subicarə haqqının 0.5 faizi miqdarında gecikmə məbləği ödəməlidir. İş materiallarına əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 214.02.259 nömrəli daşınmaz əmlakın subicarə müqaviləsi üzrə Cavabdeh 713 manat 87 qəpik öhdəliyi qalmışdır. İş materillarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak edərək 40 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 214.02.259 nömrəli daşınmaz əmlakın subicarə müqaviləsi üzrə 713 manat 87 qəpik məbləğində borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Yuxarıda sadalananlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, 713 manat 87 qəpik məbləğində borc və 40 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış yuxarıda sadalanan müqavilənin 2.2 bəndində cavabdehin gecikmə halında hər gecikdirilən gün üçün subicarə haqqının 0.5 faizi miqdarında gecikmə məbləği ödəməli olduğu qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə cavabdehin əsas borcdan əlavə 107 manat məbləğində faiz borcunun olması təsdiq edilmir. İddiaçının təqdim etdiyi maliyyə arayışında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın subicarə müqaviləsi üzrə cavabdehin yalnız 713 manat 87 qəpik məbləğində borc öhdəliyinin qaldığı göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 713 manat 87 qəpik məbləğində borc və ödənilmiş 40 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar