Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-5/2022 26.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2,cavabdeh və digər cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X4 Təsərrüfatı” MMC və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutlması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “X4 Təsərrüfatı” MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “cavabdeh “X4 Təsərrüfatı” MMC-dən ödənilməmiş 190000 manat əsas, müqavilə müddəti üçün hesablanmış 29861,38 manat faiz, 17136,90 manat cərimə, müqavilə bitdiyi tarixdən 20.06.2019-cu il tarixinə kecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 26.960.36 manat borc, cəmi 263958,64 manat məbləğində kredit borcunun və 30 manat odənilmiş dövlət rüsumunun tutulması və tutma Cavabdeh1 məxsus “X6” ASC-nin nominal dəyəri 2(iki) manat olan 48.892 (qərx səkkiz min səkkiz yüz doxsan iki) ədəd sənədsiz adlı səhmlərə yönəldilməsi, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borcun hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsində ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 190 000 manat əsas, müqavilə müddəti (18.08.2011- 01.08.2016) üçün hesablanmış 16 278,06 manat faiz, 30 720,22 manat cərimə, müqavilənin bitdiyi tarixdən 11.06.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 46 182,50 manat borc, ümumilikdə 283 180,78 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan “X6” ASC-nin nominal dəyəri 2 manat olan 48 892 ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməsini, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borcun əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 11.05.2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 7 faiz ödəmək şərtilə 200 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X6” ASC-nin nominal dəyəri 2 manat olan 48 892 ədəd sənədsiz adi adlı səhmlər İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və digər cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, kredit borcu üzrə ödənişlər etmiş, bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir, ekspert rəyi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməsinə etiraz etməmişdir, borcun girov predmetinə yönəlməsi hissəsində isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan "xxxx" MMC-yə 200 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – "xxxx" MMC isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. KT/İP-76 nömrəli sonrakı girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 48 892 ədəd “X6” ASC-də sənədsiz adlı adi səhmi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 48 892 ədəd “X6” ASC-də sənədsiz adlı adi səhmi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 01.05.2016-cı il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu ümumilikdə 164 183,78 manat məbləğində müəyyən olunmuş, əsas borc üzrə 159 500,66 manat, faiz borcu üzrə 4683,12 manat qeyd olunmuş, iş materiallarında olan 04.10.2012-ci il tarixli 4012 manat məbləğində, 30.10.2012-ci il tarixli 5000 manat məbləğinin 2500 manat məbləği hissəsi, 05.12.2012-ci il tarixli 4000 manat məbləği, 30.01.2013-cü il tarixli 5747 manat məbləğində, 28.02.2013-cü il tarixli 11 220 manat məbləğində, 17.04.2013-cü il tarixli 3000 manat məbləğində və 23.04.2013-cü il tarixli 2000 manat məbləğinin 1000 manat hissəsi iş, ümumilikdə 31 479 manat məbləğində kassa mədaxil orderləri hesabdan çıxarış məlumatlarında öz əksini tapmamış, lakin hazırki ekspertiza tədqiqatı zamanı həmin ödənişlər nəzərə alınaraq hesablamalar aparılmışdır. İş üzrə iddiaçı tərəfin vəsatəti əsasında və onun sualları ilə aydınlaşdırılmalı olan hallara və faktlara aydınlıq gətirilməsi məqsədilə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi kimi ekspert rəyində ilkin ekspertiza rəyindən fərqli olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-nin 01.05.2016-cı il tarixə (müqavilə müddəti qüvvədə olduğu müddətə) banka olan borcu əsas borc üzrə 89 511,44 manat, faiz brcu üzrə 2628,16 manat, ümumilikdə 92 139,60 manat olmuş, əldən çıxmış fayda, cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə "xxxx" MMC-yə əldən çıxmış fayda və cərimə hesablanmamışdır. Göründüyü kimi əlavə ekspertiza nəticəsində əsas və faiz borcunun bir hissəsinin əsaslı olması müəyyən olunmuş, əldən çıxmış faydanın və cərimənin əsaslı olması müəyyən olunmamışdır. Məhkəmə əlavə ekspert rəyini təkrar araşdırmanın nəticəsi olaraq daha mötəbər sübut kimi qiymətləndirmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsinin şərtlərinə görə "xxxx" MMC-yə 200 000 manat məbləğində kredit verilmişdir. Cavabdh öz növbəsində üzərinə düşən öhdəlikləri qismən icra etmişdir. Qalan borcun ödənilməsi ilə bağlı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi təmin edilməməlidir. Belə ki ekspert rəyindən də göründüyü kimi cərimə pulu ilə bağlı hər hansı ödəniş öhdəliyi özünü sənədlərdə əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Odur ki, məhkəmə tələbin girova yönəldilməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borc üzrə 89 511,44 (səksən doqquz min beş yüz on bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 2628,16 (iki min altı yüz iyirmi səkkiz manat on altı qəpik) manat olmaqla ümumilikdə 92 139,60 (doxsan iki min yüz otuz doqquz manat altmış qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, borc tələbi ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə, Cavabdeh1 məxsus olan „X6“ ASC-nin nominal dəyəri 2 manat olan 48 892 ədəd sənədsiz adi adlı səhmlərinə yönəlməli, həmin səhmlər fond birjasında satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borc üzrə 89 511,44 (səksən doqquz min beş yüz on bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 2628,16 (iki min altı yüz iyirmi səkkiz manat on altı qəpik) manat olmaqla ümumilikdə 92 139,60 (doxsan iki min yüz otuz doqquz manat altmış qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə, Cavabdeh1 məxsus olan „X6“ ASC-nin nominal dəyəri 2 manat olan 48 892 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilsin, həmin səhmlər fond birjasında satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci cavabdeh “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-5/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-5/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver