Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-503/2025 19.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı pul tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi üzrə 450000 manat, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsinə əsasən 350000 manat, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsinə əsasən 300000 manat, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsinə əsasən 230000 manat, xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinə əsasən 300000 manat olmaqla, cəmi ******* manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 1605 manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh MMC-nin təsisçisi olaraq 67.9986% təsis payına sahibdir. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 və Bərdə rayonu Alpoud kəndi ərazisində fəliyyət göstərir. Cavabdeh MMC-nin mülkiyyətində Bərdə rayonu, Güloğlular kəndində 12,8259 ha torpaq sahəsində 35800.5 kv ümumi, 34907.8 kv əsas və 892.7 kv köməkçi sahədən ibarət əmlak kompleksi (ticarət binası) tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsusdur. Həmin obyekt Bərdə mərkəzi bazar kimi fəliyyət göstərir. Həmçinin Bərdə rayonu Alpoud kəndi ərazisində 20.918 ha sahibkarlıq təyinatlı torpaq sahəsi olmaqla mal bazarı kimi fəliyyət göstərir. 2023-cü ilin əvvəlində Cavabdeh MMC-nin ərazisinə baxış keçirən zaman Cavabdeh MMC-nin mülkiyyətində olan Bərdə rayonu, Güloğlular kəndində yerləşən Bərdə mərkəzi bazarda mövcud olan tikililərin və ərazinin, həmçinin tikinti bazarındakı tikililərin və Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarı tikililərinin və ərazinin tikililərinin yenilənməsi və təmirə ehtiyacı olduğunu görmüşdür. Mövcud olan tikililərin və ərazinin vəziyyəti Cavabdeh MMC-nin gəlir əldə edilməsinə mənfi təsir etmişdir. Cavabdeh MMC-nin fəliyyətinin və gəlirinin artırmaq məqsədi ilə öz şəxsi vəsaiti hesabına ilk olaraq xx.xx.2023-cü il tarixdə 450000 manat məbləğində pulu Cavabdeh MMC-yə təqdim etmişdir. Buna görə həmin tarixdə Cavabdeh MMC ilə aralarında xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi bağlanmışdır. Pul məbləği təqdim edilən zaman akt tərtib olunmuş, akt tərtibində Cavabdeh MMC-nin direktoru X4, Cavabdeh MMC-nin nəznində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X12 və "xxxx" MMC-nin mühasibi X6 iştirak etmişlər. Həmin məbləğ Cavabdeh MMC-nin ərazində olan tikililərin yenilənməsi və təmiri işlərində istifadə olunmağa başlanılmışdır. Bundan sonra təmir işləri ilə bağlı əlavə vəsait cəlb olunması zərurəti yarandığından xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsinə əsasən 350000 manat əlavə vəsaiti öz şəxsi pulundan Cavabdeh MMC-yə akt ilə təqdim etmişdir. Bundan sonra təmir işləri ilə bağlı əlavə vəsaitlər tələb olunduğundan xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsinə əsasən 300000 manat, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsinə əsasən 230000 manat, xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinə əsasən 300000 manat olmaqla, cəmi ******* manat pulu öz şəxsi vəsaiti hesabına Cavabdeh MMC-yə təqdim etmişdir. Borc müqavilələrinə əsasən borcun sonuncu ödəmə tarixi xx.xx.2024-cü il tarix kimi göstərilmişdir. Ancaq həmin məbləğ göstərilən tarixdə Cavabdeh MMC-yə tərəfindən ödənməmiş qalmışdır. Bundan sonra o Cavabdeh MMC-yə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, Cavabdeh MMC tərəfindən ona olan borc bu günə kimi ödənməmiş qalmışdır. Bundan sonra o pretenziya qaydasında cavabdehə müraciət etmiş və borcun ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən həm elektron qaydada, həm də poçt vasitəsi ilə pretenziya alınsa da bu günə kimi borcun ödənilməsi barədə heç bir hərəkət olmamışdır. Ona görə də, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdeh "xxxx" MMC-yə "xxxx" MMC-nin 2019-2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, "xxxx"” MMCnin 2019-2023-cü illər üzrə divendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, "xxxx" MMCnin 2019-2023-cü illər üçün illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi və cavbdeh "xxxx" MMC-yə cəmiyyətin iştrakçısı olan 30,0014 faiz paya sahib X3 cəmiyyətdən payının dəyərinin ödəməklə ayrılması vəzifəsinin qoyulması və cavabdehlər İddiaçı və X9 tərəfindən ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması vəfizəsinin qoyulması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MMC-dən payın ayrılması zamanı aktiv və passivlərinin də bölgüsü nəzərə alınır. Ona məxsus payı süni şəkildə azaltmaq üçün görüntü xarakterli borc müqavilələri tərtib edilmişdir. Faktiki olaraq "xxxx" MMC-ni cavabdeh İddiaçı idarə edir və "xxxx" MMC ilə əqdlər bağlayaraq müəssisəni borclandırır. Reallıqda o borcların bank vasitəsilə verilməsi və ya köçürülməsi barədə məhkəməyə sənəd təqdim olunmayıbdır və bu da onu sübut edir ki, bu etibarsız əqdlərdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında bildirdi ki, təxminən 2022-ci ildə yanğın hadisəsi baş vermiş, yanğından dərhal sonra deyil, bir müddət sonra təmir işləri görülmüşdür. Mal bazarının torpaq sahəsinin ərazisi mişar daşı ilə tikilmiş hasara alınmışdır. Həmin sahədə inzibati binalar, kafelər, heyvanlar üçün saxlama yerləri və s. tikililər vardır. Müqavilədən sonra təmir işləri görülmüş, əlavə tikililər tikilmişdir. Həmin işlərin görülməsi borc müqaviləsinin bağlanması vaxtı ilə üst-üstə düşür. Mərkəzi bazarda isə ticarət obyektləri, mağazalar, hotel, bazarın inzibati binası və s tikililər vardır. Mərkəzi bazarın ərazisi çoxdur, bir çox növdə satış obyektləri mövcuddur. Pul cavabdehə əlbəəl verilmişdir. Cavabdeh bəhanə edir ki, bazarın xərcləri çox olduğundan həmin pulun qaytarılması mümkün olmur. İddiaçı "xxxx" MMC ilə müqavilə bağladığı zaman ümumi yığıncağın keçirilib-keçirilmədiyini bilməsə də İddiaçı "xxxx" MMC ilə müqavilə bağladığı zaman hüquqi şəxsə aidiyyəti şəxs olduğuna dair məlumatı vardır. Pulun hər hansı şəkildə verilməsindən asılı olmayaraq İddiaçı ******* manat pulu təmir-tikinti işlərinin görülməsi üçün yatırım etmiş, bununla bağlı borc müqavilələrini məhkəməyə təqdim etmişlər. Müvafiq internet proqramından da görünür ki, həmin işlər orada görülmüşdür. Təqdim etdikləri rəylər görülən işlərlə bağlıdır. Pulun hər hansı formada verilməsindən asılı omayaraq iddiaçı həmin pulu vermişdir və ona qaytarımalıdır. Öz iddia tələbilərinin təmin edilməsi, üçüncü şəxs X3 iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanılmış, direktor tərəfindən pullar götürülərək bazarın tikintisinə sərf olunmuşdur, lakin hazırda şirkətin həmin pulu ödəməyə maddi imkanı yoxdur. Belə ki, əvvəl müəssisə tam həcmdə X5 məxsus olmuşdur, İddiaçı sonradan 70 faiz pay almışdır. Bundan sonra onlar iclas keçirmiş və işlərin görülməsini müzakirə etmişlər. Müqavilələr bağlanan zaman 2023-cü ildə müəssisə daxili tikinti işlərin aparılmasına dair ümumi yığıncaq keçirilmişdir. Borc pulun alınması və sərf edilməsi barədə təsisçilərin yığıncağı olmuş, qərar qəbul edilmişdir. X1 onunla razılaşmamışdır. Belə ki, 2023cü ildə keçirilən iclasın protokoluna onun tərəfindən imza çəkilməmişdir. Həmin ümumi yığıncağın qərarı mövcuddur. Müqavilə bağladığı zaman müstəqil audit cəlb edilməmişdir. Sırf müqavilələrin bağlanması məqsədi ilə ümumi yığıncaq keçirilməmişdir. "xxxx" MMC "xxxx" MMC-ni yaratmışdır. "xxxx" MMC 2010-cu ildən etibarlı idarəetmə ilə öz səlahiyyətlərini "xxxx" MMC-yə vermişdir. İdarəetmə heç bir mənfəət götürmək məqsədi daşımadan digər hüquqi şəxsə verilmişdir, bu hal da vergidə qeydiyyata alınmışdır. Hal-hazırda "xxxx" MMC-nin mülkiyyətində olan ticarət obyekti "xxxx" MMC-nin idarəsindədir. İdarəetməyə verilən MMC-nin idarəetməsi, mühasibatlığı fərqlidir. Başqa hüquqi şəxsin idarəetməsi zamanı mənfəət götürülməsə də, əmlakın bazar dəyəri artırılmışdır. "xxxx" MMC-nin hesabı olmamışdır, müəssisənin indiyədək necə fəaliyyət göstərməsi ona da məlum deyil, ancaq məlumdur ki, onun hesabı olmamışdır. Bu qayda Rahim Ağazadənin vaxtından belə davam etmişdir. Əmlakı ancaq 2 ədəd bazardan ibarətdir. "xxxx" MMC-nin direktordan başqa işçisi yoxdur. Yeni ümumi yığıncaq keçirilmiş, Rahim Ağazadə ümumi yığıncağın iclaslarına gəlməmişdir. Müqavilədə nəzərdə tutulan pullar nağd şəkildə "xxxx" MMC-yə mədaxil edilmişdir. Pulun verilməsi ilə bağlı akt tərtib edilmişdir. Başqa heç bir sənədləşmə aparılmamışdır, sadəcə olaraq şahidlər vardır. Təqdim edilən borc müqavilələri onların tərəflərindən imzalanmışdır, eləcə də aktlar pulun qəbul edilməsini təsdiq edir. İddiada qeyd edilən işlər həqiqətən görülmüşdür. Həmçinin əmlakların əvvəlki və indiki vəziyyətinə dair texniki pasportu vardır, həmin sənəddə tikililərin dəyişildiyi, əlavə binaların tikildiyi görsənir. "xxxx" MMC tərəfindən iddiaçıdan pul alınaraq bazara xərclənmişdir. Verilən pulun xərclənməsi ilə bağlı əllərində müvafiq sənədlər vardır. Tikintinin aparılmasından Rahim Ağazadənin məlumatı olmuşdur. Nələrin tikildiyinə və təmir edildiyinə şahid olmuşdur. Üçüncü şəxsin iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, qanunvericiliyə əsasən müqavilələr mübahisə predmetidirsə məhkəmə ozü onun etibarlılığına qiymət verəcəkdir. Mülki Məcəlləyə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə nizamnamə kapitalının 5 faizindən çox dəyərə malik müqavilə bağlayan zaman müstəqil audit cəlb edilməli, ümumi yığıncaqda isə aidiyyəti şəxs iştirak etməməlidir, lakin bunların heç biri tətbiq edilməmişdir. O cümlədən, verilən pulu təsdiq edən maliyyə sənədi, hesabat blankı, bank köçürmələri, kassa mədaxil orderi yoxdur. Qeyd edilənlərə əsasən bu müqavilələrin mövcudluğu böyük sual altındadır. Ona görə bu müqavilələr etibarsız sayılmalıdır. O cümlədən hazırkı iddia Bakıda iddia qaldırandan sonra qaldırılmışdır. Onlar 2024-cü ildə məhkəmədə maliyyə hesabatlarını, audit yoxlamasının keçirilməsini və paylarının ayrılmasını istəmişlər. Lakin maliyyə hesabatları hələ də təqdim edilməmişdir. Qarşı tərəfin məqsədi müəssisəni borclandırmaq və onların müəssisədən ayrılarkən paylarının azalmasıdır. Müəssisədə yaxşılaşdırmalar aparılmasına dair onun şəxsi məlumatı yoxdur. Çünki İddiaçılə qardaşı arasında münasibət olmadığına görə əmlakdan xəbərləri yoxdur. Əgər yaxşılaşdırma varsa qarşı tərəf maliyyə sənədlərini göstərsin. 2019-cu ildən bu yana dividenləri əldə edə bilmirlər, ona görə münasibətlər pisləşmişdir. O, məhkəmələrdə bilmişdir ki, əmlakın idarəsi "xxxx" MMC-nin idarəçiliyinə verilmişdir. Hər iki bazar fəaliyyət göstərir. Əldə edilən qazancla bağlı əməliyyatları onlar görə bilmirlər. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 həmçinin izahatında göstərdi ki, pulun verilməsinə dair hər hansı sübut yoxdur, təqdim edilən aktlar tərəflərin öz aralarında tərtib etdikləri sənədlərdir. Tikintidən qabaq sübut edilməlidir ki, bu pul həqiqtətən "xxxx" MMC-yə verilmişdirmi. İddiaçı qeyd edilən pulun "xxxx" MMC tərəfindən əldə edilməsinə dair heç bir sübut təqdim etməmişdir, sadəcə olaraq şirkəti borclandırmaq məqsədi ilə bu iddia qaldırılmışdır. Həmçinin xahiş edir ki, "xxxx" MMC barəsində xüsusi qərar qəbul edilsin ki, müəssisədən kənar maliyyə əməliyyatı aparılmışdır. O cümlədən Mülki Məcəllədə hüquqi şəxsə aidiyyəti olan şəxslərin dairəsi müəyyən edilmişdir, Tariyel Ağazadə 66 faiz payla aidiyyəti olan şəxs sayılır, aidiyyəti şəxsə müqavilə bağlanılan zaman isə auidt rəyi alınmalı, Tariyel Ağazadənin iştirakı olmadan ümumi yığıncağın qərarı qəbul edilməli idi. Təqdim edilən müqavilələr etibarsız müqavilələrdir. Ona görə də üçüncü şəxsin iddia tələbinin təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı pul tələbinə dair iddiası təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 saylı müqavilədən görünür ki, borc verən 450000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilədən görünür ki, borc verən 350000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-03 saylı müqavilədən görünür ki, borc verən 300000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-04 saylı müqavilədən görünür ki, borc verən 230000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-05 saylı müqavilədən görünür ki, borc verən 300000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Borc verilməsinə dair akt”-dan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 saylı müqaviləyə əsasən təsisçi İddiaçı tərəfindən Cavabdeh MMC-yə 450000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Borc verilməsinə dair akt”-dan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilyə əsasən təsisçi İddiaçı tərəfindən Cavabdeh MMC-yə 350000 manat pulun nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Borc verilməsinə dair akt”-dan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-03 saylı müqaviləsinə əsasən təsisçi İddiaçı tərəfindən Tufan-66 MMC-yə 350000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Borc verilməsinə dair akt”-dan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-05 saylı müqaviləyə əsasən təsisçi İddiaçı tərəfindən Cavabdeh MMC-yə 300000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli və Seriya MH ******* nömrəli çıxarışlardan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi və 30.4 kv.m qeyri-yaşayış sahəsi, Bərdə rayonu, Güloğlular kəndində 12.8259 ha torpaq sahəsində yerləşən 35800.5 kv.m ümumi, 34907.8 kv.m əsas, 892.7 kv.m köməkçi sahəsən ibarət əmlak kompleksi (ticarət binası) Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-nin təsisçilərinin qərarından görünür ki, Cəmiyyətin təsisçiləri X8, X7, X10 müəyyən edilmişdir. Nizamnamə kapitalında təsisçi X11 34000 ədəd, 67,9986% pul şəklində, X7 150010,00 manat, 15001 ədəd 30,0014% əmlak və pul şəklində, təsisçi X10 10000,00 manat, 1000 ədəd, 1,9999% pul şəklində paya malikdirlər. İş materiallarında olan Cavabdeh MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, nizamnamə kapitalında təsisçi X8- 340000,00 manat, 34 000 ədəd, 67,9986 % pul şəklində, X7 -150010,00 manat, 15001 ədəd, 30,0014% əmlak və pul şəklində, təsisçi X10- 10000,00 manat, 1000 ədəd, 1,9999% pul şəklində paya malikdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, ekpertiza qarşısında Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində alqı-satqı mağazalarına yanğın nəticəsində dəymiş ziyanın dəyəri hal-hazırki, bazar qiymətlərinə uyğun olaraq manatla nə qədər təşkil etməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan ticarət binasında yerləşən mağazalar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-yə ticarət məqsədli ilə alqı-satqı mağazalar üçün ayrılmış torpaq sahəsində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün istifadə olunacaq inşaat materiallarının və əmək haqqının dəyərlərinə təqribən 215.379,31 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işlərinə nə qədər vəsaitin xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işlərinə, tikintidə istifadə olunan materialları və avadanlıqları üzrə aparılmış, Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində faktiki aparılmış tikinti işlərinə, tikintidə istifadə olunan materiallar və avadanlıqlara təqribən 174352,3 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan əmlak kompleksində aparılmış əlavə tikinti işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq manatla nə qədər təşkil etməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan ticarət binasında yerləşən mağazalar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin əmlak kompleksində aparılmış işlərə istifadə olunmuş inşaat materiallarının və əmək haqqının dəyərinə təqribən 470650,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış əlavə tikinti işlərinə, materiallarına və avadanlıqlara nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış əlavə tikinti işləri, materialları və avadanlıqlar üzrə aparılmış, Bərdə rayonu, Alpoud kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində faktiki aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlarına təqribən 451150,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan Avtovağzal kompleksində aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlarına nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işləri, tikintidə istifadə olunmuş materiallar və avadanlıqlar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan Avtovağzal binasında faktiki aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlara təqribən 233400,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında aparılmış tikinti işlərinə və materiallarına nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında aparılmış tikinti işləri, tikintidə istifadə olunmuş materiallar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında faktiki aparılmış tikinti işlərinə, materiallarına təqribən 45700,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əşyaların dəyərləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, 11 saylı Ərazi Vergilər İdarəsinin sifarişi ilə Cavabdeh MMCyə məxsus olan əmlakların bazar dəyərini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılmış, əmlak kompleksinin ******* manat olması müəyyən eidlmişdir. İş materiallarında olan Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış əmlakın etibarlı idarəetməyə verilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, idarəetməyə verən Cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı, gələcəkdə obyekt adlandırılacaq, içərisindəki inventarlarla birlikdə avtovağzalın binasında yerləşən mağazalar da daxil olmaqla və həmin ünvandaki ticarət məqsədi ilə inşa edilmiş digər obyektlərin, onun özgəninkiləşdirilməsindən başqa hissə-hissə və ya bütövlükdə icarəyə vermək də daxil olmaqla obyekt üzərində sərəncam verməklə etibarlı idarə edilməsi hüququnu müddətsiz olaraq 100,0% payla təsisçi olduğu idarəetməyə götürən "xxxx" MMC-yə verir. Obyektin etibarlı idarəetməyə götürülməsi müqabilində heç bir haqq nəzərdə tutulmur. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019- cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Belə olan halda, uydurma əqdin tərkib elementləri kimi aşağıdakıları qeyd etmək olar: yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur; - hüquqi nəticəyə səbəb olmayan qarşılıqlı iradə ifadəsi – əqdin tərəfləri hüquqi nəticə, yəni hüquq və öhdəlik yaratmaq niyyəti olmadan görünüş üçün qarşılıqlı iradə ifadə edirlər və üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları görüntüsünü yaratmağa sövdələşirlər. Bu mənada qeyd edilməlidir ki, uydurma əqdi yalan əqddən fərqləndirən əsas əlamət kimi yalan əqddə gizli bağlanan əqd və ya pərdələnən əqdin mövcudluğu, yəni tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilənin olması çıxış edir. Uydurma əqddə isə hər hansı əqd bağlamaq üçün həqiqi iradə ifadəsi mövcud olmur. Əqdin uydurma olub-olmamasına hüquqi qiymət verilərkən hər bir halda əqdin bağlanma şəraiti, həmin şəraitdə tərəflərin hüquqi statusu, tərəflərin bir-bir ilə əqdəqədərki münasibətlərinin xarakteri, əqd üzrə maliyyələşmənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aparılıb-aparılmaması, əqdin reallıqda mal, əmtəə dövriyyəsinə səbəb olubolmaması, üçüncü şəxs və ya şəxslərdə görüntü formalaşdırma zərurətinin əqd iştirakçıları üçün mövcud olub-olmaması, əqdin nəticəsizliyinin onun iştirakçıları tərəfindən şüurlu surətdə dərk edilərək arzu olunub-olunmaması kimi meyarlar araşdırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, uydurma əqd üçüncü şəxslər üçün görüntü yaratmağa yönəldiyindən və bu cəhət əqdin bütün iştirakçılarının məhz qarşılıqlı iradəsinə əsaslandığından həmin əqdin əhəmiyyətsizliyi halının təsdiqi hər bir halda əqd iştirakçısı olmayan üçüncü şəxslərin subyektiv hüququna əsaslanır. İşin mübahisə edilməyən hallarından görünür ki, X11 67,9986% pul şəklində, X7 30,0014% əmlak və pul şəklində, X10 1,9999% pul şəklində paya malik olmaqla Cavabdeh MMC-nin təsisçiləridir. X4 Cavabdeh MMC-nin icra orqanının rəhbəridir. Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi və 30.4 kv.m qeyri-yaşayış sahəsi, Bərdə rayonu, Güloğlular kəndində 12.8259 ha torpaq sahəsində yerləşən 35800.5 kv.m ümumi, 34907.8 kv.m əsas, 892.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (ticarət binası) Cavabdeh MMC-nin mülkiyyətindədir. Cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı əmlakını etibarlı idarə edilməsi hüququnu müddətsiz olaraq heç bir haqq nəzərdə tutulmadan təsisçisi olduğu "xxxx" MMC-yə vermişdir. Cavabdeh MMC-nin 67,9986% paya sahib təsisçisi X11 ilə icra orqanının rəhbəri X4 arasında 450000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-01 saylı müqavilə, 350000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-03 saylı müqavilə, 230000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-04 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-05 saylı müqavilə, həmçinin 450000 manat pulun, 350000 manat pulun, 350000 manat pulun, 300000 manat pulun nağd şəklində İddiaçı tərəfindən Cavabdeh MMC-nin icra orqanının rəhbəri olan X2 təhvil verilməsi ilə bağlı akt tərtib edilmişdir. Bundan başqa Cavabdeh MMC-nin mülkiyyətində olan əmlaklarda təmir-tikinti işləri aparılmış, əmlakların yaxşılaşdırılmasına yönəlmiş işlər görülmüşdür. Bundan başqa iddiaçı X3 iddiası üzrə Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-nin 2019-2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, divendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi, X3 cəmiyyətdən payının dəyərinin ödəməklə ayrılması vəzifəsinin qoyulması, ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması ilə bağlı tələbi üzrə kommersiya mübahisəsinə baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə bağladığı 5 ədəd 450000 manat, 350000 manat, 300000 manat, 230000 manat, 300000 manat pulun borc verilməsi ilə bağlı borc müqaviləsini, habelə 4 ədəd 450000 manat, 350000 manat, 350000 manat, 300000 manat pulun nağd şəklində təhvil verilməsi ilə bağlı aktı təqdim edərək cavabdehə ümumlikdə ******* manat məbləğində pul verdiyini qeyd etmiş, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də, qeyd edilən məbləğin cavabdeh hüquqi şəxsin hesabına köçürülməsi və ya başqa qaydada nağdsız mədaxil edilməsi öz təsdiqini tapmır. Halbuki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalardır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, xam dərinin tədarükü (alışı) nağd qaydada satın alına bilər. Sadalanan normalardan aydın olur ki, hazırkı borc müqavilələri üzrə borc alan vergi ödəyicisi kimi müvafiq məbləği borc verəndən nağdsız qaydada almalı olduğu halda, "xxxx" MMC-nin direktoru ******* manat məbləğində pulu şəxsən qəbul etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi alınmış pul vəsaitlərinin "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların təmir-tikinti işlərinə sərf edilməsi üçün qəbul etdiyini qeyd etsə də, məhkəmənin təklifinə rəğmən, müvafiq məbləğin hüquqi şəxsin hesabına köçürüldüyü və ya digər qaydada nağdsız mədaxil edildiyinə və bundan sonra əmlakların yaxşılaşdırmasına ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. İş materialları, tərəflərin və üçüncü şəxsin izahatları ilə müəyyən edilir ki, təsisçilərdən bir olan və hüquqi şəxsdə 30,0014% əmlak və pul şəklində paya sahib olan X7 payçısı olduğu hüquqi şəxsdən payının dəyərinin ödəməklə ayrılması və digər tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra hüquqi şəxsdə 67,9986% pul şəklində paya malik olan digər təsisçi İddiaçı hüquqi şəxsə borc vermək görüntüsü yaratmaqla hüquqi şəxsin aktivlərinin azalmasına nail olmaq yönündə hərəkətlər etmiş, qeyd edilən borc müqavilələri, borcun nağd qaydada təhvil verilməsi ilə bağlı aktlar tərtib edilmişdir. Ona görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh hüquqi şəxsə borc verilməsi iş materialları ilə təsdiq olunmur. Ona görə də İddiaçı cavabdeh "xxxx" MMC-yə, (üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa cavabdeh iddianı etiraf etsə də cavabdehin etirafı müstəqil tələb irəli sürən üçüncü şəxs X3 hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ona görə də məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etməyərək mübahisəyə mahiyyəti üzrə baxırmışdır. Həmçinin məhkəmə üçüncü şəxsin "xxxx" MMC barəsində xüsusi qərar çıxarılması ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehə borc verməsi təsdiqini tapmadığından və tərtib edilmiş müqavilələr etibarsız hesab edildiyindən cavabdehin barəsində xususi qərarın çıxarılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddiası rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 1605 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Üçüncü şəxs isə tələbində ödənilmiş 100 manat dövlət rüsumunun tutulması ilə bağlı tələb irəli sürməmişdir. Ona görə də üçüncü şəxs tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu üçüncü şəxsə aidi edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə (üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023- cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-503/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-503/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver