Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-51/2020 13.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «xxxx» KFT MMC-yə qarşı «borc» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonducavabdeh«xxxx» KFT MMC-yəqarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» KFT MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli 017 saylı kredit müqaviləsi üzrə 149998 manat 39 qəpik əsas borc, 249 manat 95 qəpik faiz borcu, 0 manat cərimə, 20449 manat 78 qəpik kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu, cəmi 170698 manat 12 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici qismində təyin edilmişdir. xx xxx 2012-ci il tarixdə İddiaçı ASC və “xxxx” KFT MMC-nin rəhbəri X2 arasında müvafiq olaraq 017 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə “xxxx” KFT MMC-yə bank tərəfindən, xx xxx 2012-ci il tarixli 017 saylı kredit müqaviləsi üzrə illik 6 faiz olmaqla, 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən “xxxx” KFT MMC kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Amma borclu “xxxx” KFT MMC krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. 02 sentyabr tarixinə “xxxx” KFT MMC-nin xx xxx 2012-ci il tarixli 017 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir:149998 manat 39 qəpik əsas borc, 249 manat 95 qəpik faiz borcu, 0 manat cərimə, 20449 manat 78 qəpik kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu, cəmi 170698 manat 12 qəpik. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, İddiaçı ASC ilə«xxxx» KFT MMC arasındaxx xxx 2012-ci iltarixdə bağlanmış 017 saylı kredit müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilmirlər. Buna baxmayaraq, məhkəmədən iddianın təmine dilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, «xxxx» KFT MMC-nin nizamnaməsinə əsasən həmin təsərrüfatın yeganə təsisçisi olmaqla əmlakının mülkiyyətçisidir. «xxxx» KFT MMC ilə İddiaçı ASC arasında xx xxx 2012-ci il tarixdə heç bir kredit müqaviləsi bağlanmamış, bankdan kredit götürülməmiş və kredit üzrə təsərrüfatın adından heç bir ödəniş aparılmamışdır. İddiaçı ASC-nin vəzifəli şəxsləri növbəti dələduzluq edərək, bankın pullarını mənimsəmişlər. Müqavilə bağlanmadığı üçün iddiaçının nümayəndəsi həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Bankdan kredit götürmədikləri üçün iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx xxx 2012-ci il tarixli 017 saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiklərini bildirdi. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «xxxx» KFT MMC-yə qarşı «borc» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «xxxx» KFT MMC-yə qarşı «borc» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-51/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-51/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver