Məhkəmə qərarları › İş №e-2-2(115)-51/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-51/2022

22.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-51/2022 22.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 326184 manat 60 qəpik borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 həmçinin ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılıb qurtaranadək mülkiyyətində olan istixanaya qazın dayandırılmasına yönəlmiş hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-2(115)-689/2021 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı X3 məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən istixanaya qazın verilişinin dayandırılması cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qadağan edilmişdir. Cavabdeh “Azəriqaz” X6 Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)- 689/2021 saylı qərardadından şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-689/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-689/2021 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-689/2021 saylı qərardadından cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(104)-181/2021 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)- 689/2021 saylı qərardadı və həmin qərardadla bağlı 28 iyul 2021-ci il tarixli, 2-2(115)- 689/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-51/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməməsi və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməməsi əsası ilə iddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı X2 nümayəndəsi Nümayəndə İnqilab oğlu məhkəməyə ərizə verərək, məhkəmə iclasında iştirak etməmələrini üzürlü hesab edib işə mahiyyəti üzrə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-51/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-51/2022 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh tərəfindən hesablanmış 326.184 manat 60 qəpik borcun abunə hesabından silinməsi və cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 610 000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-51/2022 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 610 000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbinə ayrıca baxılması daha məqsədəmüvafiq olduğundan ayrıca icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqı barədə müqaviləyə əsasən Şəmkir rayonu Keçili kəndi ərazəsində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qazla təhciz olunmuşdu. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq şişirdilməklə 326.184.60 manat borc hesablanmışdı. Bundan başqa onunla bağlanmış qazın alqı-satqı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişlər. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturaların ona təqdim etməmişlər. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməliydi. Lakin cavabdeh təşkilat tərəfindən iddiçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübut təqdim etməliydi. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, tələb əsassızdır. Tərəflər arasında hazırkı borcla bağlı məhkəmə mübahisələri və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. Məhkəmə qərarlarının surətini məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli AMX-6119/19 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, qaz paylayıcısı olaraq “Azəriqaz” İB istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı X2 abonent saldosundan görünür ki, abonentin 2021-ci il may ayına 326.184.60 manat debitor borcu qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)- 599/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 147716 manat 60 qəpik məbləğində borcun cavabdeh X1 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məbləğin 147.716 manat 60 qəpik hissəsi eyni dövrə aid olmaqla hazırkı iş üzrə mübahisə predmetidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(102)-441/2021 saylı qərarı ilə cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli 22(104)-96/20 saylı qətnaməsi ləğv edilmiş, müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsait cavabdehdən tutulması qərara alınmışdır. Göründüyü kimi iddiaçının əsassəz hesab etdiyi 326.184.60 manat debitor borcun 261.668.80 manat hissəsinin əsaslı olmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Qalan hissənin isə əsassız hesablanması sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-ci il qərarın əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar