Məhkəmə qərarları › İş №e-2-2(115)-514/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-514/2020

19.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-514/2020 19.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binası barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın ləvğ edilməsini, əsassız hesablanmış 1233 (min iki yüz otuz üç) manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binasını icarəyə vermişdir. Mülkiyyətində olan obyektlə bağlı kommunal ödənişlərdə və ya avadanlıqlarda heç bir problem olmamışdır. Lakin heç bir əsas olmadan sayğac sərfiyyatı keçməsi ilə bağlı X9 İstismar Sahəsi tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmiş və həmin akta əsasən icarəyə götürdüyü obyektə 2300 manat cərimə yazılmışdır. Məhz bu səbəbdən də X3 Cavabdehnə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binası barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsini, əsassız hesablanmış 2300 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(115)-31/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixli bildirş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, qeyri-yaşayış binası ilə bağlı akta əsasən hesablanmış 2367.40 manat cərimənin hesabat dörü 180 gündən 90 günə azaldılaraq 1183.70 manat məbləğində borc silinmişdir və hazırda cərimə məbləği 1183.70 manat təşkil edir. Bununla əlaqədar olaraq həmin cərimə borc məbləğinin xx xxxxxxx 2019-cu il tarixədək ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə müəssisənin qaz təminatı dayandırılacaqdır. Bundan sonra yəni, xx xxxxxxx 2019-cu il tarixli akt əsasında debitor borcu səbəbindən 14169236 nömrəli bağlayıcı plomb vasitəsi ilə dayandırılmışdır. Ona görə də həmin iş üzrə iddiaçı Ə.Məmmədov iddianın təmin tədbiri ilə bağlı ərizə ilə müraciət etmiş və Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binasına qazın verilişinin bərpa edilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(115)-31/2020 saylı qətnaməsi ilə iddianı təmin etməyərkən qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi qeyd edilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi hazırki iş üzrə iddiaçı Ə.Məmmədovun mülkiyyətində olmamış, obyekt sonuncuya icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Belə olan halda iddiaçının hazırki tələb üzrə subyektiv hüquqları istisna edilmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, həmin akt qanunsuzdur. Belə ki, həmin aktı onunla əsaslandırmışlar ki, sayğacda sərfiyyat düzgün göstərilməmişdir. Qeyd olıınan sərfiyyatla bağlı göstəricinin düzgün olmamasını əsas sübut kimi isə özləri tərəfindən sayğaca quraşdırılmış xronomentrajla əlaqələndirirlər. Həmin xromentrajda isə sutkalıq qaz sərfiyyatı çox göstərilmişdir. Belə çıxır ki, cavabdeh təşkilat xronomentraja əsasən qaz sərfiyyatının çox olması qənaitinə gəlmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, “Cavabdeh" İstehsalat Birliyi barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edir ki, “Cavabdeh" İstehsalat Birliyi tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binasına qazdan istifadəyə görə əsassız hesablanmış 1183,70 manat borc məbləğinin silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış iddiaçının mülkiyyətində olmaqla restoran kompleksi kimi fəaliyyət göstərir. Qazın alqı-satqısı müqaviləsini restoranın əvvəlki icarədarı X4 xx.xx.2015-ci il tarixdə bağlamışdır. Həmin restoran kompleksi “Ozan” adı ilə fəaliyyət göstərdiyi vaxt cavabdehin işçiləri restoranda yoxlama aparmışlar. Yoxlama aparılması qanuna uyğun olmamış və reyestrə daxil edilməmişdir. Cavabdehin nümayəndəsi 1183 manat 70 qəpik dəyərində qazdan istifadə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən və həmin borc qanunsuz yazıldığından iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya məxsus “Ozan” restoranında sayğaca texniki baxış keçirilən zaman kombi və iri həcmli məişət tipli avadanlıqlar aşkar edilmişdir. Sayğacda heç bir nöqsan aşkar edilməmiş, qaz sərfi aşıldığına görə sayğac sərfiyyatı qeydə almamışdır. Təbii qazdan istifadəyə görə iddiaçıya 1183 manat 70 qəpik məbləğində borc hesablanmışdır. Həmin borc sayğac üzrə hesablanmamışdır. Onlar müqavilə tərəfi olduqları üçün yoxlama aparmaqlarını reyestrə daxil etməmişlər. Belə ki, Qazdan istifadə qaydalarının 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı istehlakçının istismarında olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Borca gəldikdə isə, əvvəlcə borc 180 gün müddətinə hesablansa da, 2019-cu ilin oktyabr ayında 90 gün müddətinə hesablanaraq 1183 manat 70 qəpik müəyyən edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısaqısı barədə xx xxxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1080.8 kv/m olan qeyri-yaşayış binasını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G-6, nömrəsi 24338081 qeyd edilmişdir. Qaz sayğacının quraşdırılması barədə ******* saylı aktdan görünür ki, G-6 markalı 24338081 nömrəli sayğac iddiaçının ünvanına xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə RQİİ-nin Gəncə XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Əhməd Cəmil küçəsində yerləşən “Ozan” restoran kompleksində olan qaz cihazları yoxlanılmış və qaz cihazlarının saatlıq qaz sərfi sərfiyyatdan artıq olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Səmədov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən “Ozan” restoran kompleksinə aid G-6 markalı 24338081 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 15.48 m3/saat olduğu aşkar edilmişdir. Orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz sərfinə uyğun hesablanmış və nəticədə 11837 m3 yəni, 2367 manat 40 qəpik məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin oktyabr ayına qalıq və aktlar üzrə qaz sərfiyyatına görə iddiaçıya 1183 manat 70 qəpik borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sahibkarlıq fəailiyyətinin həyata keçirildiyi iddiaçıya məxsus “Ozan” restoran kompleksində qaz qurğularına baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 1183 manat 70 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sahibkarlıq fəailiyyətinin həyata keçirildiyi İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən “Ozan” restoran kompleksində qaz qurğularına baxış keçirilərək yoxlama aparılarkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən “Ozan” restoran kompleksinə (abonent kodu: **********01810) hesablamış 1183 manat 70 qəpik məbləğində borc (sərfiyyat haqqı) Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən “Ozan” restoran kompleksinə (abonent kodu: **********01810) hesablamış 1183 manat 70 qəpik məbləğində borc (sərfiyyat haqqı) Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar