Məhkəmə qərarları › İş №e-2-2(115)-52/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-52/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-52/2023 16.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh Quliyev Oruc Akif oğlunun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quliyev Oruc Akif oğluna və Cavabdeh1 Kazım qızına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Quliyev Oruc Akif oğluna və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quliyev Oruc Akif oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, nzaz12368 saylı Kredit müqaviləsi üzrə 39588,07 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19602,24 manat məbləğində faiz borcu və 1709,11 manat məbləğində dəbbə borcu, cəmi 60899,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və ilkin mediasiya xidməti üçün ödənilmiş 400 manat rüsumun, cəmi 440 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə X3 məxsus Şəmkir şəhəri, X10 küçəsi 12 ünvanında 0,08 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 117,5 m² olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Quliyev Oruc Akif oğlunun xx.xx.2020-ci il tarixli, 12368 saylı Kredit müqaviləsi üzrə cəmi 60899,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun vəilkin mediasiya xidməti üçün ödənilmiş 400 manat rüsumun, cəmi 440 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə X3 məxsus Şəmkir şəhəri, X10 küçəsi 12 ünvanında 0,08 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 117,5 m² olan fərdi yaşayış evindən Cavabdeh1, X1 çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, 12368 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh Quliyev Oruc Akif oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quliyev Oruc Akif oğlunun kredit müqaviləsi üzrə 2357,6 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 39588,07 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 24825,99 manat məbləğində faiz borcu, cərimə borcuna görə 1709,11 manat olmaqla, cəmi 66123,17 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, "xxxx" MMC-yə 500 manat, Gəncə 1 saylı Mcdiasiya təşkilatına 400 manat rüsumun, cəmi 940 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə X6ma məxsus Şəmkir şəhəri, X10 küçəsi 12 ünvanında 0,08 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 117,5 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predırıetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Quliyev Oruc Akif oğlunun xx.xx.2020-ci il tarixli, nzazl 2368 saylı Kredit müqaviləsi üzrə cəmi 66123,17 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması Üçün ödənilmiş 40 manat, "xxxx" MMC-yə 500 manat, Gəncə 1 saylı Mediasiya təşkilatına 400 manat rüsumun, cəmi 940 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə X6ma məxsus Şəmkir şəhəri, X10 küçəsi 12 ünvanında 0,08 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 117,5 m2 olan fərdi yaşayış evindən X1 çıxarılması və əmlakın boşaldılması, İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, nzaz 12368 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh Quliyev Oruc Akif oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Quliyev Oruc Akif oğlunun nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 vəfat etmişdir və bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə aşağıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, cavabdehlərdən X4 xx.xx.2020-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2022-ci il tarixdə tarixdə vəfat etmişdir. Göründüyü kimi İddiaçı ASC ölmüş şəxslərə qarşı iddia qaldırmış, iddia ərizəsinin surətini ölmüş şəxslərin ünvanına göndərmişdir. Onların adını iddia ərizəsində cavabdehlər sırasına daxil etmişdir. Sonradan məhkəməyə ərizə təqdim edərək vəfat emiş şəxslərin ədının ərizədən çıxarmış olsa da, iddia qaldırılarkən yol verilmiş pozuntu bununla aradan qalxmır. Belə ki, vəfat etmiş Cavabdeh1 Kazım qızı ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisisidir. Onun adının çıxarılması mövcud çatışmazlığı aradan qaldırmır və iddia ərizəsi məhkəməyə təqdim edilərkən yol verilmiş natamamlıq öz yerində qalır. Belə ki, ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə kimlərin cavabdeh olması yenə də bəlli deyildir. Bu məsələ iş üzrə keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndəsi ilə müzakirə olunmuş, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların növbəti iclasa qədər aradan qaldırılması ona təklif edilmişdir. İddiaçıya izah olunmuşdur ki, vəfat emiş şəxslərin adlarının ərizədən çıxarmaqla deyil, ipoteka qoyan şəxsin mirası qəbul etmiş vərəsəsinin və ya vərəsələrinin adlarının cavabdehlər sırasında göstərməklə iddia ərizəsini mövcud qaydalara uyğunlaşdıra bilər. Lakin. bu təklifə iddiaçı tərəfindən əməl edilməmişdir. Odur ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələbinə uğun tərtib eilmədiyindən və işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmadığından ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya isə izah olunmalıdır ki, ipoteka qoyan şəxsin mirası qəbul etmiş vərəsəsini və ya vərəsələrini cavabdeh kimi göstərməklə iddia tələbini yenidən təqdim edə bilər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Maddənin məzmunundan göründüyü kimi, iş üzrə tərəf olan şəxs işin məhkəmə icraatı zamanı vəfat etdikdə bu qayda tətbiq edilir. Hazırkı iş üzrə vəziyyət belə deyildir, cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi məhkəmə verilənədək vəfat etmişdir. İddia ərizəsində ölmüş şəxslərin adı cavabdeh kimi göstərilməklə tələb Mülki-Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quliyev Oruc Akif oğluna və Cavabdeh1 Kazım qızına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar