Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-536/2021 24.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı müqavilənin,həmin müqaviləyə dair razılaşmanın ləğv edilməsi və borc tələbinə dair ərizəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçıSC ilə bağladığı 26.07.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən borcalan – fərdi sahibkar Cavabdeh1 (VÖEN **********) sahibkarlıq məqsədləri üçün (dövriyyə və əsas vəsaitlərin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi üçün) 26.07.2029-cu ilədək, 120 ay müddətinə illik 30%-dən artıq olmamaq şərtilə 1 000 000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin 1.1 bəndinə uyğun olaraq bank və borcalan arasında imzalanmış 29.07.2019-cu il tarixli 1 №-li razılaşmaya əsasən borcalana 29.07.2022-ciilədək qaytarmaq və illik 15 % ödəmək şərti ilə 250 000 manat kredit verilmişdir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalanın 07.05.2021-ci il tarixə banka olan borcunun məbləği a)əsas borc üzrə 210536.63 AZN; b) faizlər üzrə 31864.86 AZN təşkil edir. Borcalan və bankla bağladığı zaminlik müqavilələrinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zaminlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər – İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.07.2019-cu iltarixli 19003- 038/743243 №-li kredit limitimüqaviləsinin, həmin müqaviləyə dair 29.07.2019-cu iltarixli 1 №-li razılaşmanın ləğv edilməsi; – Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə 210536.63 manat əsas kredit borcunun və 31864.86 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat,cəmi 242431.49 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 26 may 2021-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılması xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizəyə münasibət olaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı müqavilənin,həmin müqaviləyə dair razılaşmanın ləğv edilməsi və borc tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-536/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-536/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver