Məhkəmə qərarları › İş №e-2-2(115)-54/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-54/2022

05.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-54/2022 05.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddaçı arasında bağlanmış müqavilələrin ləğv edilməsi və cavabdehə müqavilələr üzrə ödənilmiş 132726.91 manat və 3798.03 manat, cəmi 136524.94 manat məbləğin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğin cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31/07/2017 saylı, 31 iyul 2017-ci il tarixli və 28/09/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli Alqı-satqı müqavilələrinə (bundan sonra – Müqavilələr) əsasən cavabdeh müqavilələrlə müəyyən edilmiş malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malların qəbul edilməsi və haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilələrə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan malları iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilələr üzrə təhvil verilən mallar müqavilələrlə şərtləşdirilmiş keyfiyyətdə olmamış və cavabdeh tərəfindən müqavilələrin 3.1.1-ci yarımbəndi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Qeyd edilən hallarla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nə malların keyfiyyətində aşkar edilmiş qüsurlar aradan qaldırılmış, nə də ki, müqavilənin tələblərinə əsasən eyni malla əvəz edilmişdir. İş prosesinin dayanmaması məqsədilə iddiaçı tərəfindən yaranmış çatışmazlığın öz hesabına aradan qaldırılmasına cəhd edilmiş, lakin yaranmış qüsurlar aradan qaldırıla bilməyən və aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olduğu üçün bu mümkün olmamışdır. Müqavilələr üzrə cavabdehə ödənilmiş 132726.91 manat (31.07.2017-ci il tarixli Müqavilə üzrə) və 3 798.03 manat (28.09.2018-ci il tarixli Müqavilə üzrə) olmaqla cəmi 136524.94 manat məbləğin iddiaçıya 15 gün ərzində geri ödənilməsi üçün pretenziya göndərilsə də cavabdeh tərəfindən qeyd edilən məbləğ iddiaçıya ödənilməmişdir. Müqavilələrin 4.3 və 4.3.1-ci yarımbəndlərinə əsasən cavabdeh aşağıda göstərilən şərtlərə əməl etmədikdə iddiaçının Müqaviləyə birtərəfli xitam vermək və Müqavilə ilə razılaşdırılmış məbləği ödəməmək və ya ödənilmiş məbləği geri tələb etmək hüququ yaranır: cavabdeh keyfiyyətsiz və ya Müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərindən əlavə Cavabdehndən iddiaçı "xxxx" ASC-nin xeyrinə 100000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC-nin cavabdeh ilə arasında bağlanmış müqavilə üzrə ödənilmiş 132726.91 manat və 3798.03 manat, ümumilikdə isə 136524.94 və ödənilmiş 30 manat dövlət rüsumunun cavabedən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 31.07.2017 saylı, 31.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 27538.64 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 27568364 manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idda ərizəsi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında 31.07.2017-ci il tarixli 31.07.2017 saylı və 28.09.2018-ci il tarixli 29.09.2018 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyən edilən malların “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən alınan malların dəyəri və ödəniş qaydası müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdirilir və Azərbaycan manatı ilə həyata keçirilir. 31.07.2017-ci il tarixli müqavilənin ümumi dəyəri 80996(səksən min doqquz yüz doxsan altı) ABŞ dolları təşkil edir. 31.07.2017-ci il tarixli Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə ödəniləcək məbləğin 50 % ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılacaq, qalan 50 % isə 6 ay ərzində bərabər hissələrlə ödənilməsi nəzərdə tutur. 09.08.2017-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh hesabına “Alıcı” tərəfindən 69008,59 manat, 28.02.2018-ci il tarixli hesabdan çıxarışa əsasən 6892,76 manat və 05.07.2018-ci il tarixli hesabdan çıxarışa əsasən 36579,05 manat, ümumilikdə isə 112477.40 manat məbləğində pul ödəmişdir. Daha sonra bu müqavilənin 3.2.1-ci bəndi “Alıcı” tərəfindən pozulmuş və nəticədə “Satıcı”ya 27538,64 manat məbləğində borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan malları iddaçıya verməyi öz öhdəsinə götürmüşdür. Lakin Müqavilələr üzrə təhvil verilən mallar müqavilələrlə şərtləşdirilmiş keyfiyyətdə olmamış və cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Bununla da ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli 2- 2(115)-746/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2022-ci il tarixli 5/1386 №-li məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli 2-2(115)-746/2021 saylı qərardadı ilə ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamış, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İşə əlavə edilmiş 31 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh malları alıcıya verməyi, alıcı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndində qeyd edilir ki, malları əlavələrdə müəyyən olunmuş müddət ərzində çatdırmalı, təhvil verməlidir. 3.2.3-ci bəndində qeyd edilir ki, alıcı təqdim edilmiş mallarda qüsur, nöqsan və ya çatışmazlıq aşkar etdikdə, malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların satıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını və qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarına malikdir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün 0,05 % miqdarında cərimə tələb olunur. 4.3.1-ci bəndində qeyd edilir ki, satıcı keyfiyyətsiz və ya bu müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə(aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edilidkdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). 31.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, 31.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ümumi dəyəri 80996 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50 % ödənildikdən sonra 15 gün ərzində sifarişin çatdırılması, qalan 50 % isə 6 ay ərzində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulur. İşə əlavə edilmiş 28 sentyabr 2018-ci il tarixli 28.09.2018 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh malları alıcıya verməyi, alıcı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndində qeyd edilir ki, malları əlavələrdə müəyyən olunmuş müddət ərzində çatdırmalı, təhvil verməlidir. 3.2.3-ci bəndində qeyd edilir ki, alıcı təqdim edilmiş mallarda qüsur, nöqsan və ya çatışmazlıq aşkar etdikdə, malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların satıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını və qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarına malikdir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün 0,05 % miqdarında cərimə tələb olunur. 4.3.1-ci bəndində qeyd edilir ki, satıcı keyfiyyətsiz və ya bu Müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə(aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edilidkdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). 28.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavələrdən görünür ki, 28.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ümumi dəyəri 2600 ABŞ dolları və 590 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50 % ödənildikdən sonra 15 gün ərzində sifarişin çatdırılması, qalan məbləğin mal təhvil verildikdən sonra ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədə uyğun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Beləliklə, ilkin iddia üzrə mal və avandanlıqlarda qüsurların olması, və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyrimümkünlüya barədə iddiaçı "xxxx" ASC tərəfindən sübütlar təqdim edilməmişdir. Cavabdeh təqdim etdiyi, 2019-cu ilin yanvar ayında tərtib olunmuş aktlarda avadanlıqların saz və işlək vəziyyətdə olması göstərilmişdir. Həmin aktlar Cavabdeh "xxxx" İKB ASC ("xxxx" ASC-nin) yerli filallarının nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Məhkəmə “WhatsApp” yazışmaları barədə qeyd edir ki, yazışmanı aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin şəxslərin işçiləri olsalar da, onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış yazışmanı ehtiva eləmir. Təqdim olunmuş məlumatdan göründüyü kimi həmin yazışmalar 03.09.2017-ci il tarixdən 25.04.2019-cu il tarixədək olan müddətl əhatə edir. Bundan başqa, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 589.2-ci maddəsinə görə əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Maddənin məzmumundan göründüyü kimi müddətin axımı qüsurların aşkar edilməsi anından deyil, malların təyinat yerinə çatdırıldığı vaxtdan başlanır. İş üzrə sənədlərdən göründüyü kimi verilmiş əşyaların qarantiya müddəti barədə sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə qüsurlarlardan irəli gələn tələblərlə bağlı daha uzun müddət müəyyən olunmamışdır. İş üzrə sənədlərdən göründüyü kimi malların təhvil verilməsi 2017-2018-ci illərdə həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da 2 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə müqavilələrin ləğvinə dair onu qeyd edir ki, müqavilələrdə onların qüvvədə olma müddəti təqvim üzrə göstərilməmişdir. İşin hallarından göründüyü kimi müqavilələr icra olunmuşdur. Müqavilələrin qüsurlu icrası sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə onu qeyd edir ki, 31.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC-nin ödənilməmiş borcunun olması sübutlarla təsdiqini tapmamışdır. Belə ki, həmin müqaviləyə olan 20.02.2018-ci il tarixli, 1 saylı Əlavədən görünür ki, 31.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ümumi dəyəri 80996 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50 % ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılmalı, qalan 50 % isə 6 ay ərzində bərabər hissələrlə ödənilməlidir. Qarşılıqlı iddiaçının tərtib və təqdim etdiyi 13.08.2021-ci il tarixli , 159 nömrəli arayıda göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 dekabr 2018-ci il tarixdə təqdim olunmuş 756 saylı hesab faktura üzrə ödəniş olmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair ilkin iddiası təmin edilməsin. İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş rüsumlar tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyevi ilə d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar