Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-541/2021 18.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndələri X10 və Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 95.000 manat maddi ziyanın, əldən çıxmış faydaya görə 544.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci ildən Şəmkir rayonunda istilikxana fəlaiyyəti ilə məşğul olur. 2,25 hektar istilikxana yaratmışdır və növbəli şəkildə kənd təsərrüfatı məhsulları istehsal edir. İstilikxana ilə bağlı bütün təsərrüfat fəaliyyətini nümayəndəsi olan əri Tofiq Əsədov həyata keçirmişdir. Cavabdeh İB-nin X27 İstismarı İdarəsi ilə “təbii qazın alqı-satqısı”na dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə mülkiyyətində olan istilikxananın qaz təminatı qaz paylayıcı öz öhdəsinə götürmüşdür. Növbəti mövsüm üçün 2020-ci ilin noyabr ayında mülkiyyətində olan istixanada pomidor bitkisi əkilmişdir. İstixanada olan bitkilərin yetişdirilməsi üçün Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməklə təbii qaz verilmədiyindən dizel yanacağından istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh İB tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsinə görə məhkəməyə müraciət edilmiş və Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-2(115)-932/2020 saylı qərardadla mülkiyyətində olan istilikxanaya təbii qazın verilməsinin bərpa edilməsi və qəradadın dərhal icra edilməsinə qərar verilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi qərardadın icrasını dərhal tələb edilməsi ilə bağlı müvafiq tədbirlər görsə də Cavabdeh İB-in X27 İstismar İdarəsi tərəfindən qərardad icra edilməmişdir. Nəticədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azəriqaz” İB-in X27 İstismar İdarəsinin vəzifəli şəxsi barəsində verdiyi təqdimata Şəmkir rayon Məhkəməsində baxılaraq məhkəmənin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarı ilə Azəriqaz” İB-in X27 İstismar İdarəsinin müdiri X21 Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə olunmuşdur. Qərardan verilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılaraq Məhkəmənin 10 fevral 2021-ci il tarixli, 3(104)-54/2021-ci il tarixli qərarı ilə inzibati iş üzrə Şəmkir rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanması qərara alınmışdır. Cavabdeh İB-in X27 İstismar İdarəsinin vəzifəli şəxslərinin məhkəmə qərardadını icra etməməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, o bir müddət istilikxanada olan bitkiləri dizel yanacağından istifadə etməklə istilik təminatını ödəmişdir. Ancaq dizel yanacağının qiymətlərinin artması və eləcə də qaz təminatının bərpa edilməsi ilə bağlı cavabdeh təərəfindən məhkəmə çəkişmələrinin uzadılması müəyyən müddət davam etməsi nəticəsində istilikxanada olan bitkilərin istilik təminatını öz hesabına dizel yanacağı ilə təmin edə bilməmişdir. Nəticədə 2021-ci ilin fevral ayında istilikxanada olan pomidor şitilləri tam olaraq soyuqdan məhv olmuşdur. Onun tərəfindən mülkiyyətində olan 2,25 ha. istilikxanada çəkilmiş xərclər aşağıda göstərilən məbləğdə olmuşdur: 1. 68.000 pomidor şitillərinin dəyəri - 40.000 manat; 2.60 ton dizel yanacağının dəyəri - 36.000 manat; 3. mineral kübrələr və zəhərli dərmanlar cəmi - 7.000 manat 4. Əkilmə, becərilmə üçün günəmuzd işçilrə əmək haqqı - 12.000 manat. Beləliklə istilikxanada pomidor məhsulunun əkilməsinə, becərilməsinə çəkilmiş xərclərə görə ümumi ziyan 95.000 manat təşkil etmişdir. Bundan başqa o sahibkar olaraq pomidor məhsullarının cavabehin bir başa qəsdlə olan hüquqa zidd hərəkətləri, məhkəmə qərarını icrasını təmin etməməsi nəticəsində gəlirlərindən məhrum olmuşdur. Belə ki, hər bir pomidor bitkisindən orta hesabla 4 kq pomidor məhsulu götürməklə 272.000 kq pomidor məhsulu götürməkdən məhrum olmuşdur. Pomidor məhsulunun topdan satış qiymətinin 2021-ci ilin fevral-mart aylarında 1 kq görə orta hesabla 2 manat olmasını nəzərə alsaq 544.000 manat əldən çıxmış gəlirlərə görə ziyan çəkmişdir. Beləliklə onun çəkdiyi xərclərə görə 95.000 manat, əldən çıxmış faydaya görə 544.000 manat olmaqla cəmi pulun cavabdeh “X6 alınaraq ona ödənilməsini iddia edir. İddiaçı nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 17000 manat məbləğində toxum almışlar. Şəmkir yolunda “333” mağazasından ştil almışlar, lakin qaimə verilməmişdir. 2020-ci ilin noyabr ayında 2 ha çox istixanaya 68000 şitil əkmişdilər. 1 şitildə 4 zanbaq, hər zanbaqda 7-8 ədəd pomidor olur. 1 şitil ən azı 4 kq, ən çoxu 10 kq məhsul verə bilər. Cavabdeh təşkilat qazın verilməsini dayandırmışdır. Daha sonra Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin qazın verilməsi bərpa olunmamışdır. Sayğacın olmamasını bəhanə edərək qaz verilməmişdir. Başqa rayondan sayğac gətirilmiş, lakin qaz idarəsi sayğacı xəttə qoşmamışdır. Bu günədək, məhkəmənin qərarı icra edilməyərək sayğac qoşulmamışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı digər nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdehlə aralarında 2018-ci ildə bağlanılmış müqavilə vardır. 2020-ci ilin payız aylarında əkin üçün hazırlıq işləri görülmüş, lakin Cavabdeh İB öhdəliyini yerinə yetirməmişdir, səbəb kimi isə borcun olması deyilmişdir. Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmə iddianın təmin tədbiri barədə qərardad qəbul etmişdir. Təqdimat verilməsinə baxmayaraq qərardadd icra edilməmişdir. Yanvar ayının 5-dən başlayaraq 60 ton dizel yanacağından istifadə edilmişdir. Don vurma nəticəsində bitkilər çox qısa müddət ərzində məhv olmağa başlamışdır. 66660 ədəd şitil məhv olmuşdur. Pomidorun qiyməti 2 manat, 2 manat 50 qəpik olmuşdur, qiyməti və məhsuldarlığı orta hesabla götürmüşlər. Sahibkar olan iddiaçıya külli miqdarda zərər dəymişdir. Əldən çıxmış fayda ilə bağlı mütəxəssisə müraciət etmişlər. Əlavə xərclər günəmuzd işçilərə verilən pullardır. 2019-cu ilin mart ayında Şahnazın sayğacını yerinə qoymuşdular. Tofiq Əsədov dəfələrlə müraciət etmiş, qarşı tərəf qərəzli olaraq qazı bərpa etməmişdir. Tofiq Əsədov heç bir hərəkət etməmişdir. 8 aydan artıq müddət keçsə də, məhkəmənin qərarı icra olunmadan qalmışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, məhkəmə qərarının icrası mümkün deyildir. Bu fikrə gəlinməsin ki, bunu qərəzli edirlər. Belə ki, 650-lik sayğaz Cavabdeh İB-də mövcud olmamışdır. Bu yaxınlarda sayğacı quraşdırmaq istəmişlər, lakin iddiaçı tərəf aktı imzalamamışlar. Ziyana münasibətdə deyə bilər ki, müqavilə 1 il müddətinə bağlanılmışdır. 2019-cu ilin may ayında tərəf bildirmişdir ki, sayğac oğurlanmışdır. Yeni müqavilə bağlanarsa tərəfə qaz verilir. Sahibkar əkin edəndə əvvəlcədən planlaşdırmışdır. Burada onların zərər vurmasından söhbət gedə bilməz. Əgər onlar qazı quraşdırıb, sonra dayandırsaydılar onda zərər vurulması hesab oluna bilərdi. Heç bir təqsirləri yoxdur. Şitillərin soyuqdan və ya aqrotexniki qulluğun olunmamasından məhv olma səbəbi bilinmir. 02 yanvar 2021-ci ildə akt tərtib edilmişdir ki, İddiaçı dəmir ötürücü ilə qazı bərpa etmişdir. Kür QPS mühafizə edilmir. Çəpərin içərisində ümumi Kür QPS yerləşir və onu Qaz İxracı İdarəsi mühafizə edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Keçili kəndində İddiaçı adına olan istixana tərəflər arasında bağlanılmış 24 dekabr 2018-ci il tarixli GA-676 saylı müqavilə əsasında ilkin olaraq 1 il müddətinə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəf müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, 01.04.2019-cu il tarixədək istixanada təbii qazdan istifadəyə görə 93261 manat 60 qəpik borcu yaranmışdır. Borcun İddiaçı tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Eyni zamanda iddiaçı X11rşı iddia qaldırmış, 86879 manat 40 qəpik borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırmasından sonra iddiaçının iddiası təmin edilsə də, qətnamədən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-191/2021 saylı 18.05.2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə İddiaçı Birliyə olan 27718 manat 96 qəpik manat borcu apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən tanınmışdır. 01.01.2019-cu il tarixdən 01.05.2020-ci il tarixə qədər isitmə mövsümü ərzində təbii qazdan istifadə edilib tam ödəniş aparılmamaqla yenidən 66762 manat borc məbləği yaradılmışdır. Bununla bağlı abonentə pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə abonent tərəfindən heç bir tədbir görülməmiş, ödəniş aparılmamışdır. İddiaçının ünvanında 2019-2020-ci qeyd edilən mövsüm ili ərzində sırf sayğac göstəricisinə əsasən istehlak olunmuş təbii qazın dəyəri ödənilmədən məhkəmədə Birliyə qarşı yenidən iddia qaldırılmışdır. Halbuki, Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarında, həmin qərar əsasında bağlanılmış qeyd edilən müqavilədə yaranmış borcun ödənilməsi şərtləri tərəflər üçün məcburi xarakter daşımalıdır. Belə ki, 24.12.2018-ci il tarixli GA-676 saylı müqavilənin 2.2.6.4-cü bəndində istehlakçı tərəfindən borc tam ödənilmədiyi halda paylayıcının istehlakçıya verdiyi qazı dayandırmaq hüququ vardır. Bundan başqa iddiaçı tərəfin istinad etdiyi 24.12.2018-ci il tarixli GA-676 saylı təbii qazın alqı-satqısına müqavilənin 7.2-ci bəndində göstərilir ki, müqavilənin müddəti tərəflərin razılığına əsasən 1 il müəyyən edilir. İddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası mümkün olmamışdır. e-2-2(115)-541/2021 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, İddiaçı şitillərinə o baxmış, dərmanlamışdır. Ona toxum alınıb verilmiş, o da əkilmək üçün yetişdirmişdir. 1 paketi 35 qəpikdən 68 paket toxum verilmişdir. Hər paketdə 1000 ədəd toxum olmuşdur. Təhvil verilənə qədər toxumun yetişdirilməsi üçün bütün xərcləri çəkmişdir. 68000 toxum vermiş, 3800 manat pul almışdır. Ümumilikdə 23800 manat veriləcək olmuşdur. 3800 manat ödənilmiş, 20000 manat qalmışdır. 2020-ci il avqust ayında toxumları əkmiş, oktyabr ayına kimi şitillərin hamısını təhvil vermişdir. Şitillərin verilməsi ilə bağlı dəftərində qeydiyyat aparmışdır, lakin ayrı-ayrı vaxtlarda nə qədər və hansı maşınlara verilməsi ilə bağlı qeydiyyatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirdi ki, dekabr və yanvar aylarında hər gün Ramizin yanacaq məntəqəsindən İddiaçı istixanasına 0,5 və 1 ton dizel yanacağı daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirdi ki, İddiaçı istixanasında briqadir işləyir. Gündəlik olaraq işçilərə 13 manat pul verilmişdir. Sürücü Fədayıl işçiləri Kür qəsəbəsindən gətirmişdir. İşçilər şitillərə qulluq etmişlər. İşçilərə verilən pulların qeydiyyatını aparmışdır, təxminən aya 12000 manat xərc çıxmışdır. İş materiallarına əlavə olunmuş qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-saqısı barədə 24 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G-650, nömrəsi 83044878 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli e-2-2(115)-932/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə İddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsi Cavabdehə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 3(104)-54/2021 saylı qərarından görünür ki, X7 Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli e-2-2(115)-932/2020 saylı qərardadını icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, X12 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı, Bələdiyyənin kənd təsərrüfat mütəxəssisi X4, Bələdiyyənin sədr müavini X13, X1 və X2 iştirakları ilə 21.01.2021-ci il tarixdə Şəmkir rayonu Keçili kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, İddiaçı müraciətinə əsasən onun 2 ha 25 sot istilikxanasına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxılan istilikxana 3 hissədən ibarətdir. 1-ci hissə yəni 1 ha 8 istilikxanadan ibarətdir. Hər istilikxanada 25 metr uzunluğunda 56 cərgə vardır. İstilikxananın 4 ədədinə pomidor şitilləri 30 sm-dən vurulmuşdur, qalan 4 ədədinə 40 sm-dən əkilmişdir. Beləliklə baxış zamanı məlum olmuşdur ki, 1 ha istilikxanada 30 min 240 ədəd pomidor şitili əkilmişdir. 2ci hissə 171 cərgədən ibarət olmaqla hər cərgənin uzunluğu orta yol ilə birgə 64 m-dir. Hər cərgəyə şitillər 30 sm-dən əkilmişdir. Beləliklə 2-ci hissənin də 1 ha ərazisinə 30.780 pomidor şitili əkilmişdir. 3-cü hissə 25 sot olmaqla 47 cərgədən ibarətdir. Hər cərgənin uzunluğu 48 m-dir. Hər cərgəyə şitil 40 sm-dən əkilmişdir. Beləliklə 25 sot istilikxanaya 5640 ədəd pomidor şitili əkilmişdir. 2 ha 25 sot istilikxanaya baxış zamanı məlum olmuşdur ki, əkilmiş 66660 ədəd pamidor şitili soyuqdan donaraq məhv olmuşdur. Kənd təsərrüfatı mütəxəssisləri tərəfindən donmuş şitillərə baxış zamanı heç bir xəstəlik tapılmamışdır. Pomidor şitillərinin üzərindəki məhsuldan və şitilin sənədlərindən məlum olmuşdur ki, pamidor şitillərinin sortu yeni və məhsuldar sort olan "AHV" sortudur. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri, dosent X8, Bitki mühafizə kafedrasının dosenti X9 və sahibkar İddiaçı iştirakları ilə tərtib edilmiş 20.02.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, 17 fevral 2021ci il tarixdə Şəmkir rayonu Keçili kəndi ərazisində istixana şəraitində tərəzçiliklə məşğul olan İddiaçı ADAU-ya yazılı müraciəti əsasında ona məxsus 2,25 hektar istixanada monitorinq aparılmışdır. İstixanaya (2,25 ha) 90 x 30 sm hibridinin şitilləri əkilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixananın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşmüşdür. Bitkinin bioloji tələbi 22 + 7 dərəcə olduğunu nəzərə alaraq belə aşağı temperaturun (+4+5 dərəcə) bitkinin müxtəlif orqanlarına öldürücü təsir göstərəcəyi aydın görünür. Sahibkar İddiaçınm nümayəndəsi X19 bildirmişdir ki, istixanaya təbii qaz verilməsi Azəriqaz İB tərəfindən təmin edilmədiyi üçün istixana hazırda qızdırılmır. Ziyanın qarşısını almaq məqsədi ilə 60 tondan artıq dizel yanacağı istifadə edilsə də, maddi imkan olmadığı üçün istixananı istiliklə təmin edilməsini davam etmək mümkün olmamışdır. Məhz bu amilin təsiri nəticəsində əkilmiş şitillər 7-9 yarpaq inkişaf mərhələsində bütünlüklə donvurmaya məruz qalmışdır. Müayinə üçün istixananın müxtəlif yerlərindən bitki nümunələri götürülmüşdür. Müayinə olunan pomidor bitkilərini qidalandıran kök, yarpaq və gövdə hissələrində heç bir xəstəlik, quruma, həşəratlar tərəfindən zədələnmə aşkar edilməmişdir. İstixanada olan bütün şitillər eyni vəziyyətə malik olmaqla, aşağı becərilməsində hər hansı bir aqrotexniki çatışmazlıq və ya zərərli orqanizmlərlə yoluxması aşkar edilməmişdir. Aparılan müşahidələr göstərmişdir ki, donvurma nəticəsində bitkinin bütün yerüstü orqanları (yarpaq, gövdə, çiçək) məhv olmuşdur. İstixanada əkilmiş pomidor AHU F1 hibridinin şitillərinin ümümi sayı 68000 ədəddir. Bitkinin bioloji məhsuldarlığı (AHU F1 hibridi) becərmədən və düşdüyü şəraitdən asılı olaraq hektarda 120-150 tondur. Sahibkar İddiaçı məxsus istixananın texniki quruluşuna uyğun olaraq gözlənilən məhsuldarlıq müəyyən olunmuşdur. Əkində istifadə olunan pomidor (AHU F1) hibridi salxım çiçək qrupunda məhsul verir. Hər salxımda 4-5 ədəd pomidor meyvəsi formalaşaraq saxlanılır. Pomidorun 1 ədədinin çəkisi 200-250 qram olur. Belə istixanalarda hər bitki üzərində 5-6 ədəd meyvə salxımı saxlanılır. Bir salxımın ümumi çəkisi 0,8-1 kq olduğunu və hər bitki üzərində ən azı 5 salxımın formalaşacağını nəzərə alsaq, onda bir bitki üzərində olan məhsul 0,8 kq (bir salxımın çəkisi) x 5 salxım(bir bitkidə salxımların sayı) = 4 kq məhsul. 68000 ədəd bitki x 4 kq məhsul = 272 ton məhsul. Hesablamaya görə ümumilikdə sahibkar İddiaçı mülkiyyətində olan 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor şitillərinin cəmi 68000 ədəd olduğunu və hər şitilin məhsuldarlığının orta hesabla 4 kq olmasını qəbul edilsə, onda bir mövsüm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən, 2.25 ha istixana sahəsi üzrə sahibkar təqribən 272 ton məhsul itkisi ilə üzləşmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Şəmkir rayonu Keçili bələdiyyəsinin sədri B.Qəhrəmanov tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 71 nömrəli arayışdan görünür ki, pomidor məhsullarının 1 kiloqramının satış qiyməti 2021-ci ilin martaprel aylarından bu günə qədər 2 manat 50 qəpikdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin sədri V.Məmmədov tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, 2021-ci ilin mart-aprel ayının 20-sinə qədər, Cəmiyyətin “SƏBƏT” Bazarında pomidorun 1 kiloqramının qiyməti 2 manat-3 manat 50 qəpik arasında satışı olmuşdur. İş materiallarına əlavə olunmuş 18.11.2020-ci il tarixli, 24.11.2020-ci il tarixli, 01.12.2020-ci il tarixli, 08.12.2020-ci il tarixli, 15.12.2020-ci il tarixli və 24.12.2020-ci il tarixli qaimələrdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 36000 manat məbləğində dizel yanacağı alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, alıcı İddiaçı satıcı Cəlilov Akifdən 17000 AZN dəyərində pomidor toxumu almışdır. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2020-ci il tarixli ******* nömrəli və 20 noyabr 2020-ci il tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, İddiaçı bitkilərə qulluq üçün “Vətən Market (Agro)”-dan 4450 manat və 3550 manat dəyərində maddələr almışdır. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin rəis müavini Telman Feyziyevin, Şəmkir TBX-nin rəisi İsgəndər Abbasovun, Şəmkir TQQ və SX-nin texniki Azər Tağıyevin, Şəmkir TBX-nin növbətçi-çilingəri Samir Qurbanovun, Şəmkir TQQ və SX-nin nəzarətçiçilingəri Orxan Babayevin iştirakları ilə 02.01.2021-ci il tarixdə Şəmkir rayonu Kür QPS-də tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 02 yanvar 2021-ci il tarixdə saat 06:30 radələrində Kür QPS-in çıxış xətlərindən güclü qaz sızmasının olması barədə daxil olmuş məlumatı yerində araşdırmaq məqsədilə tərəflərindən həmin xətlərə baxış keçirilmişdir. Baxış zamanı QPS-dən təxminən 500 metr aralıda fərdi sahibkar İddiaçı məxsus istixanaya gedən d 108 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində sızma aşkar olunmuşdur. Tərəflərindən QPS-ə baxış keçirilən zaman məlum olmuşdur ki, Vəliyevə Şahnazın istixanasına gedən qaz xətti üzərində qaz sayğacı yoxdur, xətt üzərində quraşdırılmış d 100 mm-lik qaz siyirtməsi TQQ və SX-nin mühəndisi Ülfət Əliyevin, xidmətin texniki Azər Tağıyevin və RQİİ-nin balans şöbəsinin mühəndisi Hüseyn Əmrahovun iştirakı ilə bağlanaraq plomblanmış və qıfıllanmışdır. Sahibkar tərəfindən qaz sayğacının yerinə kustar üsulla hazırlanmış dəmir ötürücü bağlanmışdır. Sahibkarın nümayəndəsi Tofiq Əsədov QPS-də onlara yaxınlaşaraq dəmir ötürücünün onun tərəfindən hazırlanaraq quraşdırıldığını və qazdan istifadə edildiyini etiraf etmişdir. Tərəflərindən dəmir ötürücü sökülərək maddi sübut kimi RQİİ- nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı məxsus istixanaya məhkəmə qərarı ilə təbii qazın verilməsi bərpa olunmalı halda, məhkəmənin qərarı Cavabdeh İB tərəfindən qanunsuz olaraq icra edilməmiş, nəticədə iddiaçıya 83000 manat real və 544000 manat əldən çıxmış fayda qismində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 83000 manat real zərərin əvəzi və 544000 manat əldən çıxmış fayda Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı 12000 manat məbləğində işçilərə ödənilən əmək haqları ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 83000 manat real zərərin əvəzi və 544000 manat əldən çıxmış fayda Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-541/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-541/2021
18.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver