Məhkəmə qərarları › İş №e-2-2(115)-555/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-555/2020

24.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-555/2020 24.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı ekspert rəyinin ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı ekspert rəyinin ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 24 aprel 2018-ci il tarixli 129/1 saylı ekspert rəyinin ləğv edilməsi və “xxxxxxxxxxxxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yenidən qiymətləndilrilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verirlir. Ərizədən göründüyü kimi, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, cavabdeh hüquqi şəxsin ünvanı Bakı şəhərində olduğundan hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı ekspert rəyinin ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı ekspert rəyinin ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar