Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-563/2024 30.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi ilə. İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 665,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4127,86 manat və 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 665,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4127,86 manat olmaqla, yekun olaraq 6924 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 1331,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8255,72 manat məbləğində pul tələbinin və 110 manat məbləğində mediasiya xərcinin cavabdeh X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilməsi, habelə müvafiq qeyri-yaşayış sahələrinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi X4 arasında 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1618” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 (bir yüz səksən) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Habelə, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi X4 arasında 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və ŞəhərlərarasıAvtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1620” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 (bir yüz səksən) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: -19 oktyabr 2023-cü il tarixli 02-01/532 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə icarəçi X2 icarə haqqı borcu 3.462 (üç min dörd yüz altmış iki) manat, ona hesablanmış cərimə borcu 665,86 (altı yüz altmış beş manat səksən altı qəpik) manat olmaqla, cəmi borc 4.127,86 (dörd min bir yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğindədir; -19 oktyabr 2023-cü il tarixli 02-01/532/1 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə icarəçi X2 icarə haqqı borcu 3.462 (üç min dörd yüz altmış iki) manat, ona hesablanmış cərimə borcu 665,86 (altı yüz altmış beş manat səksən altı qəpik) manat olmaqla, cəmi borc 4.127,86 (dörd min bir yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğindədir. Göründüyü kimi, qeyd edilən iki adda icarə müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə icarəçi X2 icarə haqqı borcu 6.924 (altı min doqquz yüz iyirmi dörd) manat, ona hesablanmış cərimə borcu 1.331,72 (bir min üç yüz otuz bir manat yetmiş iki qəpik) manat olmaqla, yekun olaraq borc 8.255,72 (səkkiz min iki yüz əlli beş manat yetmiş iki qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirmişdir ki, hal-hazırda həmin icarəyə verilmiş obyektlər fəaliyyət göstərir. İcarə haqqı ilə bağlı sonuncu ödəniş sentyabr ayında olub. Kompleksdə təmir işləri 2019-cu ildə aparılıb. Kompleksdə təmir işləri aparılan zaman icarəçiyə güzəştlər olunub və bununla bağlı müvafiq sənədlər vardır. İcarə haqqının azaldılması barədə onların hər hansı müraciəti olmayıb. Onların kommersiya şöbəsinin təqdimatı əsasında icarə haqları müəyyən dövrlər üçün azaldılıb. Cavabdeh tərəfindən icarəyə götürülmüş obyektlər 1-ci mərtəbədə yerləşir. Həmin obyektlər təmir olunan yerə yaxın olmayıb. Obyekt hal-hazırda fəaliyyət göstərir. 2023-cü ildən sonra hər iki müqavilə üzrə hər hansı ödəniş olunmayıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1618” nömrəli qeyriyaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 (bir yüz səksən) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləöin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verən onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və ŞəhərlərarasıAvtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1620” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə İcarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 (bir yüz səksən) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləöin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verən onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş 19 oktyabr 2023-cü il tarixli, 02-01/532 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə icarəçi X2 icarə haqqı borcu 3462 manat, ona hesablanmış cərimə borcu 665,86 manat olmaqla, cəmi borc 4127,86 manat məbləğindədir. İş materiallarına əlavə olunmuş 19 oktyabr 2023-cü il tarixli, 02-01/532/1 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə icarəçi X2 icarə haqqı borcu 3462 manat, ona hesablanmış cərimə borcu 665,86 manat olmaqla, cəmi borc 4127,86 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələri üzrə xx.xx.2023-cü il tarixə obyektlərin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən icarəçi hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş aylıq180 manat icarə haqqını tam həcmdə ödəməmişdir. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hər iki icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək icarə obyektlərini cavabdehin istifadəsinə vermişdir. Cavabdehin üzərinə isə hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirmədiyindən 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələri üzrə 6924 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə ayrılıqda 665,86 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin hər iki müqavilə üzrə ayrılıqda 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan başqa məhkəmə iddia tələbinin İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 692.2 və 692.2.1-ci maddələrinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda əsaslı sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh hər iki icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aylıq müəyyən olunan icarə haqqlarını tam şəkildə ödəməmişdir. Cavabdeh hər iki icarə müqaviləsi üzrə öhdəliklərin pozulmasında təqsirli olduğundan İddiaçı cavabdehlə aralarında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilməsini tələb etməkdə haqlıdır. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilməlidir. Məhkəmə iddia tələbinin müvafiq qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsaən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə hesab edir ki, 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verildiyindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1618” və “1620” nömrəli qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçınə təhvil verilməlidir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda 110 manat mediasiya xərci iddiaçı tərəfindən tələb edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 91,24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində cərimə və 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7124 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilməli, müvafiq qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçınə təhvil verilməli, Cavabdeh 91,24 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ddia qalan hissədə rədd edilməlidir. . Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində cərimə və 01 fevral 2018-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3462 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7124 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 06 və 07 nömrəli icarə müqavilələrinə xitam verilsin. Müvafiq qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçınə təhvil verilsin. Cavabdeh 91,24 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-563/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-563/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver